Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə99/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   95   96   97   98   99   100   101   102   ...   228
 
İ
onlaşdırıcı şüalanmaların aşkar edilməsi və ölçülməsi üsulları 
 
İ
onlaşdırıcı  şüalanmaları  aşkar  etmək,  onların  enerjisini  və  digər  xassələrini 
ölçmək  üçün  istifadə  edilən  cihazlara  detektor  deyilir.  Detektor  tədqiq  edilən 
ş
üalanmaları  ölçmək  üçün  istifadə  olunan  cihazların  əksəriyyətinin,  habelə 
mürəkkəb qurğuların vacib hissəsidir. 
Detektorun  iş  prinsipi  xeyli  dərəcədə.  Şüalanma  ilə  detektor  maddəsinin 
qarşılıqlı təsiri zamanı meydana çıxan halın (effektin) xarakteri ilə müəyyən edilir, 
cihazın işi (şüalanmanı qeyd etməsi) ilə bu effektin aşkar edilməsi və ölçülməsi ilə 
ə
laqədardır. 
Məlum olduğu kimi, ionlaşdırıcı şüaların maddələrə keçməsi – elektronlar və 
atomun  nüvələri  ilə  qarşılıqlı  təsirin  müxtəlif  proseslərində  onların  enerjisinin 
itirilməsi  ilə  müşayiət  olunur.  Detektor  özündə  udulan  şüalanma  enerjisini  qeyd 
etmək  üçün  daha  münasib  olan  digər  bir  enerji  növünə  çevirir.  Adətən  elə 
detektorlar tətbiq olunur ki, onlarda ionlaşdırıcı şüalanma enerjisi elektrik siqnalına 
çevrilir. 
Detektorların  əksəriyyətinin  işi  ionlaşdırıcı  şüalanmadan  maddənin 
ş
üalanması,  ya  da  onun  atomlarının  və  ya  molekullarının  təsirlənməsi 
(həyəcanlanması)  effektinin  aşkar  olunmasına  əsaslanır.  Qazlarda  ionlaşma 
effektinin  aşkar  olunması  əsasında  işləyən  detektorlara  ionlaşma  kameraları  və 
qazboşalma sayğacları aid edilir. 
İ
onlaşma  kamerasında  şüalanmanın  yaratdığı  elektronlar  və  müsbət  ionlar 
elektrik  sahəsi  qüvvəsinin  təsiri  altında  müvafiq  elektrodlara  tərəf  hərəkət  edir, 
nəticədə  xarici  dövrədə  cərəyanın  kəmiyyətinə  görə  ionlaşma  effektini  ölçmək 
mümkün olur. 
 
Şə
kil: İonlaşma kamerasının dövrəyə qoşulması sxemi 


 
105
 
Qazboşalma sayğacında, ionlaşma kamerasından fərqli olaraq, ikinci ionlaşma 
hesabına  qaz  güclənməsi  effektindən  istifadə  olunur  ki,  belə  halda  müvafiq 
elektrodlara  çatan  elektronların və  müsbət  ionların  sayı  ionlaşma  zamanı  yaranan 
ionların sayından bir neçə dəfə artıq olur. 
İ
onlaşdırıcı şüalanmalar bəzi maddələrdən keçərkən təsirlənmiş atomların və 
ya molekulların öz normal halına qayıtması nəticəsində flüoressensiya (işıqlanma) 
baş  verir.  İşıq  pırıltıları  fotoelektron  gücləndiricisi  vasitəsilə  elektrik  siqnalına 
çevrilir.  Flüoressensiya  hadisəsindən  istifadə  olunan  detektorlar  ssintilyasiya 
sayğacları (işıqlanma sayğacları) adlanır. 
Qoşun dozimetrik cihazlarında yuxarıda sayılan metodlar (əsasən ionlaşdırıcı 
metod) geniş tətbiq edilir. Digər metodlar isə xüsusi hallarda istifadə edilir. 
 

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin