216
Xilasedici dəstə bir iş növbəsi (8-10 saat) ərzində aşağıdaki işlərdən birini görə
bilər: zədələnmiş 600-1200 nəfər adamı zədələnmə ocağından çıxarıb 250-350 m
məsafəyə daşımaq; zədələnmiş 120-240 nəfəri uçqun altından, qismən uçmamış
binalardan çıxarıb 250-350 m məsafəyə aparmaq; qismən dağılmış xəndək və ya qazma
tipli 60-120 daldalanacağın üstünü açıb sökmək. Həmin işləri yerinə yetirmək üçün
dəstə, adətən, mühəndis texnikası və kənd təsərrüfatı texnikası ilə təmin olunur,
habelə xüsusi məqsədli dəstələr ilə gücləndirilir.
Kəşfiyyat qrupu 3-5 manqadan ibarət olur.Bu qrupun əsas vəzifələri-zədələnmə
ocağının hüdudlarını, dağıntıların xarakterini və miqdarıını, radiasiyanin səviyyələrini,
zəhərləyici maddələrin və bakterioloji vasitələrin növünü müəyyən etməkdir. Kəşfiyyat
bölmələri yanğınların yerini və ölçülərini, dağılmış və zədələnmiş binaların,
sığınacaqların və daldalanacaqların vəziyyətini müəyyənləşdirir,texnika və nəqliyyatın
hərəkəti üçün yararlı olan marşrutlar tapır, harada yararlılar olduğu barədə məlumat
toplayır və başqa işləri icra edir. Kəşfiyyat qrupu adamların, texnikanın əmlakın,
ərzağın, alafın və suyun zəhərlənməsinə nəzarət etmək işinə cəlb oluna bilər.
Zərərsizləşdirici komanda 2-4 qrupdan ibarət olub ərazini,tikintiləri və texnikani
zərərsizləşdirmək üçün nəzərdə tutulur. Bir iş növbəsində 350-600 min kv metr sahəni
və ya 80-120 min kv metr tikilini deqazasiya edə bilər.
Sanitar drujinası dəstəsi 4-5 sanitar drujinasından ibarətdir və kütləvi
zədələnmə ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün nəzərdə
tutulur. Dəstənin şəxsi heyəti bir iş növbəsində 2200-2700 şəxsə ilk yardım göstərə
bilər. Dəstə zədələnmə ocağında mülki müdafiənin xilasedici bölmələri ilə birgə işləyir.
Sanitar drujinaları – beş manqadan ibarətdir; kənd təsərrüfatı və orta təhsil
müəssisələrinin, bazası əsasında yaradılır. Drujinalar zərər çəkmiş şəxslərə zədələnmə
ocağında ilk tibbi yardım göstərmək üçündür.
Ətraf mühitdəki obyektlərin radioaktivliyini müşahidə postları müəssisə və
obyektlərdə radioaktiv, kimyəvi və bakterioloji vəziyyəti müşahidə etmək, sahələrdə
zərərlənmə başladığını vaxtında aşkara çıxarmaq və bu barədə obyektin mülki müdafiə
qərərgahına məlumat vərmək üçündür.
Dostları ilə paylaş: