136
Otaqların hündürlüyü onlardan sülh dövründə nə məqsədlə istifadə
ediləcəyindən asılıdır, lakin döşəmədən üst örtük konstruksiyalarının ən aşağı
hissəsindəki məsafə 3,5 m-dən çox olmamalıdır. Otağın hündürlüyü 2,15 m-dən
2,9 m-dək olan hallarda ikimərtəbəli taxtlar, bundan artıq olanda isə üçmərtəbəli
taxtlar qoyulmalıdır. Sülh dövründə istismar şəraitinə görə hündürlüyü ən azı 1,85
m olan binalardan sığınacaq kimi istifadə etməyə icazə verilir. Belə hallarda
burada ancaq birmərtəbəli taxtlar qoyulmalıdır.
Daldalanan adamların oturması üçün oturacaqlar hər adam üçün 0, 45 × 0,
45 m, yuxarı mərtəbələrdə uzanma yerləri isə 0,55 × 1,8 m hesabı ilə müəyyən
edilir. Taxtların döşəmədən hündürlüyü birinci mərtəbədə 0,45 m, ikinci
mərtəbədə-1,4 m və üçüncü mərtəbədə 2,15 m olmalıdır. Ən yuxarıdakı
mərtəbədə otağın üst örtüyünə (tavanına) və ya tavan konstruksiyasının aşağı
hissəsindəki məsafə ən azı 0,75 m götürülür.
Daldalanan adamların oturrması və uzanması üçün yerlər stasionar ola bilər
(sığınacaq tikilərkən düzəldilir). Əgər belə taxtlar sığınacaqlardan sülh dövründə
təsərrüfat ehtiyacları üçün istifadə etməyə maneçilik törədirsə, onlar sığınacaq
mühafizəyə hazırlıq rejminə keçilərkən düzəldilir. Sığınacağın geniş sahəli
otaqlarını 50-75 nəfərlik otaqlara bölmək lazımdır.
Dostları ilə paylaş: