DP-5A radiometr-rentgenmetri
Təyinatı: DP-5A səhra radiometr - rentgenmetri γ-şüalanma səviyyələrini,
habelə ərazinin və müxtəlif əşyaların γ-şüalanma nəticəsində məruz qaldığı
radioaktiv zəhərlənməni ölçmək üçün nəzərdə tutulmuşdur (şəkil).
Şə
kil: DP-5A rentgenmetrinin ümumi görünüşü.
1 – üst qapağı; 2 - ölçmə pultu; 3 - elastik kabelli zond; 4 – uzaqlaşdırıcı dəstək.
108
γ
-şüalanma dozasının gücü, ölçmə zamanı cihazın müvafiq sayğac yerləşən
sahədə, millirentgen-saat (mR/saat) və ya rentgen saatla (R/saat) təyin edilir.
Cihazın quruluşu: Hər bir cihazın komplektində onun texniki təsviri, istismarı
üzrə təlimatnamə və iş prinsinin sxemi olur. Bütün bu məlumatlar DP-5A cihazının
üst qapağının içərisində qeyd edilmişdir (şəkil)
Cihazın zondu içərisində şüalanma detektorları, gücləndirici-normalizator və
sxemin digər ünsürləri yerləşdirilmiş polad silindrdən ibarətdir. Burada şüalanma
detektoru olaraq STS-5 və Sİ-3BQ tipli halogen sayğaclardan istifadə edilmişdir.
Silindirin polad gövdəsində β-şüalanmanı indikasiya etmək üçün pəncərə
vardır. Bu pəncərəyə suya davamlı etilsellüoz plyonka yapışdırılmışdır. Zondun
gövdəsinə fırlanan silindir formalı bürünc ekran geydirilmişdir. Bu ekranda
ölçüləri zondun gövdəsindəki pəncərənin ölçülərinə uyğun gələn pəncərə vardır.
Ekran zond gövdəsinin uzunu boyu bir qədər yerini dəyişə bilir. Ekranı müəyyən
vəziyyətdə bərkitmək üçün onun səthində iki işarə edilmişdir. Silindrin gövdəsində
fiksator üçün iki yarığı olan halqa formalı stopor çıxıntısı vardır.
Ekran dayaq çəngəli yanındakı çəngəli qarşısında B vəziyyətinə keçirilərkən
ekranın pəncərəsi zondun gövdəsindəki pəncərənin tuşunda dayanır. Ekranın belə
vəziyyətində β və γ-şüalanmaları bir-birinin tuşundakı hər iki pəncərədən və
plastik kütlə plyonkalardan keçərək sayğaca daxil olur.
Ekranın fiksatoru dayaq çəngəli qarşısında Q vəziyyətinə keçirilərkən
silindirik ekran zondun gövdəsindəki pəncərənin qarşısını kəsib onu örtür və
sayğaclara şüalanma keçməsinin qarşısını alır. Bu zaman sayğacda impulslar
yalnız γ-şüalanmanın təsiri nəticəsində əmələ gələcəkdir.
Zondun elektrik avadanlığı lövhə üzərində quraşdırılmışdır. Lövhə zondun
gövdəsinə üst qayka vasitəsilə birləşir. Ölçmək rahat olsun deyə, zondun dəstəyi
var. Zond 1,2 m uzunluqda elastik kabel vasitəsilə cihazın pultuna birləşdirilir.
Ölçmə pultu (şəkil) aşağıdakı əsas qovşaqlardan ibarətdir: panel, örtük
(gövdə), şassi və qida mənbələri yuvasının qapağı.
Panel – cihazın örtüyünün yuxarı hissəsində yerləşir və 12 vintlə bərkidilir.
109
Şə
kil: DP-5A radio-rentgenmetrinin ölçmə pultu;
1- rejimi tənzimləyən poten-siometr; 2-cihazın göztəricisini pozmaq üçün düymə;
3-elekrik-ölçü cihaz; 4-şkalanın işıq tumbleni; 5-yarımdiapazonlar çevirgəcləri;
6-əqrəbi sıfır üzərinə gətirmək üçün (qoruyucu) vint; 7-telefon yuvası.
Mikrometrdən ibarət elektrik-ölçü cihazı iki üst və alt şkalaya malikdir. Üst
ş
kalanın (şəkil) 16 bölgüsü var, bu şkala 5 R/s-dək γ-şüalanma səviyyələrini
ölçmək üçündür. Cihaz ancaq II – VI yarımdiapazonlarda işlədilərkən onun
göstəricisi üst şkalada hesablanır. Alt şkalanın 18 bölgüsü var. Cihaz ancaq I
yarımdiapozonda işlədilərkən onun göstəricisi alt şkalada hesablanır. I
yarımdiapozonda 5-dən 200 R/s-dək olan γ-şüalanma səviyyələri ölçülür.
110
Yarımdiapazonlar çevirgəci (şəkil) səkkiz vəziyyətdə qoyula bilər. Bu
yarımdiapazonların təyinatı, burada aparılan ölçmələrin növü və kəmiyyətləri
aşağıdakı cədvəldə verilmişdir.
Ş
kalanın 0-dan I qiymətli rəqəmədək olan hissəsi ölçmələr zamanı işlək sahə
sayılmır. Buna görə də, ölçmə vaxtı əgər cihazın əqrəbi bu sahədə dayanarsa,
ölçmələri daha həssas olan digər yarımdiapazonda aparmaq lazımdır.
Pultun gövdəsindəki yuvaya (7) qoşulan telefonlar birincidən başqa bütün
yarıdiapozonlarda işləyərkən, şüalanmanın intensivliyini səsə görə təxmini təyin
etməyə imkan verir.
Ə
qrəbi sıfrın üzərinə gətirən vintdən o vaxt istifadə edilir ki, cihazın
göstəricisini pozan düyməni (2) basarkən cihazın əqrəbi sıfır bölgüsü üzərində
dəqiq dayanmır. Əqrəbi sıfır bölgüsünə dəqiq qoymaq üçün ön paneldəki qoruyucu
vinti (6) burub açmaq lazımdır. Bu vintin altında çökəkdə ikinci vint var. Həmin
vinti burarkən əqrəbin yeri dəyişir. Zondun bərkidici qəlbinə onu ölçmə pultu ilə
birləşdirən kabelin çəngəli geydirilir.
Rejimi tənzimləyən potensiometr cihaza elektrik enerjisi verilməsini
tənzimləmək üçündür. Cihazın normal işi ona elektrik enerjisi ancaq müəyyən
rejimlərdə verilərkən təmin edilə bilər. Ölçmələrə başlamazdan əvvəl
yarımdiapazonlar çevirgəcini “Rej.” (rejim) vəziyyətinə keçirirlər və rejim
dəstəyini fırlatmaqla cihazın əqrabini üst şkaladakı “qara üçbucağın” üzərinə
gətirirlər.
Cihazın göstəricisini pozan düymə cihazın əqrəbini sıfır vəziyyətinə dərhal
gətirmək üçündür.
Ş
kalanın işıqlanma tumblerindən gecələr istifadə edilir. Telefonlar kiçik
ölçülü TQ-7M tipli iki baş telefondan ibarətdir və cihazın yan panelindəki rozetə
qoşulur. Telefonlar səs indikasiyası üçündür. Telefonları qoşarkən səsə
(çıqqıltıların sürətinə) görə şüalanmanın intensivliyini təxminən təyin etmək
mümkündür.
Uzaqlaşdırıcı dəstək (şəkil) vasitəsilə operator əyilmədən zondu kənarda
tutaraq gəzdirmək üçündür.
|