Microsoft Word 1-ci m vzu- fh t snifati


Texnogen xarakterli FH, onların baş vermə səbəbləri, istehsalat qəzaları və



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə24/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   20   21   22   23   24   25   26   27   ...   228
Texnogen xarakterli FH, onların baş vermə səbəbləri, istehsalat qəzaları və 
fəlakətlər. 
Texnogen  xarakterli  fövqəladə  hallar  dedikdə  ümumlikdə,  insanın  sənaye  və 
təsərrüfat fəaliyyəti ilə əlaqədar olan qəza və fəlakətlər nəzərdə tutulur.    
   Elmi-texniki  tərəqqi  inkişaf  etdikcə,  onun  nailiyyətləri  artdıqca  ortaya  çıxan 
texnogen  mənşəli  fəlakət  və  hadisələrin  sayı  da  artmış  olur.Təbiətdə  baş  verən 
fəlakətlər,  həmçinin  sayca  çoxalan  texnogen  mənşəli  qəzalar  insanları  bu  barədə 
daha  çox  düşünməyə  vadar  edir.  Son  illərdə  sayı  bir  neçə  dəfə  artan  texnogen 
mənşəli qəzalar nəticəsində çox sayda insan həyatını itirmiş və xəsarətlər almışdır. 
   Dünyada  baş  verən  texnogen  mənşəli  fövqəladə  hadisələrin  2/3  hissəsi 
nəqliyyatda  baş  verən  qəzalarla  xarakterizə  olunur.Yerdə  qalan  digər  üçdə  bir 
hissəni sənaye  və  enerji  obyektlərində baş  verən  ən  iri həcmli  yanğınlar  və  digər 
texnogen fəlakətlər təşkil edir  
   Texnogen  xarakterli  fövqəladə  hallara  radiasiya,  yanğınlar,  partlayışlar  bina  və 
qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə 
ə
laqədar  qəzalar,  elektroenergetika  sistemlərində,  həyat  təminatlı  kommunal 
sistemlərdə, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, 
magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.hadisələr daxildir.       
Azərbaycan  Respublikasının  ərazisində  yüksək  dərəcədə  texnogen  təhlükələr 
mövcuddur ki, bunlar da müxtəlif növ FH-ın başlıca mənbələridir. 
 Bunların əsas səbəbləri aşağıdakılardır: 
-istehsalat  sahələrihdə  təhlükəsizliyin  dövlət  tərəfindən  tənzimlənməsi 
mexanizminin    zəifləməsi;  respublikada  iqtisadiyyatın  sturukturca  yenidən 
qurulması prosesinin uzanması nəticəsində istehsalatın bütün sahələrində əmək və 
texnoloji  intizamın,  habelə  istehsalatda  qəzaya  qarşı  davamlılıq  tədbirlərinin 
zəifləməsi; 
-bəzi  sənaye  sahələrində  istehsalat  vasitələrinin,  xüsusən  də  texnoloji 
avadanlıqların,  nəqliyyat  vasitələrinin,  əsas  istehsalat  fondlarının  yol  verilməz 
dərəcədə, bir sıra hallarda 90% və daha artıq aşınması; 
-sənaye istehsalında təhlükəsizlik texnikasının, xammalın və hazırlanan məhsulun 
keyfiyyətcə kəskin surətdə aşağı düşməsi; 
-istehsalatda  təhlükəli,  zərərli  amilləri  aşkar  və  nəzarət  edən  cihazların,  belə 
amillərdən kollektiv və fərdi mühafizə vasitələrinin kifayət qədər hazırlanması və 
onların keyfiyyətsiz olması; 
-ölkədə  həyat  fəaliyyətinin  təmin  olunması  sahələrində  aparılan  əsaslı  və  tətbiqi 
tədqiqatların keyfiyyətinin aşağı olması; 
-partlayış,  yanğın,  kimyəvi,  radiasiya,  bioloji  təhlükəli  maddələr  və 
texnologiyalardan istifadə edilməsinin miqyasca genişlənməsi; 
-potensial  təhlükəli  istehsalat  və  obyektlərin  vəziyyətinə  nəzarət  və  müşahidənin 
kifayət dərəcədə olmaması; 
-qəza  və  fəlakətlərin  aradan  qaldırılması  üçün  lazımi  həcmdə  ehtiyatların 
olmaması; 
-FH-ın baş verməsi ehtimalı olunan zonalarda sosial problemlərin yaranması.   
 



Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin