Tibb kimyəvi kəşfiyyat cihazı – TKKC (МПХР) Tibb kimyəvi kəşfiyyat cihazı su mənbələrinin, alafın və dənəvər ərzaq
məhsullarının zəhərləyici maddələrlə zəhərlənməsini aşkar etmək üçündür.
Bu cihaz aşağıdakı hallarda ZM və zəhərləri aşkar etməyə imkan verir:
suda – zarini, zomanı, V qazları, ipriti, arsenli maddələri, sianid turşusunu
və onun duzlarını, fosforlu-üzvi pestisid maddələri, alkaloidləri və ağır metal
duzlarını;
dənəvər ərzaq məhsullarında və alafda – zarini, zomanı, V-qazları, ipriti,
fosgeni, difosgeni.
Bunlardan əlavə, bakterioloji maddələrlə zəhərlənmə şübhəsi yaranan
hallarda cihaz vasitəsilə nümunə götürmək mümkündür.