Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə140/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   136   137   138   139   140   141   142   143   ...   228
Su  təchizatı.  Sığınacağın  və  DES-in  su  ilə  təchizatı  xarici  su  kəməri  və  ya 
əlavə su şəbəkəsi hesabına nəzərdə tutulur, hər iki halda su borularının sığınacağa 
girişlərində içəridən bağlayıcı armatur və əks –klapan qoyulur. 
Qəza  və  zədələnmə  halları  üçün  sığınacaqdakı  qablarda  hər  adam  üçün 
sutkada 3l hesabı ilə içməli su ehtiyatı saxlanılması nəzərdə tutulur. 
Su kəməri sistemi işlətərkən suya tələbat məhdudlaşdırılmır. 
Su  ehtiyatı  qablarının  tutumu  hesablama  yolu  ilə  təyin  edilir;bu  qablar 
adətən,  axarlı  olmalı  və  iki  sutka  ərzində  suyun  tamamilə  təmizlənməsinə  təmin 
etməlidir. 
Sığınacaqlarda vaqon tipli unitazlar tətbiq edilərkən su ehtiyatını hər adam 
üçün sutkada 5l hesablamaq lazımdır. 
Sığınacaqlardakı  tibb  məntəqəsi  otaqları  su  kəməri  şəbəkəsindən  işləyən 
əlüzyuyanlarla  avadanlaşdırılmalıdır.  Şəbəkədə  su  kəsilən  hallar  üçün  səyyar 
əlüzyuyan  cihazlar  qoyulması  və  onlar  üçün  sutkada  10  l  hesabı  ilə  su  ehtiyatı 
nəzərdə tutulmalıdır. 


 
142
Tutumu 300 nəfərdən az olan sığınacaqlarda içməli su ehtiyatları üçün quru 
qablar  saxlanmasına  icazə  verilir,  belə  qablar  sığınacaqlar  hazır  vəziyyətə 
gətirilərkən doldurulmalıdır. 
İçməli  su  ehtiyatı  qabları  (tutumları)  suyun  səviyyəsini  göstərən  cihazlarla, 
habelə tutumun içərisini təmizləməyə və daxili səthinə boya çəkməyə imkan verən 
qapaqla  avadanlıqlaşdırılmalıdır.  İçməli  su  tutumları  yerləşdirilən  otaqlarda,  hər 
300 nəfər üçün bir kran hesabı ilə kranları olmalıdır. 
Axarlı su tutumları və onun su borularının xarici səthləri qızmanın qarşısını 
alan xüsusi izolyasiya materialı ilə örtülməli, metal qablarının daxili səthlərinə isə 
Respublika  Səhiyyə  Nazirliyinin  tövsiyə  etdiyi  korroziya  əleyhinə  məhlul 
çəkilməlidir. 
Hər  bir  sığınacaqda  tullantı  sularını  xarici  şəbəkəyə  axıtmağa  imkan  verən 
kanalizasiya  sistemi  olur.  Mühafizə  qurğusu  çox  dərində  yerləşdirilərkən  maye 
vurucu stansiya düzəldilir. 
Qəza  hallarında  sığınacağın  sanitariya  qovşağı  otaqlarında  tullantı  suları 
yığmaq  üçün  qəza  çənləri  nəzərdə  tutulur;  belə  çənlər,  onların  təmizlənməsinə 
imkan  verən  birtipli  metal  baklardan,  yaxud  birləşdirilmiş  çənlərdən  ibarət  ola 
bilər. 
Çənlərin  tutumu  adam  başına  sutkada  2l  hesabı  ilə  müəyyən  edilir. 
Sığınacağın  içərisində-kanalizasiya  şəbəkəsinin  içəri  keçdiyi  yerlərdə  siyirtmələr 
qoyulur. 
Sanitariya qovşaqlarında  vaqon tipli unitazlar tətbiq edilərkən su çənlərinin 
üst örtüyündə bacalar olması nəzərdə tutulmur. Quru tullantıları yığmaq üçün hər 
daldalanan  adama  sutkada  1kq  hesabı  ilə  kağız  kisələr  və  paketlər  qoyulacaq 
yerlər müəyyən edilir. 

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin