üçün bankanı, nasos və indikator borucuqlarını hazırlayırlar.
Suda fosforlu zəhərləyici maddələrin ampulalar dəsti vasitəsilə təyin
edilməsi. Bu məqsədlə iki qırmızı işarəli iki ampula götürür, pipet vasitəsilə
onlardan birini zəhərli (yoxlanılan), digərini isə distillə edilmiş təmiz su ilə aşağı
nişanlarınadək doldururlar. Hər iki ampulanı 3 dəq. belə saxlayırlar. Bu müddət
ə
rzində yaşıl işarəli ampulanı qırıb onun içərisindəki maddənin distillə edilmiş
suda əridir, alınmış məhlulu yaşıl işarəli pipet vasitəsilə sorub tökərək, həm
yoxlanılan, həm də təmiz su ampulalarını yuxarı qırmızı nişanadək doldururlar. Bu
zaman ampulalardakı maye 1 nömrəli rəng standartına uyğun olan göy rəng alır.
Bundan sonra həm birinci (nəzarət), həm də ikinci (yoxlanılan) ampulalardakı
mayelərin göy rəngdən yaşıl rəngədək dəyişməsinin sürətinin dəqiqələr üzrə (saat
vasitəsilə) müşahidə etmək lazımdır. İki dəqiqə ərzində müşahidə edilərkən təmiz
(nəzarət) ampuladakına nisbətən yoxlanılan ampulada suyun göy rəngdən yaşıl
rəngə yavaş keçməsi bu suyun zəhərli olmasına dəlalət edir.
Yoxlanılan nümunə nəzarət nümunəsindən 2 dəq gec yaşıl rəng alırsa – bu,
zəhərlənmənin orta dərəcədə (0.005 mq/l), zəif olduğunu göstərir. Əgər yoxlanılan
suyun rəngi 30 dəq ərzində əhəmiyyətli dərəcədə dəyişməzsə, bu o, deməkdir ki,
suda çoxlu fosforlu ZM var, yəni zəhərlənmə çox güclüdür (0.05 mq\l-dən artıq).
Dostları ilə paylaş: