207
Dezinfeksiya tədbirlərini şərti olaraq
profilaktika və
qırıcı tədbirlər növünə ayırırlar. Profilaktika tədbirlərinə:
yaşayış binalarının və yardımçı binaların təmiz saxlanılması, qapı və pəncərələrə tor çəkilməsi, xırda su
hovuzlarının və arxlarının təmizlənməsi və s. aiddir. Qırıcı tədbirlər fiziki və kimyəvi vasitələrlə icra edilir.
Dezinfeksiya kamerasından və texniki vasitələrdən əlavə bu məqsəd üçün
insektisid adlanan zəhərli
maddələrdən istifadə olunur. Ən çox işlədilən insektisidlər aşağıdakılardır:
Heksaxloran – həşəratı, biti, birəni, milçəyi, ağcaqanadı və s. məhv etmək üçün toz, məhlul, aerozol (tüstü)
halında tətbiq edilir.
Xlorofos – fosforlu üzvi maddədir, 1-5 faizli su məhlulu, 10 faizli toz, zəhərli yem, “muxomor” kağızı formasında
işlədilir.
Kafbofos – 0.15 faizli su emulsiyası halında, paltarları bitqıran məhlula hopdurmaq üçün işlədilir.
Dostları ilə paylaş: