Microsoft Word 1-ci m vzu- fh t snifati


Tozdan qoruyan (tozəleyhinə) süzgəclər



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə135/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   131   132   133   134   135   136   137   138   ...   228
Tozdan qoruyan (tozəleyhinə) süzgəclər. Təmizləmə əmsalı ən azı 0,8 olan 
sənaye  tipli  çərçivəli  özəkli  bu  süzgəc  (FƏR)  bayırdan  içəriyə  verilən  havanın 
radioaktiv tozdan təmizləmək üçün o, sığınacaqdakı adamları süzgəcdə toplanan 
radioaktiv  maddələrin  şüalarından  qorumaq  məqsədilə  digər  otaqlardan  əsaslı 
divar  ilə  ayrılan  xüsusi  otaqda  (kamerada)  yerləşdirilir.  Quruluşca  süzgəc 
özəklərində  yığılmış  metal  tor  şəkilli  və  yağı,  yaxud  12  nömrəli  sənaye  və  vissin 
yağları hopdurulmuş paketlərdən ibarətdir. Hopdurma üçün  qliserinli su məhlulu 
da işlətmək mümkündür. 
Uducu süzgəclər- məhsuldarlığı uyğun olaraq saatda 300, 200 və 100 kub.m 
olan  FP-300,  FPU-200,  FPU-100  markalı  uducu  süzgəclər  bayırdan  sığınacağa 
verilən havanı zəhərləyici maddələrdən (GTZM) və bakterial təmizləmək üçündür. 
Onların  iş  prinsipi  süzücü  əlehqazda  olduğu  kimidir,  hərəsi  2-3  uducu 
süzgəcdən  ibarət  sütunlar  formasından  quraşdırılıb  süzücü  ventilyasiya  otağında 
yerləşdirilir. 
Sığınacaqlarda  qoyulan  uducu  süzgəclərin  tipi  və  markası  burada  tətbiq 
edilən ventilyatorlardan asılı olur və əl elektrik ventilyatorları üçün FPU-200, FPU-
100 elektrik ötürücü ventilyatorlar üçün FP-300 işlədilir. 


 
140
Tutumu  600  nəfərədək  olan  sığınacaqlarda  FVK-1  və  FVK-2  süzücü 
ventilyator  komplektləri  qoyulur.  600-dən  artıq  tutumulu  və  dizel  elektrik 
stansiyası  olan  sığınacaqlarda  isə  Fp-300  markalı  uducu  süzgəclər  və  elektrik 
ötürücülü sənaye ventilyatorları qoyulur. 
3-cü  rejimdə  iş  üçün  avadanlıqlaşdırılan  sığınacağın  ventilyasiya  sisteminə 
daldalanan  hər  150  nəfər  üçün  bir  dəst  hesabı  ilə,  içəridəki  havanı  bərpa  edən 
(regenerasiya  edən)  vasitələr  (oksigen  balonları  ilə  birlikdə  RP-100  regenerativ 
patron və ya FQ-70 süzgəcləri ilə birlikdə  konveksiya tipli RU-150/6 regenerasiya 
tərtibatı) daxildir. 

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin