Mövzu 4 FH ZAMANI YARANMIŞ ŞƏRAİTİN AYDINLAŞDIRILMASI VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
Fövqəladə hallar şəraitinin qiymətləndirilməsi və proqnozlaşdırılmasının məqsədi baş vermiş FH-
ın ərazisinin miqyasını, bina və tikililərin dağılma səviyyəsini, obyektin işçi heyəti və əhali arasında
itkilərin müəyyən edilməsidir.
Bir qayda olaraq, bu işlər 3 mərhələdə həyata keçirilir.
Birinci mərhələdə baş verə biləcək təbii və texnogen fövqəladə halların proqnozlaşdırılması
həyata keçirilir. Bu zaman orta statisik şərait (orta illik meteoşərait, əhalinin evlərdə, küçələrdə,
nəqliyyatda, işdə və s. orta statistik yerləşdirilməsi, əhalinin orta sıxlığı) götürülür. Bu mərhələdəki işlər
fövqəladə hallar baş verməyənədək həyata keçirilir.
İkinci mərhələdə nəticələrin proqnozlaşdırılması və şəraitin qiymətləndirilməsi fövqəladə hallar
mənbəyinin yaranmasından dərhal sonra həyata keçirilir.
Üçüncü mərhələdə qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi üçün lazım
olan proqnozlaşdırmanın və faktiki şərait nəticələri kəşfiyyat məlumatlarına əsasən dəqiqləşdirilir.
Fövqəladə halın mənbəyindən asılı olmayaraq, insanlara, canlılara, ətraf mühitə, tikililərə və d.
təsir edən 6 əsas faktor vardır:
Təzyiq təsiri (partlayıcı maddələrin, qaz buludlarının, adi və kütləvi
qırğın vasitələrinin partlayışı və s.);
Termiki təsir (texnogen və təbii yanğınlar zamanı istilik şüalanması; nüvə