Microsoft Word 1-ci m vzu- fh t snifati


Güclü təsirli zəhərləyici maddələr (GTZM)



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə55/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   51   52   53   54   55   56   57   58   ...   228
Güclü təsirli zəhərləyici maddələr (GTZM) 
(Qəza təhlükəli kimyəvi maddələr (QTKM) 
 
Sənayenin  müxtəlif  sahələrində  kimyəvi  maddələr  və  materiallar 
istehsalının  həcmi  gündən-günə  artır.  Belə  bir  şəraitdə  bizi  istehsalatda  və 
məişətdə 100-dən çoxlu güclü təsirli zəhərli maddə (GTZM) əhatə edir. 
Respublikamızın 
təsərrüfatının 
xeyli 
obyektlərində 
güclü 
təsirli 
maddələrdən  ya  bilavasitə  istehsalat  məqsədləri  üçün,  ya  istehsalatla  əlaqədar 
olan müxtəlif proseslərin təmin edilməsi üçün istifadə edilir. 
 Güclü  təsirli  zəhərli  maddələrin  saxlandıqları  tutarlardan  və  qablardan 
kənara  axması  -  həm  dinc  dövrdə  qəzalar  nəticəsində,  həm  də  müharibə  vaxtı 
nüvə  partlayışının  zərbə  dalğasından,  adi  basqın  vasitələrinin  birbaşa  təsirindən 
və  ya  təxribatlar  yolu  ilə  GTZM  avadanlığının  dağıdılması  nəticəsində  baş  verə 
bilər. 


 Beləliklə,  düşmənin  nüvə  və  ya  adi  silahla  havadan  zərbələri  nəticəsində 
yaranan  qəzalar  zamanı  kimyəvi  obyektlərdə  GTZM-in  ətrafa  yayılması  (axması) 
mümkündür. Belə hallarda ikincili zədələnmə ocaqları yaranır. 
 Kimyəvi təhlükəli obyektlərdə aşağıdakı obyektlər aid edilir: 
-  kimya,  neft  emalı,  neft  kimyası  sənayesinin  və  onlarla  əlaqədar  olan    
digər sənaye sahələrinin müəssisələri; 
-  suyu  təmizləmək  (dezinfeksiya  etmək)  üçün  xlordan  istifadə  edilən  su 
kəməri və su təmizləmə qurğuları; 
-  soyuducu  agent  (maddə)  kimi  ammonyakdan  istifadə  olunan  soyuducu 
qurğulara  malik  müəssisələr  və  ilk  növbədə  yeyinti,  meyvə-tərəvəz,  ət-yağ 
sənayesi,  balıq  sənayesi  sahələrinin,  ərzaq  ehtiyatlarını  saxlayan  idarələrin 
soyuducu qurğuları və bazaları; 
-  GTZM  daşınan  nəqliyyat  vasitələrinin  dayanması  üçün  xüsusi  yolları  olan 
dəmiryol stansiyaları; 
-  taxıl  və  taxıl  məmulatı  anbarlarının  dezinfeksiya  və  deretizasiya  edilməsi 
(həşərat  və  gəmiricilərlə  mübarizə)  üçün  zəhərli  maddələr  ehtiyatı  saxlanılan 
xüsusi anbar və bazalar; 
-  kənd  təsərrüfatında  işlədilən  kimyəvi  təsirli  maddələr  ehtiyatı  saxlanılan 
anbarlar və bazalar. 
Xalq təsərrüfatında ən çox işlədilən bəzi güclü təsirli-qəza təhlükəli kimyəvi 
maddələri nəzərdən keçirək. 
Ammonyak boğucu, kəskin naşatır iyli, rəngsiz qazdır,  olunma həddi 0,037 
mq/l-dir, dadı çox acıdır, havadan yüngüldür. Ammonyak yuxarı tənəffüs yollarına 
və  gözlərə  qıcıqlandırıcı  təsir  göstərir.  Onun  yüksək  konsentrasiyaları  gözlərdə 
ağrıya və güclü yaşaxmaya, təngənəfəsliyə, kəskin öskürməyə, başgicəllənməsinə, 
mədə  ağrılarına,  qusmaya  səbəb  olur.  Susuz,  saf  maye  ammonyak  dəridə  ağır 
yanıqlar  törədir,  çünki  o,  nəinki  qələvi  kimi,  həm  də  yüksək  buxarlandırma 
hərarətinə  malik  dondurucu  maddə  kimi  təsir  göstərir.  Ammonyakı 
zərərsizləşdirmək üçün 1/20 nisbətində sudan istifadə edilir. 
Xlor kəskin boğucu iyli, göyümtül-sarı qazdır. Havadan 2,5 dəfə ağırdır. Su 
təchizatı  və  kanalizasiya  sistemlərinin  təmizləyici  qurğularında,  içməli  və  tullantı 
suların  təmizlənməsi  və  zərərsizləşdirilməsi  üçün  çoxlu  xlor  işlədilir.  Xlor  yuxarı 


tənəffüs  yollarına  kəskin  qıcıqlandırıcı  təsir  göstərir,  yüksək  konsentrasiyalarda 
təsir  zamanı  dərhal  ağciyər  ödemi  (şiş)  inkişaf  edir. Xloru  neytrallaşdırmaq  üçün 
1/120 nisbətində sudan istifadə olunur. Xlorpikrin kənd təsərrüfatı zərərvericiləri 
ilə  mübarizə  və  dezinfeksiya  məqsədləri  üçün,  taxıl,  un  və  digər  ərzaq 
anbarlarının  təmizlənməsi,  habelə  əleyhqazların  sazlığının  yoxlanılması  üçün 
işlədilir.  Saf  xlorpikrin  kəskin  iyli,  rəngsiz,  yağlı  mayedir.  Xlorpikrin  buxarkları 
gözlərin  selikli  qişalarını,  ağciyərləri  güclü  surətdə,  yuxarı  nəfəs  yollarını  azacıq 
qıcıqlandırır. Ümumi zəhərlıyici təsirə də (xüsusən, kapillyar damarlara) malikdir. 
Sianid turşusu rəngsiz, şəffaf mayedir. Acı badam iyinə bənzər bihuşedici iyi 
var. Sianid turşusunun buxarları ilə nəfəs alarkən, o, dəri səthindən sorulmaqla və 
qida yolları ilə birbaşa daxilə keçərək zəhərlənmələrə səbəb olur. 
Fosgen  çürük  ot  iyi  verən  rəngsiz  qazdır.  Fosgen  torpağı,  texnikanı, 
avadanlığı zəhərləyə bilmir. Fosgen buxarları ilə nəfəs alarkən ağciyərlərin spesifik 
zəhərlənməsi  baş  verir.  Bundan  başqa  o,  gözlərə  və  selikli  qişalara  zəif 
qıcıqlandırıcı təsir göstərir, dəriyə təsir etmir. 
Kimyəvi  silah  tətbiq  olunan  və  GTZM  dağılan  ərazilərdə  kimyəvi 
zəhərlənmə  ocağı  yaranır.  Kimyəvi  zəhərlənmə  ocağı  o  əraziyə  deyilir  ki,  orada 
ZM  və  ya  GTZM  –in  təsiri  nəticəsində  əhalinin,  heyvanların  və  bitkilərin 
zədələnməsi  baş  verir.  Kimyəvi  zəhərlənmə  ocağının  ölçüləri  zəhərləyici 
maddələrin  işlədilməsi  miqyasında,  onların  növündən,  tətbiq  edilmə  üsulundan, 
meteroloji şəraitdən və yerin relyefindən asılı olur. Kimyəvi zəhərlənmə ocağı iki 
zonaya-ZM ilə bilavasitə zəhırlının əsas zonaya və ZM –in buxar və ya aerozolları 
yayılan ikinci zonaya ayrılır. 
GTZM-dən  mühafizə  olunmaq  üçün  sənaye  əlehqazlarından  və  xüsusi 
respiratorlardan istifadə olunur. 
 
 

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin