Ş üalanma dozası İ
onlaşdırıcı şüalanmanın təsiri zamanı bioloji obyektlərdə (canlı
orqanizmlərdə) baş verən şüa zədələnmələrinin dərəcəsi, dərinliyi və forması – ilk
növbədə bu obyektdə udulan şüalanma enerjisinin kəmiyyətindən asılı olur. Bu
göstəricini xarakterizə etmək üçün udulan doza anlayışından istifadə olunur.
Udulan dozanın vahidi olaraq hər kiloqrama düşən Coul (C/kq) qəbul edilmişdir.
Radiobiologiyada udulan dozanın sistemdən kənar ölçü vahidi olaraq rad daha
geniş işlədilir.
Havadan törətdiyi ionlaşmanın effektivliyinə görə dozanı xarakterizə etmək
üçün rentgen və γ- şüalanmaların ekspozisiya adlanan dozadan, yəni rentgen və γ-
ş
üalanmaların kəmiyyət xarakteristikalarından istifadə edilir ki, bu da onların
ionlaşdırıcı təsirinə əsaslanır və elektron müvazinəti şəraitində havanın vahid
həcmində yaranan eyni işarəli ionların elektrik yükünün cəmi ilə ifadə olunur.
Rentgen və γ- şüalanmaların ekspozisiya dozası vahidi olaraq bir kiloqrama düşən
kulon-kiloqram (Kl/kq) qəbul edilmişdir.