Sadə daldalanacaqlar
Düşmənin qəfil basqını zamanı əhalinin xeyli hissəsi mühafizə qurğuları ilə
təmin edilməyən hallarda müasir qırğın vasitələrindən əhalinin kütləvi
157
mühafizəsini qısa müddətdə təmin etmək üçün sadə daldalanacaqlar həlledici
əhəmiyyət kəsb edir.
Sadə daldalanacaqlara üstü açıq və örtülü yarğanlar (oyuq), səngərlər
(tranşeya) aiddir.
Örtülü yarğan adamları işıq şüalnmasından tamamilə qoruyur, zərbə
dalğasının təsirinin 2, 5-3 dəfə zəiflədir, nüfuzedici radiasiyanın və radioaktiv
şüalanmanın (üst örtükdəki torpaq qatının qalınlığından asılı olaraq) təsirinin isə
200-300 dəfə azaldır.
Belə yarğan adamların paltarlarının və dərisinin səthinə ZM damcılarının,
bakterial və yandırıcı maddələrin bilavasitə düşməsinin qarşısını alır.
Lakin nəzərə almaq lazımdır ki, hətta üstü örtülü yarğan belə, ZM və bakterial
vasitələrdən mühafizəni tamamilə təmin edə bilmir. Buna görə də belə halda
əlehqazlardan istifadə etmək lazımdır. Çoxlu adam olan, yaxud onların yığışacağı
ehtimal edilən hər yerdə: bütün müəssisələrin, təşkilatların, idarələrin, kommunal
təsərrüfatı obyektlərinin ərazisində, yaşayış salərində, köçürmə üzrə toplanış
məntəqələrində, stansiyalarda, aeroportlarda, nəqliyyata minmə və düşmə
məntəqələrində, aralıq köçürmə məntəqələrində və digər yerlərdə sadə
daldalanacaqların tikilməsi nəzərdə tutulmalıdır.
Belə daldalanacaqların üstün cəhətləri bundan ibarətdir:
• konstruksiyaları sadədir;
• tikinti materialları (əlaltında olan yardımçı materialları) asan əldə edilir;
• işlərin həcmi az olur;
• radiasiya daldanacağının mühafizə xassələrini sığınacağın xassələri
səviyyəsinə çatdırmaq mümkündür.
Sadə daldalanacaqların tutumu 10-50 nəfər nəzərdə tutulur.
Yarğanlar, adətən, uçqunlar altına düşməyəcək ərazidəki müxtəlif yerlərdə:
şəhərlərin bağçalarında, stadionlarda, geniş həyətlərdə, kənd yerlərində isə
bağlarda, bostan yerlərində, geniş küçələrdə düzəldilə bilər. Belə sahələr elə
seçilməlidir ki, oranı qar və yağış suları basa bilməsin.
Yarğanlar adamların bir və iki cərgədən yerləşdirilməsi üçün nəzərdə tutula
bilər. Adamlar bir cərgədə yerləşdirilən yarğan dərinliyi 180-200sm, eni yuxarıda
100-200sm dibdə isə 30-90sm olan xəndəktən ibarət olur. Yarğanın hər adam
üçün 0, 5- 0, 6m hesabı ilə müəyyən edilir.
158
Örtülü yarğanın tikintisi iki mərhələdə yerinə yetirilir: birinci mərhələdə onun
xəndək hissəsi qazılır və avadanlıqlaşdırılır, ikinci mərhələdə üstü örtülür və
torpaqla bərkidilir.
Yarğan-hərəsinin uzunluğu 10-15m olan bir-birinə nisbətən bucaq altında
yerləşən bir neçə düzxətli sahələrdən ibarət xəndəkdir. Tikintinin birinci
mərhələsində ərazidə daldanacağın yeri müəyyən edilib nişanlanır və onun planı
çəkilir.
Sonra nişanlayıcı qaytan boyu 5-7 sm dərinlikdə qanovcuq açırlar. Xəndəyi
onun uzununa oxunun orta hissəsindən başlayaraq qazır və tədricən (xəndək
dərinləşdikcə) onu nişanlanmış xəttədək genişləndirirlər. Qazılan torpağı xəndəyin
hər iki tərəfinə (onun kənarlarından ən azı 50sm uzağa) atırlar. Xəndəyin bir (və ya
hər iki) divarından torpaqdan oturacaq yeri düzəldirlər. Xəndəyin dibi boyu su
axıdan qanovcuq qazırlar ki, o da giriş yerinin qarşısında su yığılan çala ilə qurtarır.
Divarlarda həmçinin ərzaq, su qabları, dərmanlar saxlamaq üçün rəflər düzəldirlər.
Divarlar taxtlar, çırpı, şüvül, qamış və s. materiallar vasitəsilə bərkidilir. Sonra
xəndəyin üstünü tirlərlə, şpallarla, yaxud kiçik ölçülü dəmir-beton tavalarla
örtürlər. Üstdən hidroizolyasiya qatı (tol, ruberoid, xlorvinil plyonka döşəməklə və
ya gildən suvaq çəkməklə) düzəldilir, sonra da onun üstünə 50-60sm qalınlıqda
torpaq tökürlər.
Giriş yeri tərəfdə xəndəyin bir hissəsini taxta qapı və ya qalın pərdə vasitəsilə
əsas hissədən ayıraraq orada çıxarıla bilən qapaqlı ayaqyolu düzəldirlər. Giriş yeri
düzxətli hissəyə nisbətən 90º-li bucaq altında qazılır, bu zaman tutumu 20
nəfərlik olan yarğanda bir, bundan artıq tutumlu yarğanda iki iri giriş yeri
(xəndəyin hər iki tərəfində) nəzərdə tutulur.
Yarğana giriş yeri qapısı olan pilləli maili eniş formasında düzəldirlər. Onun
uzunluğu 2-2, 5m götürülür və üstündə 70-80 sm enində sipər düzəldirlər.
Yarğana giriş yerlərində qoruyucu qapılar qoyulur. Üst örtük və divarların
örtüyü 70-80 sm qalınlıqda torpaq qatının ağırlığından yaranan yükə, torpağın
yandan təzyiqinə və zərbə dalğasının torpağın göstərdiyi 0,5-1,0 kQ sm
2
izafi
təzyiqə davam gətirilməlidir.
Ventilyasiya xəndəyin baş tərəflərində qoyulan havaverici və sorucu qutular
vasitəsilə təmin edilir. Qutular taxtadan düzəldilir, onların en kəsiyi 20 ×20sm olur.
159
Havaverici qutunun aşağı ağzında siyirtmə qapaq və tozəleyhinə süzgəc
quraşdırılır.
Divarlarında örtüyü olan, üstü taxta və 70-80 sm torpaq qatı ilə örtülən,
adamlar bir cərgədə yerləşdirilən 10 nəfərlik yarğan tikmək üçün tələb olunan
təqribi əmək sərfi və tikinti materialları norması belədir: əmək sərfi 80-10 adam-
saat; meşə materialı (eyni diametirli şalban şəklində) -2 kub m; taxta - 1,3-1,5 kub
m; lif (gəpiktə və ya mamır) - 3, 4kq; tol (ruberoid) - 20 kv.m; müxtəlif ölçülü
mismar - 0,3-0,5 kq; məftil – 2 - 3 kq. Texnikadan istifadə edilərkən: təxmini əmək
sərfi 6-8 adam/saat, ekskavatorunun işi - 0, 5-1 maş/saat; avtokranın işi 1
maş/saat.
Sadə daldalanacaqlarda işıq vasitələri olmalıdır.
Dostları ilə paylaş: |