Daldalanacaqlar
Radiasiya daldanacağın həcmi-planlaşdırma, konstruktiv həlli və mühəndis–
texniki avadanlıqları
149
Radiasiya daldalanacaqları (RD) və ya radiasiyadan qoruyan daldalanacaqlar -
daldalanan adamların, ərazidə radioaktiv zəhərlənmə (çirklənmə) zamanı
ionlaşdırıcı şüalanmadan, zərbə dalğasının təsir dairəsindən (ehtimal olunan zəif
dağıntılar zonasında) isə həmçinin dağılan konstruksiyaların qırıntılarından
mühafizəsini təmin edən qurğulardır.
Sığınacaqlarla müqayisədə RD daha geniş əhəmiyyətə malikdir. Onlar həm
şəhərlərin ehtimal olunan zəif dağıntılar zonasındakı müəssisələrin iş növbəsindəki
fəhlələrin, həm də kənd yerlərindəki və iri şəhərlərdən köçürülən müxtəlif əhali
qruplarının mühafizəsini nəzərdə tutur.
RD-ni müəssisələrini əsas və yardımçı binalarının, yarımzirzəmi (kürsü)
hissələrində və birinci mərtəbələrində, həmçinin aşağıdakı binalarda yerləşdirmək
lazımdır:
• məktəb, kitabxana binalarında, habelə ictimai məqsədli binalarda;
• kino-teatr, mədəniyyət evləri, pansionatları, istirahət evləri və bazalarının
binalarında;
• mövsümü olaraq yanacaq, tərəvəz, ərzaq, təssərüfat alətləri saxlanılan
anbarlarda;
• kərpic və daş binaların zirzəmilərində və yerüstü mərtəbələrindəki
otaqlarda.
RD üçün yer seçərkən mühafizəedici konstruksiyaların ionlaşdırıcı
şüalanmalardan mühafizəsini daha etibarlı təmin edən və zərbə dalğasının təsirinə
daha davamlı olan zirzəmilərə və kürsülü mərtəbələrə üstünlük vermək lazımdır.
RD-ni çoxmərtəbəli binaların birinci mərtəbələrində yerləşdirərkən ilk
növbədə digər otaqlardan əsaslı divarlı və arakəsmələr ayrılan və təbii işığı olan
yerlərdən (koridorlar, xollar, dəhlizlər və s.) istifadə etmək lazımdır.
Beləliklə, zərbə dalğasının təsir dairəsindəki RD zirzəmilərdəki yerdən aşağı
və kürsü mərtəbələrindəki otaqlarda, eləcə də yerüstü kərpic (daş) binaların
birinci mərtəbələrindəki təcrid olunmuş otaqlarda, onların avadanlıqlaşdırılması
üçün minimal əmək və vəsait sərfi nəzərdə tutulmaqla yerləşdirilməlidir.
Radiasiya daldanacağı əsas və yardımçı otaqlardan ibarət olur. Əsas otaqlar:
daldalanma otağı, tibb məntəqəsi və lazımi hallarda-ana və uşaq otağı. Yardımçı
otaqlar: sanitariya qovşağı, ventilyasiya otağı, çirklənmiş üst paltarları saxlamaq
üçün otaqlar.
150
Daldalanma otağı - bura adamların xeyli müddət qala bilməsi üçün minimal
rahatlığı təmin etməlidir. Burada oturmaq və uzanmaq üçün yerlər düzəldilir ki,
onların sayı daldalananların sayına uyğun olmalıdır.
RD-nda otaqların döşəmə sahəsinin, həcminin, oturmaq üçün yerlərin
ölçülərinin, eləcə də sanitariya–texniki xidmətlərin hesablanması normaları
sığınacaqlarda olduğu kimidir.
Yəni layihələndirilən binalarda RD düzəldiləcək otaqların hündürlüyü bu
binanın sülh dövründəki təyinatından asılı olaraq müəyyən edilir, lakin bütün
hallarda döşəmədən üst örtük konstruksiyasının aşağı hissəsindəki məsafə ən azı
1, 9 m olmalıdır. Mövcud tikililərdə və qurğularda düzəldilən daldalanacaqlarda:
• otağın hündürlüyü 2,8 - 3 m olan hallarda - üçmərtəbəli taxtlar;
• otağın hündürlüyü 2, 2 - 2,4 m olan hallarda - ikimərtəbəli taxtlar.
RD zirzəmilərdə, döşəməaltı sahələrdə, dağmədən yerlərində, kahalarda və
hündrlüyü 1,7 - 1,9 m olan yeraltı sahələrdə düzəldilərkən bir mərtəbəli taxtlar
qoyulur və hər adam üçün döşəmə sahəsinin norması 0,6 m
2
-a barəbər götürülür.
Fövqəladə hallarda RD istismar tələblərinə müvafiq olaraq ventilyasiya, istilik,
su, kanalizasiya, işıq və rabitə ilə təmin edilir.
Binaların birinci və kürsü mərtəbələrindəki istənilən tutumlu daldalanacaqda,
eləcə də zirzəmidə yerləşdirilən 50 nəfərədək tutumlu daldalanacaqlardan təbii
ventilyasiyadan istifadə edilməsi, təbii ventilyasiyaya kifayət etməyən hallarda isə
süni (məcburi) ventilyasiya yaradılması nəzərdə tutulur.
Süni ventilyasiya sistemində içəriyə hava vermək üçün elektrik
ventilyatorlardan
istifadə
edilir.
Tutumu
300
nəfərdən
artıq
olan
daldalanacaqlarda ventilyasiya otağı olmalıdır. Onun ölçüləri avadanlığın
qabaritindən və ona xidmət etmək üçün tələb olunan sahədən asılı olaraq
müəyyən edilir.
Tutumu 300 nəfər və bundan az olan daldalanacaqlarda ventilyasiya
bilavasitə adamlar daldalanan otaqlarda yerləşdirilə bilər.
Sığınacaqlardan fərqli olaraq RD–də yalnız təmiz ventilyasiya rejimi nəzərdə
tutulur. Daldanacağa verilən havanın miqdarı bayırda havanın temperaturundan
asılı olaraq hər adam üçün saatda 8-13 m
2
müəyyən edilir. Müalicə
müəssisələrindəki RD-yə verilən havanın miqdarı təmiz ventilyasiya rejimində 1, 5
151
dəfə artırılır, sığınacaqların süzücü ventilyasiyaya rejimində isə hər adam üçün
saatda 10 m
2
hesabı ilə götürülür.
Mexaniki üsulla süni (məcburi) ventilyasiya şəraitində elektrik enerjisi kəsilən
halllarda təbii ventilyasiyadan və ventilyatorlardan istifadə edilməsi və bu zaman
hər adam üçün saatda 3 m
2
hesabı ilə hava verilməsi nəzərdə tutulmalıdır.
Sənaye tərəfindən hazırlanan süzücü ventilyasiya avadanlığı olmadıqda RD-ya
hava vermək üçün yardımçı vasitələrdən hazırlanmış ən sadə tərtibatlardan
istifadə edilə bilər. Uducu süzgəc olaraq qumdan, çınqıldan, xırdalanmış şlakdan
istifadə etmək mümkündür, havanı içəriyə vermək üçün müşənbəd və ya rezinli
parçadan hazırlanan körük kisələr, velisopedlə hərəkətə gətirilən sadə
mərkəzdənqaçma ventilyatorlar və s. işlədilə bilər.
Sanitariya qovşaqları kişilər və qadınlar üçün ayrı düzəldilir.
RD-də su təchizatı üçün xarici və daxili su kəmərlərindən istifadə olunması
nəzərdə tutulmalıdır. Kəmərlərdə su kəsildikdə və qəza halları üçün hər adama
sutkada 2 l hesabı ilə səyyar su qabları qoyulacaq yerlərdə olmalıdır.
Kanalizasiya sistemi olmayan binalarda çirkab suların yığılması üçün qəza
çənləri qoyulması və onların nəcis daşıyan maşınlarla təmizlənməsi imkanları
nəzərdə tutulmalıdır. Belə çənlərin tutumu hər adam üçün 2 l hesabı ilə müəyyən
edilməlidir.
Daldalanacaqla qonşuluqda yerləşən digər binaların sanitariya texnikası
avadanlığından qismən istifadə edilməsinə də yol verilir.
Çirkli üst paltarlar üçün otaq giriş yollarından birinin yanında düzəldilməli,
adamlar daldalanan otaqlarda odadavamlılıq müddəti 1saat olan odadavamlı
arakəsmə ilə ayrılmalıdır. Belə otaqlar ümumi sahəsi hər adam üçün 0, 07 m
2
hesabı ilə müəyyən edilməlidir.
Tutumu 50 nəfərədək olan daldalanacaqlarda çirkli üst paltarlar üçün otaq
əvəzinə giriş yollarında pərdə arxasında yerləşdirilən asqılar düzəldilir.
Daldanacağa giriş yerlərinin sayı onun tutumuna görə müəyyən edilir, lakin burada
eni 0, 8 m olan ən azı iki giriş yolu olmalıdır.
Tutumu 50 nəfərədək olan daldalanacaqlarda ancaq bir giriş yolu da ola bilər.
Belə hallarda şaquli pilləkanı və 0, 6×0, 9 m ölçülü bacası, ya da 0, 7×1, 5 m ölçülü
pəncərəsi olan köçürmə çıxış yolu nəzərdə tutulmalıdır.
152
Giriş yollarında adi qapılar qoyulur; onların qapı çərçivəsinə qapanan yerləri
daldalanacaq hazır vəziyyətə keçirilən dövrdə kipləşdirilməli, zərbə dalğasının təsir
göstərəcəyi zonada isə qapılar təzyiqə davamlığa hesablanmalıdır.
Bundan əlavə, sığınacaqlar yerləşdirilən binaların bütün mühafizəedici
konstruksiyaları
zərbə
dalğasının
gücünə
dözməlidir.
Binanın
birinci
mərtəbəsindəki konstruksiyaların divarlarına düşən belə gücün qiyməti
zirzəmilərin və kürsü mərtəbələrin yeraltı hissələrinin divarlarına düşən gücün
qiymətinə nisbətən daha çox olur. Zərbə dalğasının təsir zonasındakı binaların
birinci mərtəbəsindəki daldalanacaq kimi istifadə olunarkən, onların divarının
möhkəmliyini artırmaq tələb olunur ki, bu da inşaat xərclərini artırır.
Daldalanacaqlar zirzəmidə, kürsü mərtəbələrdə yerləşdirilərkən divarların
möhkəmliyini artırmaq lazım gəlir.
Çəpərləyici konstruksiyalar üçün inşaat materialları seçərkən nəzərə almaq
lazımdır ki, materialın həcm çəkisi nə qədər yüksək olarsa, bir o qədər ionlaşdırıcı
şüalanmadan yüksək mühafizə xassələrinə malik olur.
Dostları ilə paylaş: |