Müharibə dövründə — Müdafiə Nazirinin, yaxud müvafiq ərazi icra
hakimiyyəti başçısının təklifi üzrə — Azərbaycan Respublikasının Prezidenti və ya
Baş Naziri;
Sülh dövründə — ərazisində fövqəladə hallar yaranmış şəhərin (rayonun)
icra hakimiyyəti başçısı. Bu barədə dərhal Azərbaycan Respublikasının
118
Prezidentinə və Baş Nazirinə məlumat verir. Fövqəladə vəziyyətin qüvvədə olduğu
müddət ərzində onun tətbiq edildiyi ərazidə əhalinin yaşayış üçün təhlükəli olan
rayonlardan köçürülməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanına
əsasən həyata keçirilir.
Silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sərhədyanı rayonlardan
və cəbhəətrafı zolaqlardan əhalinin köçürülməsi hərbi komandanlığın və icra
hakimiyyəti başçısının birgə qərarı ilə həyata keçirilir. Bu barədə onların tabeliyi
üzrə yuxarı idarəetmə orqanlarına dərhal məlumat verirlər.
Əhalinin köçürülməsi istehsalat-ərazi prinsipi üzrə təşkil edilir. İstehsalat
prinsipi — fəhlələrin, qulluqçuların, digər işçilərin və onların ailə üzvlərinin, ali
təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsilalanların
obyektlər üzrə təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini
nəzərdə tutur.
Belə hallarda, təhlükəli rayonlarda fəaliyyətini davam etdirən obyektlərin
işçiləri təhlükəsiz rayonlara çıxarılıb yerləşdiriləndən sonra növbələr üzrə
mütəşəkkil olaraq öz iş yerlərinə gətirilir və iş növbəsindən sonra yenidən
köçürüldüyü rayona aparılırlar.
Qalan əhali isə ərazi prinsipi üzrə — yaşayış yerlərindən köçürülür.
Köçürmənin aşağıdakı növ üsulları vardır:
• Piyada üsul (əsas);
• Bütün növ nəqliyyat vasitələri ilə;
• Kombinasiyalı üsul.
Köçürüləcək əhalinin sayı nəqliyyatın vasitəsinin və nəqliyyat şəbəkəsinin
olmasından, onun buraxma imkanından və d. şərtlərdən asılı olaraq köçürmə
komissiyası tərəfindən müəyən edilir. İlk öncə tibbi müəssisələr, uzaq məsafələri
piyada gedişlə qət etmək imkanı olmayan şəxslər (hamilə qadınlar, 14 yaşına kimi
uşağı olan qadınlar, laborator şəraitdə müalicə olunan şəxslər, 65 yaşından böyük
kişilər və 60 yaşından böyük qadınlar), və həmçinin, öz fəaliyyətini fövqəladə
halda da davam etdirən azad növbəli müəssisələrin işçiləri və əməkdaşları
köçürülürlər. Qalanları isə piyada köçürülür
Köçürülənləri uzaq məsafəyə daşımaq üçün əsasən nəqliyyatdan istifadə
edilir. Köçürmə üçün istifadə olunan nəqliyyat vasitələri müxtəlif ola bilər: Avto
119
(şəxsi), dəmiryol, su və hava nəqliyyatı. Sərnişin nəqliyyatından da əlavə yük
maşınlarından, yük qatarlarından, yük təyyarə və gəmilərindən də istifadə olunur.
Nəqliyyat vasitələrindən ibarət maşın qatarı pərakəndə şəkildə deyil, 25-30
maşınlıq sıra ilə və dövlət yol polisinin müşaiyəti ilə hərkət edir.
Hərəkət zamanı dayanacaqlarda icazəsiz maşından maşına, qatardan qatara
keçmək qadağandır. Qəbuletmə məntəqələrinə çatdıqdan sonra maşınlardan
düşürülmə maşın qatarının rəhbərinin icazəsi ilə həyata keçirilir.
Əhalini piyada üsulla köçürməsi yollar, yol kənarları və yoldankənar qeyd
olunmuş marşrut üzrə həyata keçirilməlidir. Piyada sıraları idarələrdə
(müəssisələrdə, ərazi üzrə müəyyən yerlərdə) təşkil olunur. Onların sayı müxtəlif
ola bilər. Sıra, idarəedilməsini asanlaşdırmaq məqsədilə sex kollektivləri və digər
istehsal dəstələri olaraq 20-30 nəfərlik qruplara ayrılır. Hər sıraya bir rəhbər, hər
bir qrupa isə cavabdeh təyin edilir.
120
Hərəkətin orta surəti 4 km/saat-dan artıq olmur. Hər 1 - 1.5 saatdan sonra
10-15 dəqiqəlik istirahət, yolun yarısını qət etdikdən sonra isə 1 – 2 saatlıq böyük
istirahət nəzərdə tutulmalıdır.
Hərkət zamanı köçürülənlər müəyyən olunmuş qaydalara riayət
etməlidirlər:
sıranın rəhbərinin bütün göstərişlərini yerinə yetirməli;
sıranı icazə olmadan tərk etməməli;
tibb xidməti tərəfindən yoxlanılmayan mənbələrdən su içməməli.
Gecə hərəkət edən zaman sıradakı qonşuların geri qalmamasına, istirahət
zamanı yatıb qalmamasına nəzər yetirilməlidir.
Əhalinin köçürülməsinin əsas üsullarından biri kombinasiyalı üsuldur, bu
zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat
vasitələri ilə təhlükəli zonalardan dərhal çıxarılır.
Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər şəxsiyyəti təsdiq edən
vəsiqə və iş, yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin
siyahısından ibarətdir.
Köçürmə düzgün təşkil etmək üçün vaxtında əhalini xəbərdar etmək
lazımdır. Qabaqcadan müəyyən olunmuş plana əsasən obyektlərin xəbərdar
edilməsi MM və FH idarəsi yerli rabitə xətləri, qoşulmuş səsucaldanlar və digər
texniki və hərəkətli əlaqə vasitələri ilə həyata keçirilir. Köçürülmə barədə əhali
xəbərdar olunduqda dərhal hazırlanmalıdırlar. Onlar özləri ilə ən vacib olanları
götürməlidirlər. Köçürmə zamanı ən lazımi şeyləri - paltar, ayaqqabı, alt paltarı,
yataq ləvazimatı, şəxsi sənədlər (pasport, hərbi bilet, nigah haqqında
şəhadətnamə, uşaqların doğum haqqında şəhadətnaməsi, təqaüd kitabçası, pul)
və bundan əlavə 2-3 günlük qida və içməli su götürürlər. Tez xarab olmayan,
saxlanması daha rahat olan və yeməzdən əvvəl hazırlanması (uzun müddət
bişirilməsi) tələb olunmayan ərzaq növləri - konserv konsentrat, qurudulmuş
çörək və s. məhsullar götürmək daha yaxşıdır.
Köçürülən yaşlı adamlar sənədlərdən: şəxsiyyət vəsiqəsi, hərbi bileti,
əmək kitabçasını və ya təqaüd vəsiqəsini, təhsili haqqında diplomu (attestatı),
evlənmə haqqında vəsiqəsini və uşaqların doğum şəhadətnaməsini özləri ilə
götürməlidir.
121
Uşaqlar üçün paltar və ayaqqabı seçərkən, bunların mühafizə
xüsusiyyətlərini və ilin fəslini nəzərə almaq lazımdır. Üç yaşadək olan uşaqlar
üçün uşaq ərzaq malları - uşaq yeməyi, quru süd, konservləşdirilmiş şirələr və s.
ehtiyatları hazırlanmalıdır.
Sənədlərdən - uşaqların yaş kağızlarını və məktəb gündəliklərini götürürlər.
Köçürülən uşaqların paltarı və ərzağı yığılmış çamadana (arxa çantasına)
çətələ (birka) bənd etmək və onun üzərinə uşağın soyadını, adını, atasının adını,
ev ünvanını və köçürülmə məntəqəsinin adını aydın surətdə yazmaq lazımdır.
Məktəbəqədər yaşlı uşaqların həmişə geydiyi paltarın daxili cibinə də bu cür
çətələ: uşağın adı, atasının adı, soyadı, təvəllüdü, ata və anasının ev və iş yerinin
ünvanları göstərilən vərəq qoyulur; bu məlumatlar yazılmış ağ parça qırığı uşağın
paltarının astarına (yaxanın altında) tikilsə, daha yaxşı olar.
Köçürülən əhalinin ərzaqla təminatı ictimai iaşə müəssisələrinin bazası
əsasında təşkil edilir, lazımi hallarda əlavə iaşə məntəqələri (yeməkxanalar) açılır.
Respublikada, şəhər və rayonlarda bütün köçürmə tədbirləri üzrə ümumi
hesablamalar aparılır, burada hər bir konkret fövqəladə hadisə təhlükəsi
yaranarkən və baş verərkən köçürmə işlərinin icrasına cəlb ediləcək qüvvə və
vasitələr hesablanıb müəyyən edilir.
Köçürülmə zamanı adamlar öyrəndikləri yaşayış yerlərini tərk etməyə,
əmlakının xeyli hissəsini evlərində qoyub getməyə, vərdiş etmədikləri şəraitdə
yerləşib yaşamağa vadar olacaqlar. Hamı başa düşməlidir ki, adamların həyatını
xilas etmək naminə bu çətinlik və məcburiyyətə tab gətirmək lazımdır. Buna görə
də müəyyən olunmuş sərəncamları yerinə yetirmək, bu mürəkkəb tədbirlərin
həyata keçirilməsində onlara kömək göstərmək hər bir vətəndaşın borcudur.
Təhlükəsiz rayonların əhalisi isə təhlükəli zonalardan köçürülüb
gətirilmiş əhalinin həyat şəraitinin təmin olunması: radiasiya əleyhinə
daldalanacaqlar düzəldilməsi, tənəffüs üzvlərini qoruyan ən sadə mühafızə
vasitələri hazırlanması, ictimai binaların yaşayış yeri kimi uyğunlaşdırılması, əlaltı
materiallardan məişət əşyaları (çarpayı, kürsü, döşək və s.) düzəldilməsi
işlərində fəal iştirak etməli-yardım göstərməlidir.
Kimyəvi və radiasiya təhlükəli obyektlərdə qəza baş verən zaman
köçürülməni həyata keçirmək üçün qapalı nəqliyyatdan istifadə edilir. Az təhlükəli
qısa yollar seçilir. Fərdi mühafizə vasitələri geyilməlidir. Küləyə perpendikulyar
122
istiqamətdə hərəkət etmək, küləyin istiqaməti üzrə olan ərazilərdən əhalini
köçürmək lazımdır. Toplanış məntəqələrinə çatdıqdan sonra isə köçürülmüş
əhalinin zəhərlənmə dərəcəsini ölçmək gərəkdir.
Qəza baş vermiş rayon ərazi polis idarələrinin əməkdaşları tərəfindən ciddi
nəzarətə götürülür, əhalinin qəza zonasından köçürülməsini isə yol polisi müəyyən
marşrut üzrə nizama salır.
Köçürmə işlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi həmçinin əhalinin
özünün mütəşəkkilliyindən və intizamından xeyli asılı olacaqdır.
Müharibə dövründə ehtimal edilən güclü dağıntı zonalarında işini davam
etdirən və onu təmin edən obyektlərin fəhlə və qulluqçularının köçürülməsi - onları
nəqliyyatın bütün növləri ilə şəhərdənkənar zonaya daşımaqla yerinə yetirilir.
Dostları ilə paylaş: |