Radiasiya şəraitinin proqnozlaşdırılması və qiymətləndirilməsi.
Radiasiya şəraiti – nüvə silahı tətbiq edildikə və nüvə-yanacaq istehsalı obyektində qəza baş
verdikdə yaranır, insanların və digər canlıların, müxtəlif obyektlərin radiaktiv maddələrlə zəhərlənməsi,
ətrafın radiaktiv çirklənməsi ilə nəticələnir.
Radiasiya şəraitini qiymətləndirilməsi ərazinin, müəssisənin radiaktiv zəhərlənməsinin miqyası və
dərəcəsi, həmçinin zəhərlənmənin dəstə və əhalinin fəliyyətinə təsiri təyin edilməsidir.
Radiasiya şəraitinin qiymətləndirilməsinə, adətən, aşağıdakılar aiddir: radiaktiv zəhərlənmə
zonalarının sərhədlərini va onlarda radiasiya səviyyəsinin bölünməsini təyin etmək; zəhərlənmə
zonalarının müəssisələri torpaqdan istifadə planına və ya sxeminə köçürülməsi; dəstələrin şəxsi
heyətinin, əhalinin, heyvanların radiaktiv şüalanma dozasının va onların arasında baş verə biləcək
itkilərin təyin edilməsi; zəhərlənmş ərazidə dəstələrin, həmçinin əhalinin təsərrüfat işlərinin
aparılmasında ən məqsədəuyğun fəaliyyətinin müəyyən edilməsi.
Radioaktiv zəhərlənmə zonalarının sərhədlərini orada radiasiyanın səviyyəsini məlumat verməklə
və ya radiasiya kəşfiyyatı ilə təyin edirlər.
Müəssisələrin mülki müdafiə dəstələri və qərargahları öz rayonlarında ərazinin radiaktiv
zəhərlənməsi haqqında məlumatı, adətən rayonunun mülki müdafiə qərargahından alır va radiasiya
kəşfiyyatı ilə dəqiqləşdirir.
Lazım gələrsə, müəssisənin mülki müdafiə qərərgahlarında ərazinin, adamların, heyvanların və
başqa obyektlərin zəhərlənmə dərəcəsi təxminən qabaqcadan müəyyən edile bilər. Qabaqcadan təyin
edilmənin əsasını partlayış rayonunda və radiaktiv buludun izində radiaktiv zəhərlənməsinin dərəcəsi,
gözlənilən ölçüləri, hesabat proqnoz metodları vasitəsiə hesablama təşkil edir. Qabaqcadan təyin edilmə
üçün ilk məlumatlar əsasən aşağıdakılardır: partlayışın (qəzanın) gücü, növü və mərkəzin koordinatları,
orta küləyin sürəti, istiqaməti. Müəssisənin MM qərargahı bu məlumatları rayonun qəragahından alır və
ya özü təyin edir.
Əgər küləyin orta sürəti (v) və istiqaməti, partlayış mərkəzindən müəssisəyə qədər olan məsafə (R)
məlumdursa, onda partlayışdan müəssisənin ərazisinə radiaktiv maddələrin çökməsi vaxtını aşağıdakı
düsturla təyin edirlər: