Süzgəcli ventilyasiya otağı (SVO) - sənaye tipli (stasionar) süzücü
ventilyasiya avadanlığının yerləşdirilməsi üçündür.
Süzgəcli ventilyasiya otağı, adətən, sığınacağın xarici divarların yanında, giriş
yollarının və ya qəza çıxış yollarının yaxınlığında yerləşdirilir. Bu otağın ölçüləri
avadanlığın ölçülərindən və avadanlığa xidmət etmək üçün lazım olan sahədən
asılı olaraq müəyyən edilir.
Ən vacib və məsuliyyətli məsələ bayırdakı ehtimal olunan zəhərlənmələr,
yanğınlar şəraitində, eləcədə hermetik qurğuda adamların xeyli müddət qalması
nəticəsində içərisindəki havanın tərkibi pisləşərkən adamların tənəffüs üçün
yararlı hava ilə lazımi miqdarda təmin edilməsidir.
Yaranmış vəziyyət daldalanan adamları uzun müddət (bir neçə sutka)
sığınacağda qalmağa vadar edə bilər. Bu isə ancaq sığınacaqda normal-sanitar
gigiyena şəraiti olan hallarda, yəni havanın tərkibindəki karbon qazının miqdarı ən
çoxu 2%, oksigenin ən azı 15-16%, habelə temperatur ən çoxu 30ºS (dərəcə) və
rütubət ən çoxu 85% olmaqla yolverilən hədlərdə saxlanılarkən mümkündür. Onu
da nəzərə almaq lazımdır ki, adam nəfəs alarkən saatda 20-25 l. oksigen udur, 20 l.
karbon qazı, təxminən 90 qram rütubət və 100 kkal istilik yaradır.
Havanın tərkibində oksigen və hava qazının lazımi miqdarını habelə normal
temperaturu və rütubəti saxlamaq üçün sığınacağa təmiz havanın verilməsi
havaverici və ya havaverici-sorucu ventilyasiya sistemi vasitəsilə təmin olunur.
Ventilyasiya sistemi iki və ya üç rejimdə işləyə bilər:
• təmiz ventilyasiya rejimində (1-ci rejim);
• süzücü ventilyasiya rejimində (2-ci rejim);
• içəridəki hava bərpa (regenerasiya) edilməklə tam təcrid olunma rejimi
(3-cü rejim).