Microsoft Word 1-ci m vzu- fh t snifati


Sığınacaqların  konstruktiv  həlli  və  mühəndis  texniki  avadanlığı  -



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə145/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   141   142   143   144   145   146   147   148   ...   228
Sığınacaqların  konstruktiv  həlli  və  mühəndis  texniki  avadanlığı  - 
Sığınacağın konstruktiv elementləri bunlardır: 
•  əsas  qurğunun  yükgötürücü  və  mühafizəedici  konstruksiyaları  (üst 
örtükləri,  örtüklər),  xarici  və  daxili  divarlar,  sütunlar  və  arakəsmələr,  bütöv 
bünövrə tavaları və ayrı-ayrı sütunvari (lentvari)  bünövrələr; 
•  girişin  elementləri  (tamburların,  tambur-şlüzlərin,  tambur-önünün 
divarları,  pilləkənləri  və  pandusları),  onların  üzərindəki  örtükləri  qoruyucu 
tərtibatlı giriş yerləri başlıq hissələr; 
•  qəza  çıxış  yollarının  element-lağımlarının  və  mühafizə  edilən  başlıq 
hissənin,  qoruyucu  tərtibatlı  çıxış  yerinin  (qapılar,  qapaqlar,  birtipli  bölmələr) 
divarları, üst ötrükləri və bünövrələri. 
Sığınacaq  kimi  uyğunlaşdırılan  binaların  konstruksiyaları  kifayət  qədər 
möhkəm  və  davamlı  olmalı  və  orada  daldalanan  adamların  zərbə  dalğasından, 
ionlaşdırıcı  şüalanmalardan,  işıq  şüalanmasından  və  yanğınlar  vaxtı  istiliyin 
təsirindən mühafizəsini təmin etməlidir. Binalar hermetik olmalıdır. Bina ilə birgə 
tikilən  sığınacaqların  konstruktiv  forması  bu  binaların  (tikintinin)  konstruksiya 
nəzərə alınmaqla müəyyən edilir.  
Yeni 
sığınacaqlar 
layihələndirilərkən 
birtipli 
yığma 
dəmir-beton 
konstruksiyalardan  istifadə  edilən  karkaslı  sxemlər  tətbiq  etmək  tövsiyə  olunur, 
müvafiq  mühəndis  əsaslandırılması  olan  hallarda  isə  karkassız  sxemlər  də  tərtib 
edilə bilər. 


 
148
Sığınacaqlar layihələndirilərkən bunu nəzərə almaq lazımdır: 
•  üst örtükləri (örtüklər)-tirli (tirlərin ucuları-rigellər sütunlara dirənməklə), 
yaxud  tirsiz  olmalıdır.  Son  illər  sığınacaqların  üst  örtüyü  üçün  yüksək  texniki-
iqtisadi  göstəricilərə  malik  yığma-monolit  tirsiz  konstruksiyalardan  geniş  istifadə 
olunur. 
•  divarlar-yığma  dəmir-beton  lövhələrdən,  beton  bloklardan,  monolit 
dəmir-betondan və möhkəmlik üzrə tələbləri ödəyən digər inşaat materiallarından 
geniş istifadə olunur. 
•  dirək bünövrələri-yığma və ya monolot dəmir-betondan olmalıdır; 
•  arakəsmələr-armatur,  kərpicdən,  yığma  dəmir-betondan,  davamlı 
doldurucu betondan və digər odadavamlı materiallardan tikilməlidir; 
•  giriş yerlərinin  qoruyucu tərtibatları-dövlət standartlarına (DST) müvafiq 
hazırlanmış  qoruyucu  –  hermetik  və  hermetik  darvazalar,  qapı  və  qapaqlardan 
istifadə olunmaqla hazırlanmalıdır; 
•  sığınacaq  kimi  tikilən  binanın  digər  binaları  ilə  xarici  əlaqələrini  təmin 
edən  kommunikasiyalar-bu  binaya  giriş  yerlərində  konpensasiya  tərtibatları 
qoyulması nəzərdə tutulmalıdır. 
Mühəndis kommunikasiyalarının girişləri sığınacağın içərisində  onlara baxış 
və təmir üçün rahat olmalıdır. Su və istiliklə təchizat şəbəkəsinin girişlərində, eləcə 
də  kanalizasiyanın  çıxış  yerində  sığınacağın  içəri  tərəfində  bağlayıcı  armaturlar 
qoymaq  lazımdır.  Sığınacaqları  və  onların  konstruksiyalarını  suyun  dağıdıcı 
təsirindən  mühafizə  etmək,  qurğunun  və  oradakı  avadanlıqların  normal 
istismarını,  habelə  otaqlarda  lazımi  temperatur-rütubət  rejimini  təmin  etmək 
üçün  sığınacaqlarda  hidroizolyasiya  düzəldilir.  Bu,  eyni  zamanda,  sığınacağın 
daxilində  havanın  təzyiq  artıqlığını  yaratmağa  imkan  verən  germetikləşdirici  
konstruksiya rolunu da oynayır. 
Sığınacağı  adətən  yığma  monolit,  yaxud  monolit  dəmir-betondan,  bəzi 
hallarda  isə  kərpic  və  digər  materiallardan  tikirlər.  Müasir  sığınacaqlar  əsasən 
yığma-monolit, unifikasiya edilmiş yığma dəmir-beton hissələrdən quraşdırılır. 
 

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin