Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə144/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   140   141   142   143   144   145   146   147   ...   228
Tambur-şlüzlər  -  sığınacaqda  daldalanan,  oraya  girməkdə  olan  və  girməyə 
gecikən adamların zədələnməsi təhlükəsinin qarşısını almaq üçündür. Tambur-şlüz 
giriş  yollarından  birində  düzəldilir  və  adamların  növbələrlə  içəriyə  buraxılmasını 
təmin  edir.  Tutumu  300-dən  600  nəfərədək  olan  sığınacaqlarda  birkameralı, 
bundan artıq tutumlu sığınacaqlarda isə ikikameralı tambur-şlüz düzəldilir. 
Mühafizəedilən  giriş  və  çıxış  qapıları  -  iki  əsas  tələbi  ödəməlidir:  lazimi 
qədər  buraxma  qabliyyətinə  malik  olmalı;  zərbə  dalğasının,  ionlaşdırıcı 
şüalanmanın giriş və çıxış yollarından keçərək adamların zədələnməsinin, eləcədə 
zəhərləyici  maddələrin,  GTZM-in,  bioloji  vasitələrin  və  yanğın  məhsullarının 
sığınacağa  keçməsinin  qarşısını  almalıdır.  Giriş  yollarının  ölçüləri  və  sayı  sülh 
dövründə  istismar  tələblərini  ödəməli  və  sığınacaqda  adamların  qısa  müddətdə 
dolmasını  təmin  etməlidir.  Adamların  keçməsi  üçün  nəzərdə  tutulan  qapı 
yerlərinin birtipli ölçüləri belədir: eni 80 və 120 sm, hündürlüyü -180 və 200 sm. 
Nəqliyyat  vasitələrinin  keçməsi  üçün  qapı  əvəzinə  aralanan,  yaxud  qalxıb-enən 
tipli darvazalar qoyulur. Nəqliyyat vasitələri üçün giriş eni 180-300, hündürlüyü – 
240  sm  götürülür.  Hər  bir  sığınacaqda  ən  azı  iki  giriş  yolu  olmalıdır.  Tutumu  300 
nəfərədək  olan  sığınacaqlarda  1  giriş  düzəldilir,  bu  zaman  ikinci  giriş  kimi  qəza 
(köçürmə) çıxış yolundan istifadə ediməlidir. Onun daxili ölçüləri 1,2×2 m və qapı 
yerinin  0,8  ×  1,8  m  olan  lağım  şəklində  düzəldilməlidir.  Giriş  yollara  daldalanan 
adamların əsas hərəkət istiqamətləri nəzərə alınmaqla sığınacağı əks tərəflərində 
yerləşdirilməlidir.  Tutumu  600  nəfərədək  olan  sığınacaqlarda  qəza  çıxış  yolu 
qoruyucu  başlıqları  şaquli  quyu  (şaxta)  şəklində  düzəldilir  və  lağım  vasitəsilə 
sığınacağa  birləşdirilir.  Lağım  və  şaxtanın  daxili  ölçüləri  0,9  ×  1,3  m  olmalıdır.  
Sığnacaqda  lağıma  və  şaxtaya  çıxmaq  üçün  sığınacağın  divarında  ölçüləri  0,6×0,8 
m olan, sığınacağın daxilində və xaricində  hermetik qapaqlarla bağlanan çıxış yeri 
düzəldilməlidir.  Tutumu  600  nəfər  və  bundan  artıq  olan  sığınacaqlarda  çıxış 
yollarından  biri  daxili  ölçüləri  1,2×2  m  olan  qəza  (köçürmə)  çıxış  yeri  kimi 
avadanlıqlaşdırılmalıdır.  Bu  zaman  sığınacaqdan  lağıma  çıxış  0,8  ×  1,8  m  ölçülü 
qoruyucu-hermetik  və  hermetik  qapılarla  malik  tambur  vasitəsilə  yerinə 
yetirilməlidir. 
Şaxta  (quyu)  formalı  qəza  çıxış  yollarının  ağzında  başlıqlar  düzəldilməlidir; 
başlığın  yerin  səthindən  hündürlüyü  belə  ola  bilər:  1,2m  –  başlıq  binanın 
hündürlüyünün yarısından 3 metr artıq məsafədə (D=0, 5 N+3m) olan hallarda; 0,5 
m-başlıq binanın hündürlüyünə (N) bərabər məsafədə (D=N) olan hallarda. Girişlər 
dalan, ikitərəfli və quyu (şaxta) tipli növlərə ayrılır. 


 
145
Başlığın  hündürlüyü  1,2  m  olan  başlığın  divarından  içəriyə  açılan  jalyuzli 
qapaqla  bağlanan  0,6  ×  0,8  metr  ölçülü  çıxış  bacası  nəzərdə  tutulmalıdır.  Dalan 
tipli  giriş  –  sonu  sığınacağın  mühafizəedici  konstruksiyalarına  və  qoruyucu 
tərtibatlarına çıxan düzxətli və ya döngəli maili lağımdan ibarət olur. Belə girişlərin 
xüsusiyyəti ondan ibarətdir ki, zərbə dalğası buraya sızaraq şaquli manelərdən əks 
olunub  maksimal  dinamik  yüklənmələr  yarada  bilər.  İki  tərəfli  giriş-qapalı,  yaxud 
qismən qapalı birbaşa lağımdan ibarətdir. İkitərəfli girişdə dinamik yüklər təzyiqin 
qiymətindən artıq olmur. 
Bina  ilə  birgə  tikilən  sığınacqlarda  girişlər  qurğunun  daxilində  və  xaricində 
düzəldilə bilər. Xarici giriş sığınacağın qabaritindən kənarda, daxili giriş isə binanın 
qabariti  daxilində  (binanın  pilləkən  qəfəslərindən,  birinci  mərtəbəsindəki 
otaqlardan,  mühafizəedilməyən  zirzəmi  hissəsindən  keçməklə)  yerləşdirilir. 
Girişlər  və  qəza  çıxışları  atmosfer  çöküntülərindən  və  yerüstü  sulardan  mühafizə 
edilməlidir. 
Xüsusi  dövrdə  tikilən  sığınacaqlar  (teztikilən  sığınacaqlar)  yalnız  əsas 
təyinatı, yəni adamların müasir zədələnmə vasitələrindən mühafizə edilməsi üzrə 
istismar şərtlərindən irəli gələn sadə planlı konstruktiv həllə malik xüsusi tipli MM 
mühafizə  qurğularıdır.  Onlar  mühafizə  xassələrinə  görə  əvvəlcədən  tikilən 
sığınacaqlardan  fərqlənir.  Teztikilən  sığınacaqlar  (TS),  adətən,  bir-tipli  layihələr 
üzrə qısa müddətdə quraşdırılır. 
Belə  sığınacağın  konstruksiya  –planlaşdırma  həllinin  əsas  xüsusiyyətləri 
bunlardır: 
•  sənayadə  hazırlanmış  mövcud  konstruksiya  və  hissələrdən,  eləcə  də 
müəssisədə olan materiallardan maksimum istifadə edilməsi; 
•  belə  qurğuları  qeyri  ixtisaslı  işçi  qüvvəsinin  gücü  ilə  və  mexanizimlərdən 
məhdud  dərəcədə istifadə etməklə qısa müddətdə quraşdırmaq mümkün olusun 
deyə, onların planlaşdırma konstruksiya həllinin sadəliyi; 
•  ağacdan  düəzldilən  giriş  tərtibatlarının  habelə  həm  zavodlarda,  həm  də 
obyektdə  əlaltda  olan  yerli  materiallardan  hazırlanan  sadə  avadanlıqların  tətbiq 
edilməsi. 
Teztikilən  sığınacaqların  konstruksiyası  müxtəlifdir  və  işlədilən  material  və 
məmulatlardan asılı olur. Çəpərləyici və daşıyıcı konstruksiyalar üçün yığma dəmir-
beton  məmulatlardan,  beton  bloklardan,  ağcdan,  yayma  metaldan,  təbəqə  və 
dalğavari təbəqə poladdan və başqa əlaltda olan materiallardan istifadə olunur. 
Bunlar aşağıdakılardan ibarətdir: 


 
146
•  dairəvi boşluq örtük panelləri (PK-59-18;PK-59—16 və s.); 
•  qabırğalı örtü lövhələri (PR-59-24;PR-59-16 və s.); 
•  tam kəsimli lövhələr; 
•  diametri 4 m olan ÇT-20 boruları; 
•  hündürlüyü 2,5 m olan adi kollektorlar (RK-25); 
•  hündürlüyü 2,2 m olan TB-3 kollektor bloku və s. 
Son  illər  teztikilən  sığınacaqların  layihələndirilməsi  və  tikintisindən  spesifik 
xüsusiyyət və konstruksiyaya malik üç hissəli lövhədən ibarət qurğular geniş tətbiq 
olunur. 
Teztikilən sığınacaqda aşağıdakılar nəzərdə tutulur: 
•  daldalanan adamlar üçan otaqlar; 
•  sadə  süzgəc  və  ventilyatorları,  yaxud  süzücü-ventilyasiya  qurğusunu 
yerləşdirmək üçün yer; 
•  sanitariya qovşağı; 
•  su qabları və səyyar sobalar yerləşdirmək üçün yerlər; 
•  bir-iki giriş və bir çıxış qəza yolu; 
•  tullantıları yığmaq üçün yer; 
•  tambur. 
Teztiklən  sığınacaqların  (TS)  daxili  avadanlığı  sadə  tipli  hava  təchizatı, 
kanalizasiya, işıqlandırma və rabitə vasitələrindən ibarətdir. 
Sənaye  tipli  süzücü-ventilyasiya  qurğuları  olmadıqda  qumdan,  çınqıldan, 
xırdalanmış şkaladan və s.–dən uducu süzgəc kimi istifadə edilə bilər. 
Su kəməri olmayan hallarda su təchizatı hər adam üçün sutkada 2 l hesabı 
ilə gəzdirilə bilən qablarda saxlanması nəzərdə tutulur. 
Sanitariya qovşağında hər 100 adama 1×0,6 m və hər 250 adama- 0,5 × 0,6 
m  ölçülü  zibil  quyusu  nəzərdə  tutulur.  Zibil  quyusu  hava  sorucu  qutu  və  DZU, 
yaxud ZU tipli partlayışdan qoruyan tərtibatla avadanlıqlaşdırılır. 
Teztikilən sığınacaqların tutumu tələbatdan, onları tikmək üçün boş sahələri 
olub-olmamasından və tikinti müddətindən asılı olaraq müəyyən edilir. 
TS-ın  inşası  sülh  dövründə  planlaşdırılır,  planda  birtipli  layihələrin  işlənib 
hazırlanması, lazımi məmulat və hissələrin, material və avadanlıqların buraxılması 
nəzərdə  tutulur,  onların  istehsal  edəcək  müəssisələr  və  obyektlərə  daşıyacaq 
nəqliyyat müəssisələri göstərilir. 


 
147
Bir-birindən  20-25  m  aralı  yerləşdirilən  sığınacaqların  inşası  üçün  4-6 
qrupdan  ibarət  hər  bir  qrup  sığınacağın  tikintisi  üçün  40-50  nəfər  inşaatçı,  iki 
buldozer, bir kiçik ekskavator və imkan varsa, yükqaldırma qabliyyətli 2-5 t olan iki 
avtomobil kranı ayırırlar. 
Adamlar  daldalanan  otaqlarda  taxtlar,  taxud  oturmaq  və  uzanmaq  üçün 
kürsülər qoyulur. İkimərtəbəli taxt və kürsülər qoyulan hallarda aşağı mərtəbədəki 
hər  dörd  oturcaq  üçün  ikinci  mərətbədə  bir  uzanmaq  yeri  nəzərdə  tutulur. 
Birmərtəbəli  yerləşdirmə  zamanı  isə  hər  yeddi  oturacaq  yeri  üçün  iki-üç  uzanma 
yeri  ayrılır.  Oturmaq  və  uzanmaq  üçün  yerlərin  ölçüləri  sülh  dövründə  tikilən 
daldalanacaqlarda olduğu kimidir. 
Əvvəlcədən  tikilən  mühafizə  qurğuları  “xüsusi”  dövr  elan  edilərkən 
adamların  daldalanması  üçün  tam  hazır  vəziyyətə  gətirilir.  Təsərrüfatın  və  ya 
əhalinin  ehtiyacları  üçün  istfadə  olunan  qurğular  dərhal  boşaldılır,  oraya 
oturacaqlar, taxtlar və digər lazımi avadanlıqlar qoyulur. 

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin