Tam təcrid olunma rejimi - sığınacaqdakı havanın tərkibinin bərpa
(regenerasiya) edilməsilə birlikdə tətbiq olunur və kütləvi yanğınlar və ya ikinci
zədələyici amillər sayəsində ərazinin zəhərli qazlarla daha çox zəhərlənməsi
ehtimal olunan yerlərdəki sığınacaqlarda nəzərdə tutulur. Belə hallarda
sığınacaqda lazımi sanitar - gigiyena şəraiti içəridəki havanın tərkibinin bərpa
edilməsi hesabına yaradılır.
Havanın tərkibindəki oksigenin normal miqdarı havaya balonlardan (A-40)
oksigen əlavə etməklə bərpa olunur, yəni bu zaman karbon qazı udulur və
otaqdakı hava oksigenlə zənginləşir. Bu rejimdə 6 saatadək istifadə edilə bilər.
Regenerasiya vasitələrinin gücü onların iş müddətindən asılı olaraq hər
adam üçün saatda 25 l. oksigen sərfi və 20 l. karbon qazının udulması normasına
uyğun hesablanır.
Sığınacağın ventilyasiya sistemi aşağıdakılardan ibarətdir:
• Havagötürücü qurğular;
• Partlayışdan qoruyan genişləndirici kameralı qurğu;
• Tozəleyhinə (tozdan qoruyan) süzgəclər;
• Uducu süzgəclər;
• Elektrik əl ventilyatoru və ya elektrik ventilyatoru;
• Havapaylayıcı şəbəkə;
• Havatəmizləyici qurğu;