Dövlət
sistemi
Dövlət sisteminin
(DS) fəaliyyət mərhələləri
Yüksək
hazırlıq
Gündəlik
fəaliyyət
Fövqəladə hal
İ
stehsal sahəsi üzrə
Ə
razi üzrə
Azərbaycan Respublikası FH-da fəaliyyət göstərən Dövlət sistemi
Sistemin hər bir vəsiləsi üçün rəhbər orqanlar; gündəlik idarəetmə orqanları;
ə
traf mühitə, təhlükə potensiallı obyektlərə nəzarət və müşahidə edən qüvvə və
vasitələr; fövqəladə halların nəticələrini aradan qaldıran qüvvələr; rabitə və
xəbərdarlıq sistemi müəyyən edilmiş, lazımi maddi- texniki vəsait ehtiyatları
yaradılmişdır.
Sistemin rəhbər orqanları bunlardır:
-bütün respublika üzrrə: Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyi(FHN)- rəhbəri FHN-nin naziri;
-muxtar respublika üzrə: Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
fövqəladə hallar Komissiyası rəhbəri Naxçıvan MR baş Nazirinin müavini
olmaqla;
-şəhər və rayonlar üzrə: rayon (şəhər) icra hakimiyyəti orqanlarının fövqəladə
hallar komissiyası (RFHK)- rəhbəri icra hakimiyyəti başçısının birinci müavini
olmaqla;
-təsərrüfat obyektlərində: obyekt fövqəladə hallar komissiyası (OFHK)-
rəhbəri obyektin baş mühəndisi olmaqla (bu komissiyalar onlara ehtiyac və maddi-
texniki baza olduqda yaradılır);
-Nazirliklərdə (dövlət komitələrində, baş idarələrdə): sahə fövqəladə hallar
komissiyası (SFHK)- rəhbəri nazirin (komitə sədrinin) müavini olmaqla.
Sistemin gündəlik idarəetmə orqanları isə bütün səviyyədən olan ərazi
fövqəladə hallar komissiyalarının növbətçi xidmətləri;
-nazirliklərin (dövlət komitələrinin, baş idarələri), təhlükə potensiallı təsərrüfat
obyektlərinin növbətçi- dispetçer xidmətləri və bütün səviyyələrdən olan mülki
müdafiə qərargahlarından ibarətdir.
Müxtəlif səviyyəli fövqəladə komissiyaların vəzifələri ancaq miqyasca
fərqlənir. Öz səviyyələrində və səlahiyyət dairələrində bu komissiyaların əsas
vəzifələri bunlardır:
-ətraf mühitə və təhlükə potensiallı obyektlərə daimi müşahidə və nəzarəti
təşkil etmək;
-belə hallarda yarana biləcək vəziyyəti proqnozlaşdırmaq və qiymətləndirmək;
-fövqəladə halların qarşısını almaq və nəticələrini zəiflətmək məqsədilə
profilaktiki tədbirləri görmək, xilasetmə işləri aparmaq üçün qüvvələr hazırlamaq,
zərər çəkmiş əhaliyə yrdım üçün lazımi maddi – texniki vəsait ehtiyatları
yaratmaq;
-fövqəladə hallar barədə xəbər və məlumatların bütün əhaliyə (təşkilatlara,
fəhlə və qulluqçulara) vaxtında çatdırılmasını təmin etmək;
-fövqəladə halların aradan qaldırılması işlərini təşkil etmək və ona rəhbərlik
etmək.
Qeyd etmək lazımdır ki, fövqəladə komissiyalar daimi fəaliyyət göstərən
komissiyalardır. Onlar həmişə hazır olmalı, lazım gəldikdə dərhal fəaliyyəti təşkil
etməlidirlər.
Fövqəladə komissiyalar öz vəzifələrini yerinə yetirə bilsin deyə, onların
heyətinə nazirliklər, dövlət komitələri, baş idarələr, şirkətlər, birliklər və s.
təşkilatlar cəlb olunmuş, onların konkret vəzifələri müəyyən edilmişdir.
Azərbaycan Respublikasının FHN MM üzrə əsas vəzifələri:
-əhalinin fövqəladə hallarda mühafizəyə və düzgün fəaliyyətə hazırlanmasını
təşkil etmək və ona nəzarət etmək;
-təhkükə barədə əhali üçün xəbərdarlıq sisteminin daimi hazırlığını təmin
etmək və onlara davranəş qaydaları haqqında göstəriş və məlumatları vaxtında
çatdırmaq;
-fövqəladə hallarda fəaliyyət üçün nəzərdə tutulan qüvvələrin hazırlanmasına
nəzarət etmək, onların işini planlaşdırmaq, xilasetmə işləri zamanı idarə
olunmasını təşkil etmək;
- fövqəladə hallarda əhalinin həyat fəaliyyətini təşkil etmək və s. həvalə
olunmuşdur.
Yerli(şəhərlərin, habelə nazirlik və obyektlərin) daimi komissiyaları da
özlərinin fəaliyyətini təşkil etmək məqsədilə belə vəzifə bölgüsü aparmalı, bu işə
cəlb edilən hər bir təşkilatın və məsul şəxsin səlahiyyətini və məsuliyyətini
müəyyən etməlidirlər.
Fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün həm mövcud olan
qüvvə və vəsaitlərdən: nazirliklərin və idarələrin qəza - xilasetmə, qəza – bərpa və
çevik yanğınsöndürən dəstələrindən; səhiyyə nazirliyinin təcili yardım xidməti
qüvvələrindən, FHN – nin qoşun hissələrindən və ixtisaslaşdırılmış dəstələrindən;
müdafiə nazirliyinin kimyəvi və mühəndis qoşun hissələrindən; dəmir yolu, hava
yolları, Xəzər donanması idarələrinin müvafiq qəza – xilasetmə qüvvələrindən
istifadə etmək, həm də bir sıra tikinti, ixtisaslaşdırılmış quraşdırma idarələrində
xüsusi çevik qəza – bərpa dəstələrinin yaradılması nəzərdə tutulur.
Yaranan vəziyyətdən asılı olaraq, bütünlüklə Dövlət fövqəladə fəaliyyət
sistemi müvafiq daimi Fövqəladə Hallar Nazirinin qərarı əsasında üç müxtəlif
rejimdə işləyə bilər:
Birinci rejim – gündəlik fəaliyyət respublikanın ərazisində, o cümlədən də
rayonda (obyektdə) sənaye – istehsalat fəaliyyəti, radiasiya – kimyəvi şərait,
həmçinin seysmik, hidrometroloji, sanitar – epidemik vəziyyət normal olan halda
işləyə bilər. Bu zaman rayonlarda, obyektlərdə planlı surətdə ətraf mühitə,
potensiallı obyektlərdə daimi müşahidə aparılır, ehtimal edilə bilən fövqəladə
halların qarşısını almaq, təsirini azaltmaq, nəticələrini aradan qaldırmaq məqsədilə
ə
vvəlcədən planlı tədbirlər hazırlanır və yerinə yetirilir. Qüvvə və vasitələrin
ehtiyatları yaradılır, əhaliyə müvafiq proqramlar əsasında mühafizə, davranış,
fəaliyyət qaydaları öyrədilir və müvafiq təsərrüfat planları əsasında digər hazırlıq
işləri görülür.
İkinci rejim – yüksək hazırlıq rejimidir. Bu rejimə fövqəladə hallar baş
verəcəyi barədə proqnoz alınarkən, normal istehsal fəaliyyəti, radiasiya, kimyəvi
şə
rait, epidemik və s. pisləşərkən keçilir. Belə hallarda müvafiq fövqəladə hallar
komissiyaları aşağıdakı işləri görürlər:
-vəziyyətin pisləşməsi səbəbini aşkar etmək üçün operativ qruplar yaradır;
-növbətçi – dispetçer xidmətlərinin fəaliyyətini gücləndirir;
-müşahidə və nəzarəti artırır;
-fəaliyyət göstərəcək qüvvə və vasitələri hazır vəziyyətə gətirir və onların
vəzifələrini konkretləşdirir, əhalinin mühafizəsi üzrə tədbirləri dəqiqləşdirirlər.
Üçüncü fövqəladə rejim – sistem bu rejimə fövqəladə hallar baş verərkən və
onların nəticələri aradan qaldırılarkən FHN – nin müvafiq orqanları və daimi
komissiyanın qərarı ilə keçirilir. Bu zaman:
-əıalinin mühafizəsi təşkil edilir;
-işlərə bilavasitə rəhbərlik etmək üçün daimi komissiyaların operativ qrupları
fəlakət yerlərinə göndərilir;
-qüvvə və vəsaitlər fəlakət yerinə gətirilir və xilasetmə işlərinə cəlb edilir;
-baş vermiş fəlakətin nəticələri aradan qaldırılır;
-ətraf mühitdə şəraitin dəyişməsinə daimi və ciddi nəzarət qoyulur.
Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə xilasetmə işlərinə
bilavasitə rəhbərlik aşağıdakı orqanlar tərəfindən həyata keçirilir:
- nəticəsi ancaq bir istehsalat binasını əhatə edən qismən fövqəladə hallar
zamanı – obyekt fövqəladə hallar komissiyası;
- nəticəsi ancaq bir obyektin ərazisini əhatə edən obyekt miqyaslı fövqəladə
hallar zamanı lazımi hallarda rayon (şəhər)və sahə fövqəladə komissiyaların
operativ qrupları da iştirak etməklə, obyekt fövqəladə hallar komissiyası;
- nəticəsi rayonun (şəhərin) ərazisini əhatə edən yerli FH zamanı – şəhər
(rayon) hakimiyyət orqanlarının fövqəladə hallar komissiyası;
- respublikanın bütün ərazisini əhatə edən bölgə miqyaslı FH zamanı –
Respublika Fövqəladə Hallar Nazirliyi.
Fövqəladə halların nəticələrinin aradan qaldırılması işləri adətən aşağıdakı
ardıcıllıqla təşkil edilir:
-istehsalatdakı işçilərin və təhlükə yaranan sahələrdə əhalinin xəbərdarlıq
edilməsi və mühafizə olunması;
-qəzanın məhdudlaşdırılması və ən təcili xilasetmə işlərinin görülməsi;
-fəlakətin miqyasını, onun törətdiyi təhlükənin xarakterini və s. təyin etmək
üçün kəşfiyyatın təşkili;
-xilasetmə işlərinə cəlb ediləcək qüvvə və vasitələrin müəyyənləşdirilməsi,
onların hazır vəziyyətə gətirilməsi;
-xilasetmə işləri aparmaq üçün qərar qəbul edilməsi və işlərin təşkili;
-obyektin istehsalat fəaliyyətinin (əhalinin normal həyat fəaliyyətinin) bərpa
olması.
İstehsalat qəzaları və təbii fəlakətlərin nəticələrini aradan qaldırarkən
xilasetmə işlərinin aparılması qaydaları digər müvafiq hallarda olduğu kimidir.
İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu ona
görədir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə,
nəqliyyatda və digər sənaye kompleksində qəzaların, təbii fəlakətlərin sayı xeyli
artmışdır. Bu məsələ indiki iqtisadi münasibətlərin keçid dövründə daha böyük
ə
həmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31- də “
Azərbaycan Respublikasının Mülki müdafiəsi haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə 73 saylı və 1998- ci il aprelin 18- də “Mülki müdafiə haqqında”
Azərbaycan Respublikası Qanununun ( 30 dekabr 1997- ci il, № 420- İQ ) tətbiq
edilməsi barədə 700 saylı fərmanı imzalamışdır. 30 aprel 1992-ci il tarixli FH –in
qarşısının alınması və belə hallarda fəaliyyət üzrə “Azərbaycan Respublikasında
Dövlət siyasəti haqqında” Nazirlər Kabinetinin 339 nömrəli, “Əhalinin
mühafizəsinin əsas prinsipləri haqqında” 29 dekabr 1992 –ci il tarixli 700 nömrəli
qərarı. Azərbaycan Respublikası FHN-nin Mülki müdafiə Qoşunları haqqında
ə
sasnamə (29 dekabr 2006-ci il № 511 ) qəpul edilmişdir. Yeni Əsasnamə və
Qanunda Azərbaycan Respublikasında Mülki müdafiənin əsas məqsəd və
vəzifələrini habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai
təşkilatların, eləcə də məsul şəxslərin və bütün vətəndaşların mülki müdafiə üzrə
vəzifələri müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki müdafiəsi – sülh və müharibə dövrlərində
respublikanın ərazisində əhali və təsərrüfat obyektlərini təbii fəlakətlərin, həmçinin
güclü qəzaların nəticələrindən, habelə müasir qırğın vasitələrinin təsirindən
mühafizə məqsədilə dövlət, təsərrüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün
vətəndaşların iştirakı ilə həyata keçirilən sosial və müdafiə tədbirləri sistemidir.
Mülki müdafiə ilk dəfə Fransanın Paris şəhərində 1931-ci ildə general Sant Pol
tərəfindən, bir qurum kimi yaradilmışdı. 3 noyabr 1993-cü il tarixindən
Azərbaycan Respublikası bu təşkilatın üzvidir.
Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyinin orqanları yerinə yetirir. Buraya bütün idarəetmə
orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr,
təşkilarlar və digər obyektlər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh və
fövqəladə hallarda respublikanın bütün ərazisində mülki müdafiə tədbirlərinin
yerinə yetirilməsini təşkil edirlər.
-fövqəladə halların nəticələrindən əhalinin və təsərrüfat obyektlərinin mühafizə
edilməsi;
-sülh və müharibə dövrlərində admların həyatı, sağlamlığı üçün təhlükə yarandığı
barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar
edilməsi və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar
edilməsi;
-fövqəladə halların nəticələri aradan qaldırılarkən qəza-xilasetmə və digər
təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi;
-FHN-nin orqanlarının rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin
fövqəladə hallarda mühafizəyə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin
təşkili;
-sülh və müharibə dövrlərindəki fövqəladə hallarda təsərrüfat sahələrinin,
müəssisələrinin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına
yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis -texniki və digər
tədbirlərin hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir.
Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll edilməlidir.
Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki,
mülki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də
istehsalat və digər təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti
üzrə planlaşdırılır və yerinə yetirilir.
Yeni Qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında
Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Pezidenti
həyata keçirir. Azərbaycan Respublikasının Mülki Müdafiəsinə Respublikanın Baş
Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri
həyata keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır. Mülki müdafiə
tədbirlərini planlaşdırmaq və həyata keçirməsini təşkil etmək, habelə icraya nəzarət
məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi gündəlik rəhbərlik
edir. Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər:
-Naxçıvan Muxtar Respublikasında – Müxtar Respublikasının Milli məclisinin
sədri;
-Şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə -müvafiq icra hakimiyyəti başcıları
və onların nümayəndələri;
-təsərrüfat birliklərdə və obektlərdə -onların rəhbərləri və sahibkarları.
Mülki müdafiənin vəziyyəti üşün həmin şəxslər tam məsuliyyət daşıyırlar və
bu, onların vəzifə borcuna daxildir. Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa
dövlət orqanları vasitəsilə yerinə yetirilir.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn
vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət üçün
yerlərdə mülki müdafiə qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat
obyektləri(müəssisələr) mühüm yer tutur. Təsərrüfat obyektləri(müəssisələr)mülki
müdafiənin təşkilində vacib rola malikdir və əsas mərhələdir.
Bütün mülki müdafiə tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt
dedikdə idarə, müssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur.
Oyektdə (məktəblərdə, universitetlərdə) mülki müdafiənin təşkil edilməsi və
vəziyyəti üçün bu obyektin rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır.
Obyektdə mülki müdafiə - fəhlə, qulluqçu, gəncləri, tələbələri(şagirdləri)
qabaqcadan müasir qırğın vasitələrindən mühafizəyə hazırlamaq, obyektin
fövqəladə hallarda sabit işləməsi üçün şərait yaratmaq və vaxtında qəza –
xilasetmə və digər təxirəsalınmaz işlər (QX və DTİ) görmək, təbii fəlakət və
istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır.
Obyektin mülki müdafiə rəhbərliyinin yanında mülki müdafiə qərargahı
yaradılır. Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülki
müdafiə məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısısır. Qərargah mülki
müdafiə üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən
təşkil edilir.
Obtektin rəhbəri
MM rəhbərinin müavinləri
obyektin
MM
qərargahı 3-5 nəfər
Xidmətlər
Ümumi məqsədli
Köçürmə komissiyası
Xilasedici
dəstə
(komanda)
Kəşfiyyat
qrupu
(manqası)
Sanitar druji-
naların dəstəsi
(sandrujina)
Yanğınsöndürən
komanda (bölmə)
Xüsusi məq-
sədli dəstələr
Bitkiləri müha-
fizə komandası
(qrupu)
Zərərsizləşdirici
komanda (qrup)
ətraf mühitin radio-
aktiv müşahidə
postları
Obyektin mülki müdafiəsinin təşkili sxemi.
Mülki müdafiənin xüsusi tədbirlərini yerinə yetirmək, bu məqsədlə qüvvə və
vasitələr hazırlamaq, qəza xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən mülki
müdafiə qüvvələrinin fəaliyyətini təmin etmək üçün yerlərdə mülki müdafiə
xidmətləri yaradılır.
Obyektlərdə xidmətlərin vacib rolu vardır. Onlar obyektin şöbələri, təşkilat və
laboratoriyaları əsasında yaradılır. Xidmətlərin rəisləri obyektin baş mütəxəssisləri,
istehsalat rəhbərlərindən təyin edilir.
Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin həcm və
xüsusiyyətlərini, xidmət yaratmaq üçün lazımi maddi bazanın, qüvvə və vasitələrin
olmasını nəzərə almaqla müvafiq icra hakimiyyəti başçılarının qərarı və obyekt
rəhbərlərinin əmrləri ilə yaradılır. Mülki müdafiənin əsas xidmətləi bunlardır:
-rabitə və xəbərdarlıq;
-tibbi;
-yanğından mühafizə;
-ictimai asayişi mühafizə;
-sığınacaq və daldalanacaqlar;
-mühəndis;
-avtomobil nəqliyyatı;
-maddi – texniki təchizat;
-ticarət və energetika;
-kimya və radiasiyadan mühafizə və s.
Lazımi hallarda və müvafiq baza olduqda digər xidmətlər də yaradıla bilər.
Kənd təsərrüfatı heyvanlarını və bitkilərini mühafizə xidmətləri də yaradılır.
Dostları ilə paylaş: |