Proqramlaşdırma dilləri
Müxtəlif təyinatlı məsələlərin müasir kompüterlərdə həll olunması üçün standart
proqramlar və tətbiqi proqramlar paketlərinin tətbiqi ilə yanaşı hazırda istifadəçi
tərəfindən hazırlanmış proqramlardan istifadə də xüsusi əhəmiyyətə malikdir. Qeyd
edək ki, istifadəçinin tərtib etdiyi proqramlar proqramlaşdırma dillərinin köməyi ilə
həyata keçirilir.
Proqram- proqramlaşdırma dilinin əmrləri, funksiyaları və operatorlarının köməyi
ilə tərtib olunmuş xüsusi yazılışlar ardıcıllığıdır. Qeyd etmək lazımdır ki,
56
proqramlaşdırma dillərinin yaranma tarixi və inkişafı EHM-larının yaranma tarixi
ilə sıx əlaqədar olmuşdur.
Kompüterə daxil ediləcək əmrlər danışıq dilinə yaxın xüsusi dillərdə yazılır.
Belə dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dillərinin də adi dillərdə
olduğu kimi əlifbası, lüğəti, tərkibi və sintaksisi var. Adi dillərdən fərqli olaraq
proqramlaşdırma dilində ən çoxu bir neçə yüz söz olur, sözlərin çoxmənalılığına yol
verilmir, yalnız bir məna daşıyır. Proqramlaşdırma dilləri çoxdur. Onlar aşağı və
yüksək səviyyəli dillərə bölünür. Aşağı səviyyəli dillərə maşın dili və assembler dili
aiddir. Bu dillər istifadə edildiyi maşının tipindən asılı olduğundan maşın yönümlü
dillər adlanır. Maşın dillərindən istifadə hazırda geniş yayılmamışdır. Belə ki, bu cür
dillərdən istifadə edilməsi xüsusi hazırlıq və bacarıq tələb edir. Bu proqramlarla
adətən peşəkar proqramçılar məşğul olurlar. Maşın dilində proqramın tərtibi olduqca
çox zəhmət tələb edir, sonradan oxunması çətin olur. Başqa çatışmamazlığı ondan
ibarətdir ki, eyni bir alqoritmin müxtəlif kompüterlərdə yerinə yetirilməsi üçün
müxtəlif proqramlar yaratmaq lazım gəlir.
Hal-hazırda maşın kodundan istifadə olunmur və kompüter üçün proqram hər
hansı proqramlaşdırma dillərinin birində tərtib olunur. Proqramlaşdırma dilləri bir
qayda olaraq, verilənlərin təsviri, hesabi operatorlar, dövrün təşkili və idarəedici
vasitələr, informasiyanın daxil və xaric olunma vasitələri ilə təmin olunub. Dillərin
çoxunun proqramın tərtibində oxşar prinsipdən istifadə etməsinə baxmayaraq, onların
sintaksisi müxtəlifdir.
Yüksək səviyyəli proqramlaşdırma dilləri (alqoritmik dillər) isə müxtəlif tipli
maşınlarda istifadə edilə bilər. Alqoritmik dillər maşın dillərinə nisbətən daha sadə
olub, geniş istifadəçi kütləsini əhatə edir. Proqramlaşdırma dillərində əmrlər
operatorlar və ya təlimat adlanır. Hər hansı alqoritm üçün tərtib olunan bu cür əmrlər
ardıcıllığı ilkin proqram və ya sadəcə ilkin mətn adlanır. Ilkin mətn çevirici proqram
(translyator) vasitəsilə çevriləndən sonra icra olunur. Proqramlaşdırma dilləri də öz
növbəsində interpretator və kompilyatorla işləyən dillərə bölünürlər. İnterpretatorla
işləyən dillərdə proqram tərtib edildikdə hər yeni proqram sətrinin daxil edilməsi
zamanı həmin sətirdə səhvin olub-olmadığı yoxlanılır və əgər səhv olarsa yerinə
yetirmə avtomatik olaraq dayandırılır. Kompilyatorla işləyən dillərdə isə proqram
mətni tam daxil edildikdən sonra mövcud səhvlər haqqında məlumat verilir. Səhvlərin
göstərilən nömrə və izahatlarına əsasən onlar uyğun şəkildə aradan qaldırılır.
Alqoritmik dillərə FORTRAN, PL, Ada, C, Modula-2, COBOL, BASİC, Pascal
və s. dillərini aid etmək olar. Maşın dillərinə isə ASSEMBLER tipli dilləri aid etmək
mümkündür. Biz alqoritmik dillərdən biri olan Paskal dilinin Turbo Paskal 7.0
57
versiyası ilə tanış olacağıq. Bu dil 1984-cü ildə Borland İnternational şirkəti
tərəfindən yaradılmışdır. Dilin Turbo Paskal 5.0 variantı 1988-ci ildə, Turbo Paskal
7.0 variantı isə 1992-ci ildən istifadə edilir.
Dostları ilə paylaş: |