Mövzu 9 FH-DA ƏHALİNİN MÜHAFİZƏSİ. MM-İN MÜHAFİZƏ QURĞULARI. Mülki müdafiə qurğularının təyinatı və təsnifatı, onların tikintisinin təşkili.
Fövqəladə hallarda (FH) əhali arasında itkilərin qarşısının alınması və ya
maksimum dərəcədə azaldılmasına yönəldilən mühəndis-texniki tədbirlər
kompleksinə mühəndis-mühafizə sistemi deyilir.
Bu kompleksə (mühəndis tədbirlərinə) aid edilən əsas tədbirlərdən biri də
mühafizə qurğularının inşaatıdır.
Mülki müdafiənin mühafizə qurğuları fövqəladə hallarda adamların
daldanıb hər cür zədələyici vasitələrdən qorunması üçündür və onlardan sülh
dövründə müəssisələrin ehtiyacları və əhaliyə xidmət məqsədilə istifadə
edilməlidir.
Fövqəladə hallar qəflətən yaranan hallarda belə xüsusi qurğular əhalinin
mühafizəsi üçün ən etibarlı və səmərəli vasitədir.
Mühafizə qurğuları kollektiv mühafizə vasitələridir. Onlar təyinatına,
yerləşdirilməsinə, tikilmə müddətinə, materialına, xassələrinə görə belə təsnif
edilir.