Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə108/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   104   105   106   107   108   109   110   111   ...   228
Mövzu 8 
 
FH-DA KÖÇÜRMƏ TƏDBİRLƏRİ. 
 
Köçürülmənin təşkili, növləri. Köçürmə orqanları. 
 
Köçürmə (təxliyə, evakuasiya) - adamların həyatı və fəaliyyəti üçün təhlükə 
yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatda və piyada) 
təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir. 
Evakuasiya  –  latın  sözü  evacuatio  sözündən  götürülmüşdür,  evacuare  — 
boşaltmaq, çıxartmaq deməkdir. 
Köçürmə  tədbirlərinin  yerinə  yetirilməsi  fövqəladə  hallarda  əhalinin  mü-
hafizəsinin ən səmərəli üsullarından biridir. 
Köçürmə  tədbirləri  həm  sülh  dövründəki  fövqəladə  hallarda  (təbii 
fəlakətlər,  qəzalar  və  katastrofalar  zamanı),  həm  də  müharibə  dövrünün 
fövqəladə  hallarında  (müasir  kütləvi  qırğın  vasitələri  işlədilərkən)  əhalinin 
təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir. 
Təhlükəsiz  zona  —  düşmən  basqını  gözlənilən  dərəcəli  şəhərlərin  və 
əlahiddə  obyektlərin  ətrafında  ehtimal  olunan  dağıntı  zonalarından  və  digər 
təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması 
üçün yararlı olan ərazidir.  
Köçürmə  tədbirləri  əhalini  təhlükəli  sahələrdən  (zədələmə  ocaqlarından) 
təhlükəsiz  rayonlara  vaxtında  çıxarmağa  və  bununla  da  fövqəladə  halların 
təsirindən törəyən tələfatı maksimal dərəcədə azalmağa imkan verir. 
 
Daşkənddə  zəlzələ,  Sabirabad,  Salyanda  daşqınlar,  İsmayıllı  və  Bayılda 
sürüşmə  və  digər  fövqəladə  hallarla  əlaqədar  olaraq  köçürmə  tədbirləri  həyata 
keçirilmişdir. 


 
115
 
 
Bayılda sürüşmə  və Daşqın zamanı köçürülmə 
 
   
 
Keçmişdə  həyata  keçirilən  köçürülmə  tədbirləri  müasir  dövrdəki 
müharibələr  şəraitində  nəzərdə  tutulan  köçürülmələrdən  prinsipcə  fərqlidir. 
Məsələn, II Dünya müharibəsi zamanı əhali düşməndən əks tərəfdə yerləşən uzaq 
rayonlara  köçürülürdü.  Müasir  şəraitdə  köçürülmə  düşmənin  nüvə  zərbələri 
endirəcəyi ən çox ehtimal edilən şəhərlərdən və obyektlərdən əhalinin çıxarılıb 
bu  şəhərlərin  hər  tərəfindəki  bütün  təhlükəsiz  rayonlarda  yerləşdirilməsini 
nəzərdə tutur. 
Köçürmə  tədbirləri  və  fövqəladə  hallar  ehtimal  olunan  rayonlarda  sülh  və 
müharibə  dövrlərində  adamların  həyatı  və  sağlamlığı  üçün  təhlükə  yaranarkən 
qısa  müddətdə  ya  qabaqcadan,  ya  da  zədələyici  amillər  əhaliyə  bilavasitə  təsir 
göstərərkən dərhal yerinə yetirilməlidir. 
Köçürmə tədbirləri düşmən tərəfindən müasir adi silahlar və kütləvi qırğın 
vasitələri tətbiq edilməsi, həmçinin təbii fəlakətlər, güclü istehsalat qəzaları baş 
verməsi  ehtimalları  nəzərə  alınmaqla  çox  variantlı  planlaşdırılmalı,  yaranmış 
vəziyyətdən asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yetirilməsi 
nəzərdə tutulmalıdır. 
Köçürülmənin  mahiyyəti  ondan  ibarətdir  ki,  iri  şəhərlərdən,  vacib 
obyektlərdən  və  təhlükəli  sahələrdən  əhali  əvvəlcədən  çıxarılıb  şəhərdənkənar 
zonadakı  az  təhlükəli  rayonlarda  yerləşdirilir.  Bunun  sayəsində  iri  şəhərlərin 
əhalisinin  sayı  dəfələrlə  azaldılır,  şəhərlərdə  qalan  (vacib  obyektlərdə  işlədilən) 
adamların  mühafizə  qurğularında  daldalandırılması  işi  yüngülləşir,  müasir  qırğın 
vasitələrinin  təsirindən  baş  verə  biləcək  tələfatı  maksimal  dərəcədə  azaltmaq 
imkanı yaranır. 


 
116
Sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarda  Azərbaycan 
Respublikasında 
əhalinin 
köçürülməsi 
haqqında 
əsasnamə 
Azərbaycan 
Respublikası  Nazirlər  Kabinetinin  1993-cü  il  6  avqust  tarixli  438  saylı  qərarı  ilə 
təsdiq edilmişdir. 
Bu əsasnamədə sülh və müharibə dövrlərindəki fövqəladə hallarda əhalinin 
mühafizəsinin  üsullarından  biri  olan  köçürmə  tədbirlərinin  Azərbaycan 
Respublikası  ərazisində  planlaşdırılması  və  həyata  keçirilməsi  üzrə  əsas  tələblər 
müəyyən edilir. Əsasnamənin əsas müddəaları aşağıdakılardır: 
1. Ümumi müddəalar; 
2. Köçürmə tədbirlərinin planlaşdırılması və təşkili; 
3. Köçürmə tədbirlərinin təminatı . 
 
Əhalinin  köçürüləcəyi  nəzərdə  tutulan  şəhərlərdəki  hər  bir  müəssisə, 
idarə,  təşkilat,  məktəb  üçün  təhlükəsiz  zonada  yerləşmə  rayonu  müəyyən  edilir 
ki,  bu  rayon oraya  köçürüləcək fəhlələrin,  qulluqçuların  və  onların  ailə  üzvlərinin 
sayından asılı olaraq, bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər. 
Zamandan asılı olaraq təhlükəli zonadan köçürülmə tədbirləri 2 cür həyata 
keçirilir: 

  Qabaqcadan  

  Təcili  
Kütləvi  qırğın  vasitələrinin  tətbiq  edilməsi,  təbii  fəlaklət  və  təhlükəli 
obyektlərdə  qəzaların  yaranması  ehtimalı  barədə  etibarlı  mənbələrdən  məlumat 
gəldikdə  əhalinin  və  obyektlərin  personalının  təhlükəli  ərazidən  qabaqcadan 
köçürülməsi  yerinə  yetirilir.  Bunun  həyata  keçirilməsinin  əsası  fövqəladə  halın 
yaranmasının  qısamüddətli  proqnozlaşdırılmasıdır.  Bu  proqnozlaşdırma  bir  neçə 
saat öncə edilir və həmin müddət ərzində dəqiqləşdirilir. 
Fövqəladə vəziyyət yaranarkən əhalinin və obyektlərin personalının fəlakət 
zonasından  təcili  köçürülməsi  yerinə  yetirilir  və    bu  minimal  vaxt  ərzində  həyata 
keçirilir.  Bu  müddət    bir  neçə  dəqiqədən  bir  neçə  saata  kimi  ola  bilər.  Təcili 
köçürülmənin  xüsusiyyətlərindən  də  biri  odur  ki,  proses  köçürülənlərə  müxtəlif 
təsir şəraitində tamalana bilər.  
Miqyasından asılı olaraq təhlükəli zonadan köçürülmə 2 yerə ayrılır.  


 
117

  Lokal  

  Yerli  

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin