Sunamilər - ən təhlükəli təbii dəniz hidroloji hadisəyə aid edilir, yapon
dilindən “körfəzdə hündür dalğa” kimi tərcümə olunur.
Sunami sualtı və sahilyanı zəlzələlər nəticəsində yaranan dəniz dalğalarının
bir növüdür. Okeanın dibinin qalxması, enməsi zamanı sahildə qəflətən qeyri adi
hündür ləpələr peyda olur.
Sunamilər torpağın tektonik hərəkətindən, sualtı vulkanların püskürməsindən,
okeanda böyük torpaq hissələrinin çökməsindən, yeraltı sürüşmələrdən yaranır.