Microsoft Word 1-ci m vzu- fh t snifati


Tibb xidmətinin kimya kəşfiyyatı



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə86/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   82   83   84   85   86   87   88   89   ...   228
 
Tibb xidmətinin kimya kəşfiyyatı 
cihazı - TBXKKC (ПХР-МВ) 
 
1.  Tibbi  və  baytarlıq  xidmətində  zəhərli  maddələri  təyin  etmək  üçün 
TBXKK cihazından aşağıdakı məqsədlər üçün istifadə olunur (Şəkil).  
•  suda-zarin,  zoman,  V-qaz,  iprit,  trixlortrietilamin,  xlorsian,  sianid  turşusu 
və onun duzlarını, arsenli zəhərləyici maddələri (lüizit və s.) ağır metal alkaloid və 
duzlarını;  
• havada müxtəlif əşyaların səthlərində, habelə alafda, zarin, zoman, V-qaz, 
iprit  trixlortrietilamin,  sianid  turşusu,  xlorsian,  arsenli  hidrogen  (alafdakından 
başqa), fosgen və difosgen maddələrini təyin etmək üçündür.  
Havada  və  müxtəlif  əşyaların  səthindəki  zəhərləyici  maddəni  PXR-MV 


cihazı  vasitəsilə  ancaq  bəzi  hallarda  təyin  edirlər.  Bu  məqsədlər  üçün,  adətən 
VPXR cihazından və ya digər indikasiya vasitələrindən istifadə olunur. 
 
Cihazın quruluşu: 1 - quru ekstrasiya bankası; 2 - metal qutu, 3 su nümunəsi 
götürmək üçün qab; 4 - parça kaset; 5 - qapaq; 6 - əl nasosu, 7- indikator bo-
rucuqlarının kağız kasetləri, 8 - qayışlar. 
 
Bundan  başqa,  bu  cihaz  zəhərlənməsi  güman  edilən  sudan,  ərzaq 
mallarından,  torpaqdan  və  digər  maddə  və  əşyalardan  laboratoriya  şəraitindən 
analiz  (təhlil)  etmək  üçün  nümunələr  (problar)  götürməkdən  ötrü  nəzərdə 
tutulmuşdur.  
2. Cihaz qapaqlı qutudan (gövdədən) ibarətdir. Gövdədə əl nasosu, indikator 
borucuqları  və  reaktiv  ampulaları  olan  kağız  kasetləri,  quru  reaktivlər,  sınaq 
borusu,  Dreksel  qabcıqları  (şüşələri)  olan  parça  kaset,  bakterial  yoluxma 
nümunələri  götürmək  üçün  dörd  xüsusi  sınaq  borusu  olan  banka  alafda  ZM 
olduğunu təyin  etmək  üçün  quru  hava  (ayırması  -  ekstraksiyası) bankası  yerləşir. 
Bunlardan  başqa,  cihazın  komplektinə  nümunə  götürmək  üçün  kürəcik,  qayçı, 
pinset, sınaq borusunun saxlayıcıları, asqıları və s. daxil edilmişdir.  
3.  Kollektorlu  porşen  əl  nasosu  yoxlanılan  havanı  vurub  indikator, 
borucuqlarından  keçirmək,  kollektor  isə  iki,  üç,  dörd  yaxud  beş  indikator 
borucuğunu  eyni  zamanda  nasosa  birləşdirməkdən  ötrüdür.  Kollektor  içərisində 
qoruyucu  patron  yerləşdirilmiş  barabandan  ibarətdir;  qoruyucu  patron  yeyici 
maddə  buxarlarının  və  indikator  borucuqlarındakı  reaktivin  nasosa  düşməsinin 
qarşısını almaq üçündür. Nasosu 50-60 dəfə vurarkən bir dəqiqə ərzində indikator 
borucuğundan təxminən 2 1 hava keçir.  
4.  Kasetlər  onlarda  indikator  borucuqlarını,  yaxud  reaktiv  ampulalarını 
yerləşdirmək,  habelə  boşluqlardakı  quru  reaktivləri,  Dreksel  qabcıqlarını,  sınaq 
ş
üşələrini va pipetləri yığmaq (parça kaset) üçündur.  
5.  İndikator  borucuqları  ZM-i  təyin  etmək  üçündür  və  hansı  zəhərləyici 
maddə üçün nəzərdə tutulduğunu göstərən işarəyə malikdir. 
Cihazın  işə  hazırlanması.    Cihazı  işə  hazırlayarkən  -  onda  bütün  lazımi 
əş
yaların  olduğunu,  onların  sazlığını  və  yararlığını,  habelə  nasosun  işlədiyini 
yoxlayırlar. 
  

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin