Microsoft Word 1-ci m vzu- fh t snifati


Mövzu 6    KİMYƏVİ KƏŞFİYYAT CİHAZLARI



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə82/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   78   79   80   81   82   83   84   85   ...   228
Mövzu 6 
 
KİMYƏVİ KƏŞFİYYAT CİHAZLARI 
 
Kimyəvi maddələrin aşkarlanması üçün əsas istifadə olunan 4 metod vardır: 
 
Lüminesensiya; İonlaşdırıcı; Kimyəvi; Biokimyəvi. 
 
Lüminesensiya  metodu    zamanı  tədqiq  olunan  maddənin  (məsələn,  tədqiq 
olunan  qazların  parı)  işıqlanması  və  ya  həmin  maddə  ilə  qatışdırılan    xüsusi 
lüminoforların  işıqlanması  müşahidə  olunur.    Lüminesensiya  analizi  üçün  tətbiq 
olunan  aparatda  lüminesensiyanın  həyəcanlanma  mənbəyi  və  qeydiyyat  qurğusu 
vardır.  İşıq  mənbəyi  olaraq  analizdə  ksenon  lampalar,  havada  qığılcım  və  ya 
lazerlərdən  istifadə  olunur.  Lüminesensiyanın  qeydiyyatı  əsasən  vizual  olaraq  və 
ya analizin dəqiqliyini artıran fotoelektron cihazlar vasitəsilə həyata keçirilir. 
İ
onlaşdırma metodu  zamanı hər hansı bir şüalanma və ya zərrəciklər seli ilə 
maddəyə  təsir  göstərilir.  Bu  zaman  kimyəvi  maddənin  molekulları  ionlaşır  və 
onlardan yeni zərrəcilər seli yaranır ki, bunlar da öz növbəsində analizə göndərilir. 
Məsələn, mass-spektrometriyada təsir göstərən sel elektronlar seli, ultrabənövşəyi 
ş
üalanma  ola  bilər  ki,  bunlar  da,  tədqiq  edilən  maddənin  ilkin  molekulyar 
ionlarının  dağılması  nəticəsində  yeni  molekulyar  ion  selini  yaradır.  Bu  metod 
vasitəsilə moleklyar kütləni aşkar etmək, maddəni müəyyən etmək, onun kimyəvi 
quruluşunu təyin etmək və s. mümkündür. 
Kimyəvi  metod  zəhərləyici  kimyəvi  maddə  ilə  reaktivin  reaksiyası 
nəticəsində onun rənginin dəyişməsinin qeydiyyatına əsaslanmışdır. 
Biokimyəvi  metod  zəhərləyici  kimyəvi  maddələrdə  asetilxolinin  hidrolizini 
həyata  keçirən  aktiv  ferment  –  xolinesterazın  sinir  iflic  edici  təsirini 
zəiflədilməsinə əsaslanmışdır. 
Zəhərləyici  və  adi  kimyəvi  maddələri  aşkar  etmək  üçün  daha  çox  kimyəvi 
kəşfiyyat  cihazlarından  istifadə  olunur  ki,  bunlar  da  kimyəvi  və  biokimyəvi 
metodlara əsaslanmışlar.  
 Havada,  ərazida,  texnikanın  və  başqa  obyektlərin  səthlərindəki  zəhərləyici 
maddələri (ZM), adətən, kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsilə, 
yaxud  nümunə  götürüb  onları  kimya  laboratoriyasında  təhlildən  (analizdən) 
keçirməklə aşkar edirlər.  
Müasir  zəhərləyici  maddələri  hiss  orqanları  vasitəsilə  (orqanolektik  üsulla) 
aşkar etmək heç də həmişə mümkün deyil. Onların bir çoxunun heç bir iyi, rəngi, 
qıcıqlandırıcı xassələri yoxdur. Başlıcası isə bir sıra ZM-in zəhərliliyi o dərəcədə 
yüksəkdir  ki,  onların  iyinə  və  ya  qıcıqlandırıcı  təsirinə  görə  aşkar  edilməsi  cəhdi 
ciddi zəhərlənmələrlə nəticələnə bilər. Müşahidə yolu ilə, yəni əşyanın səthindəki 
ZM  damcılarına  və  ləkələrinə,  ZM-in  yaratdığı  buludun  və  zəhərlənmış  bitki 
yarpaqlarının rənginin dəyişməsinə görə bəzi zəhərləyici maddələri təxmini olaraq 
aşkar etmək mümkündür.  
Zəhərləyici maddələri çöl şəraitində aşkar və təyin etmək (indikasiya etmək) 
üçün ən çox kimyəvi  metoddan istifadə edilir. Bu üsul zəhərləyici  maddə ilə ona 


müvafiq  seçilmiş  digər  bir  xüsusi  maddənin  (reaktiv)  qarşılıqlı  təsiri  sayəsində 
müəyyən  bir  rəngə  malik  birləşmə  yaranması  hadisəsinə  əsaslanır.  Belə  rəngin 
meydana  çıxması  burada  məhz  həmin  ZM-in  olduğuna  dəlalət  edir.  Bu  rəngin 
çalarını kağıza çəkilmiş rəng etalonları ilə müqayisə edərək ZM-in konsentrasiyası 
və ya havanın zəhərlənmə dərəcəsi barədə qənaətə gəlmək mümkündür.  
İ
stifadə  etmək  rahat  olsun  deyə,  kimyəvi  kəşfiyyat  cihazlarında  işlədilən 
reaktivləri məsaməli maddəyə (süzgəc kağızına, salikakel maddasinə) yaxır, yaxud 
ş
üşə  ampulaya  yığırlar.  Reaktiv  yaxılmış  məsaməli  maddəni  (buna  doldurucu 
maddə deyilir) va müvafiq miqdarda ampulaları şüşə borucuğa yerləşdirirlər, ətraf  
mühitin  təsirindən  qorumaq  üçün  borucuğun  hər  iki  ucunu  lehimləyirlər.  Belə 
borucuqlar  indikator  borucuğu  adlanır.  İndikator  borucuğunu  işlədərkən  onun 
uclarını  kəsir,  daxilindəki  ampulanı  qırır  va  zəhərli  havanı  xüsusi  nasosla  sorub 
borucuqdan  keçirirlər.  Bu  zaman  havanın  tərkibindəki  ZM  buxarları  reaktivlə 
reaksiyaya  girərək  məsaməli  maddənin  (doldurucunun)  rəngini  müvafiq  surətdə 
dəyişir.  Bu  rəngə  və  onun  tündlüyünə  (çalarına)  görə  ZM-in  növü  və  havadakı 
konsentrasiyası təxmini təyin edilir.  
Kimyəvi  kəşfiyyat  cihazları  və  qaz  siqnalizatorlarının:  qoşun  kimyəvi 
kəşfiyyat  cihazı  (VPXR),  yarımavtomat  kimyəvi  kəşfiyyat  cihazı  (PPXR),  QSP-
1M və QSP-11 avtomat qaz siqnalizatorları və s. növləri olur. Bunların bir neçəsini 
nəzərdən keçirək.  
 
Qoşun kimyəvi kəşfiyyat cihazı (QKKC), ВПХР 
 
Bu  cihaz  havada,  ərazidə,  texnikanın,  avadanlığın  və  digər  əşyaların 
səthindəki  ZM-i  təyin  etmək  üçündür.  Bu  cihaz  vasitəsilə  havada,  ərazidə, 
texnikannı, müxtəlif sursatların səthində zarin, zoman, iprit; havada V-qaz, fosgen, 
sianid turşusu, xlorsian olub-olmadığı tə'yin edilir.  
Cihazın  quruluşu.  Cihaz  qapağı  olan  xüsusi  formalı  qutudan  (gövdədən) 
ibarətdir.  Qutuda  əl  nasosu,  nasosun  ucluğu,  indikator  borucuqları  yığılmış  kağız 
kaset,  tüstü  süzgəcləri,  qoruyucu  qapaqlar,  elektrik  fənəri  və  15  patronu  olan 
qızdırıcı yerləşdirilib (şəkil) 
Cihazın  dəstinə  kürək,  cihazın  işlədilməsi,  istismarı  və  zoman  tipli  ZM-i 
təyin etmək qaydaları barədə təlimat - yaddaş vərəqəsi də daxildir. Cihazı daşımaq 
üçün qaytanlı çiyin qayışı vardır. Cihazın çəkisi təxminən 2,2 kq-dır.  
Ə
l  nasosu -  porşenlidir,  yoxlanılan havanı  indikator borucuqlarından vurub 
keçirmək üçündür. Nasosu dəqiqədə 50 dəfə vurarkən indikator borucuğundan 2 l 
hava keçir. Nasos başlıq, silindr, ştok və dəstəkdən ibarətdir və cihazın gövdəsində 
quraşdırılmış  metal  boruda  yerləşir.  Borunun  dibindəki  yay,  rəzəni  (tutucunu) 
açarkən nasosu basıb bayıra çıxarmaq üçündür. Nasos boruda dəstəyi bayıra tərəf 
olmaqla yerləşdirilir.  
Nasosun başlıq hissəsində indikator borucuqlarının ucları kəsmək (çərtmək) 
üçün  bıçaq  və  indikator  borucuqlarını  yerləşdirmək  üçün  yuvalar  var.  Başlığın 
kəllə  hissəsində  borucuqların  uclarını  qırmaq  üçün  iki  çökək  yer  də  düzəldilib. 
Bunlardan  başqa  nasosun  başlıq  hissəsində  rezin  klapan  və  klapanın  yəhəri  də 


yerləşdirilib.  Başlığın  klapan  tərtibatı  ilə  kip  birləşməsi  rezin  araqat  vasitəsilə 
təmin edilmişdir.  
 
 
VPXR : 1 – gövdə; 2 -qapaq; 5 – tüstüəleyhinə süzgəclər; 6 – nasosun 
ucluğu; 7 –qoruyucu qapaqlar; 11 – bel.  
 
VPXR: 3 - əl nasosu; 4 – kağız kasetlər; 8 – elektrik fənəri; 9 - qızdırıcı; 
10  –  qızdırıcının  patronları;  12  –  təlimat-cihazla  işləmək  üçün  yaddaş; 
13 – üzvü ZM aşkar edilməsi üzrə təlimat; 14 – çiyin qayışı.  
 
Nasosun  dəstəyində  ampulaqıran  və  nüvə  yerləşdirilmişdir.  Ampulaqıran 
indikator  borucuqlarının  içərisindəki  ampulaları  qırmaq,  nüvə  isə  ampulaqıranı 
nasosun  dəstəyində  bərkitmək  üçündür.  Dəstəyin  yan  tərəfindən  ampulaqıran 
millər  işarələnmişdir  (markalanmışdır).  Üç  yaşılq  həşiyəli  mil  –  üç  halqavari 
haşiyəsi  olan  borucuq  üçün  bir  qırmızı  haşiyəli  və  qırmızı  nöqtəli  mil  isə  bir 
qırmızı haşiyəsi və qırmızı nöqtəsi olan borucuqlar üçündür. 
Kaset eyni işarəli 10 indikator borucuğunu yerləşdirmək üçündür (şəkil) 


Kasetin  üz  tərəfində  havada  ZM  olarkən  indikator  borucuqlarındakı 
doldurucu  maddənin  aldığı  etalon  rəng  göstərilmiş  və  kasetdəki  borucuqları 
işlətmək qaydası barədə qısa göstərişlər yazılmışdır. 
İ
ndikator  borucuqlarını  işlədərkən  onun  doldurucu  maddəsinin  aldığı  rəngi 
kasetin  səthindəki  rənglə  tutuşdurmaqla  havada  olan  ZM-in  konsentrasiyasını 
təxmini təyin etmək mümkündür. 
Kasetin  aşağı  hissəsində  indikator  borucuqlarının  hazırlanmasının  tarixi  və 
yararlılığı müddəti göstərilmişdir. 
Nasosun ucluğu cihazı tüstülü şəraitdə işlədərkən, habelə torpaqda, dənəvər 
materiallarda,  texnikanın,  paltarların  və  başqa  əşyaların  üzərindəki  ZM-i  təyin 
edərkən işlədilir.  
Nasos ucluğunun gövdəsi dörd kəsimlə qıfvari hissəyə birləşdirilib, gövdəyə 
ş
üşə silindr geydirilib. Qıfın aşağı hissəsindəki yiv və xüsusi qayka vasitəsilə ona 
sıxıcı  halqa  bənd  edilib  ki,  onu  da  rəzə  ilə  1azımi  vəziyyətdə  bərkitmək 
mümkündür. Şüşə  silindrin - ucluğun gövdəsinə, o ucluğun isə nasosla birləşmiş 
yerləri iki rezin araqatla kipləşdirilir. 
İ
ndikatorun borucuqları - ZM-i təyin etmək üçündür, içinə doldurucu maddə 
və  reaktivli  ampulalar  yerləşdirilib,  ucları  lehimlənmiş  şüşə  borucuqlardan 
ibarətdir. Borucuqlar rəngli halqa şəklində haşiyələrlə işarələnmişdir. Bu haşiyələr 
həmin borucuq vasitəsilə hansı zəhərləyici maddənin müəyyən edildiyini göstərir. 
Cihazın dəstində üç növ indikator borucuqları olur: bir qırmızı haşiyəli və qırmızı 
nöqtəli  borucuqlar  zoman,  zarin,  V-qaz  tipli  ZM-i;  üç  yaşıl  haşiyəli  borucuqlar  - 
fosgen,  sianid  turşusu,  xlorsian; bir sarı  haşiyəli borucuqlar  isə  ipriti təyin  etmək 
üçündür. Hər kağız kasetdə eyni işarəli 10 indikator borucuğu yerləşir.  
 
 


 
İ
ndikator borucuqlar 
 
Tüstü əleyhinə süzgəclər - bir qat süzücü materialdan və bir neçə qat kapron 
parçadan  ibarətdir.  Onlar  tüstünün  və  ya  turşu  xarakterli  maddə  buxarları  olan 
havada  ZM-i  müəyyən  etmək,  həmçinin  torpaqda  və  dənəvər  materiallardakı 
zəhərləyici  maddələri  müəyyənləşdirmək  üçündür.  Süzgəclər  polietilen  kisəcikdə 
saxlanılır.  
Qoruyucu qalpaqlar - nasos ucluğu qıfının daxili səthini davamlı zəhərləyici 
maddələrlə  çirklənmədən  qorumaq,  habelə  torpağın  və  dənəvər  maddələrin 
nümunələrini (problarını) yerləşdirmək üçündür.  
Qızdırıcı  -  soyuq  havada  zəhərləyici  maddələri  müəyyən  edərkən  indikator 
borucuqlarını qızdırmaq (temperaturu müsbət 10-15°S-dən aşağı olan havada iprit 
üçün  borucuqları,  0°S-dən  aşağı  olanda  isə  zoman  borucuqlarını),  habelə 
ampulaların donunu açmaq üçündür. Qızdırıcı gövdədən və patronlardan ibarətdir 
(şəkil).  
Qızdırıcının  gövdəsi  burulub  bərkidilən  dibə  malik  plastik  kütləli  üst 
örtükdən  ibarətdir.  Onun  daxilində  bir-birinə  lehimlənmiş  dörd  mis  borucuqdan 
ibarət nüvə və dairəvi plastik kütlə lövhəcik yerləşdirilmiş, ətrafı istilik-izolyasiya 
materialı ilə örtülmüşdür.  
Örtüyün  xarici  səthindəki  iki  çıxıntıda  qızdırıcının  patronunun  apulasını 
qırmaq  üçün  mil  yerləşdirilir.  Qızdırıcının  patronu  metal  gilizdən,  məhlul 
ampulasından və plastik kütlə qalpaqdan ibarətdir. Gilizin dibinə maqnezium tozu 
tökülmüş, üstü süzgəc kağızdan ibarət araqatla örtülmüşdür.  
Plastik kütlə qapağın mərkəzində baca vardır; istifadə olunmamış patronların 
bacası plyonka, yaxud polistrol materialla örtülü olur. Patrondan istifadə edilərkən 
məhlul ampulasını qırmaq üçün mil məhz bu bacaya yeridilir.  
Cihazın  dəstəsində  xüsusi  metal  kasetdə  yerləşdirilmiş  10  ədəd  patron 
(bəzən, 15 patron) olur.  
Ə
trafdakı havanın temperaturundan asılı olaraq qızdırıcının yan bacalarının 
daxilində istilik aşağıdakı hədlərə çatır:  


• mənfi 40°S-dən müsbət 35-85°S-dək, 7-8 dəqiqə ərzində müsbət 20-30°S-
dək soyumaqla;  
• mənfi 20°S-dən müsbət 35-85°S, 7-8 dəqiqə ərzində müsbət 30-40°S-dək 
soyumaqla.  
Qızdırıcının  temperaturu  15-20  dəqiqə  ərzində  müsbət  15-20ºS  hədlərində 
qalır.  
Cihazı işlətməyin ümumi qaydaları.  
Cihazı işə hazırlayarkən 
• cihazda bütün əşyaların yerində olduğunu və sazlığını yoxlamaq; 
• indikator borucuqları kasetlərini bu ardıcıllıqla yerləşdirmək ən yuxarıda - 
qırmızı  haşiyəli  və  qırmızı  nöqtəsi  olan  borucuqlar;  sonra  -  üç  yaşıl  haşiyəli 
borucuqları ən altda - sarı haşiyəli borucuqları;  
•  tüstü  süzgəclərini  polietilen  kisədən,  istismar  üzrə  təlimatı  isə  cihazdan 
çıxarmaq lazımdır.  
Yürüş  zamanı  cihaz  sol  tərəfdə  gəzdirilir  və  qaytan  vasitəsilə  bel 
səviyyəsində bərkidilir. İşlətmək üçün cihazı ön tərəfə çəkirlər.  
İ
ndikator  borucuqlarını  işlədərkən  “Qoşun  kimyəvi  kəşfiyyat”  cihazının 
(QKKC) istismarı üzrə təlimatda və boru kasetlərinin üzərindəki göstərişləri rəhbər 
tutmaq  lazımdır.  Nasosun  işlədilməsi  (vurulması)  surəti  1  dəq-də  50-60  hərəkətə 
bərabərdir.  
İ
ndikator  borucuqlarındakı  doldurucular  bir  sıra  hallarda  yalnız  nəzərdə 
tutulduğu ZM-in təsirindən deyil, habelə havadakı digər maddələrin təsirindən də 
rəng  alır.  Belə  hallarda  alınan  rəng,  adətən,    ZM  üçün  nəzərdə  tutulandan  fərqli 
olur.  Buna  görə  də  bütün  hallarda  indikator  borucuğundakı  doldurucunun  aldığı 
rəngi kasetin üzərindəki rənglə müqayisə etmək lazımdır.  
Yüksək  konsentrasiyalı  neytral  və  zəhərli  tüstülər  indikator  borucuğunda 
ZM-in  təsirindən  yaranan  rəngi  dəyişdirə  (maskalaya)  bilir.  Bunun  qarşısını 
almaqdan ötrü tüstü buludunda cihazla işləyərkən tüstü süzgəcli ucluqdan istifadə 
edirlər.  
İ
ndikator borucuqlarının uclarını belə ayırmaq lazımdır (şəkil):  

 sol əl ilə nasosu, sağ əl ilə indikator borucuğunu götürməli;  

 indikator borucuğunun ucunu nasosdakı bıçaq vasitəsilə çərtməli; 

 borucuğun çərtilmiş ucunu nasosun başlığındakı məqsəd üçün olan çökək 
yerə basmaqla sındırmalı; 

 bu qayda üzrə borucuğun digər ucunu da açmalı; 
İ
ndikator borucuğunun ampulasını qırmaq üçün:  
indikator  borucuğunun  açılmış  ucunu  nasosdakı  ampulaqıranın  borucuğa 
müvafiq  rənglə  işarələnmiş  yuvasına  yerləşdirməli;  bu  zaman  nasos  başı  aşağı 
tərəfə olmaqla saxlanmalı, yuvadakı qırıcı mil isə borucuğun içərisinə keçməlidir;  


 
İ
ndikator borucuqları vasitəsilə havada ZM - in müəyyən edilməsi. 
•  borucuğu  yüngülcə  ampulaqırandakı  milə  basmaqla  ampulanı  qırmalı 
(əzməli);  
• indikator borucuğunu ampulaqıran yuvadan çıxarmalı və onun işarələnmiş 
ucundan tutub bərk silkələməli. 
Tüstü süzgəcini nasosun ucluğunda bərkitmək üçün:  
•  cihazdan  ucluğu  götürməli,  onun  gövdəsini  sola  burmaqla  qıf  ilə  sıxıcı 
halqa arasında 2-3 mm-lik ara məsafə yaratmalı; 
• tüstü süzgəcini bu ara məsafəyə yerləşdirərək sıxmalı. 
Soyuq havada indikator borucuqlarının həssaslığı zəifləyir, qırmızı haşiyə və 
nöqtəli  borucuqlarda  isə  ampuladakı  məhlul  donur.  Buna  görə  də  qış  vaxtı 
borucuqları işlədərkən qızdırıcıdan istifadə edilir. 
Qızdırıcını işə hazırlamaq üçün (şəkil):  
• patronu qızdırıcının mərkəzi yuvasına yerləşdirib sonadək aşağı basmalı; 
•  əllə  milin  başlığında  təzyiq  edərək  patrondakı  ampuları  qırmalı,  mili 
sonadək  aşağı  basmalı,  fırlatmalı  və  buxarlanma  dayanmayınca  patrondan 
çıxarmamalı.  
 
Qızdırıcını işə salmaq (onun patronunu dəyişmək) qaydası 
 
Patrondan buxar çıxması qızdırıcının normal işinə dəlalət edir. Qızdırıcının 
işinin  səmərəsi  ətrafdakı  temperaturdan  asılı  olur.  Müsbət  temperaturda  qızdırıcı 
daha  səmərəli  işlədilir,  hətta  bəzən  mayenin  patrondan  kənara  sıçraması  da 
mümkündür.  Buna  görə  də  10-15°S-dən  yuxarı    temperaturda  xüsusi  ehtiyac 
olmadan qızdırıcıdan istifadə etmək məsləhət deyil. Cihazın fənərindən qaranlıqda 
işləyərkən istifadə edilir.  


 

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin