Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


MƏKTƏB İNFORMATİKASI HAQQINDA



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə80/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   76   77   78   79   80   81   82   83   ...   94
Informatika-Muhazireler-2

MƏKTƏB İNFORMATİKASI HAQQINDA
"Məktəb informatikası" termini ilk dəfə 1979-cu ildə A.P.Yerşov tərəfindən
daxil edilmişdir. Bu işdə ümumtəhsil məktəblərində informatika və hesablama texni-
kasının tədrisinin zəruriliyi əsaslandırılmış, hesablama texnikasının sosial rolu nəzərə
alınmaqla məktəb informatikası termini probleminə sistemli yanaşılmışdır. Burada
yazılır: "...Qeyd edilmişdir ki, məktəb informatikasının vəzifəsi olaraq konkret
sistemlərin və dillərin öyrənilməsini nəzərdə tutmaq düzgün olmazdı". 
Öz iş
fəaliyyətində və məişətdə EHM-dən istifadə edənlərin böyük əksəriyyəti üçün konkret
dillər və sistemlərlə tanışlıq zərurəti telefon abonentinə telefon aparatının və avtomat
telefon stansiyasının texniki quruluşunu bilməkdən artıq deyildir.
Eyni zamanda elektron hesablama texnikası ilə istənilən şəkildə qarşılıqlı əlaqə
zamanı onun imkanlarından səmərəli istifadə etmək üçün peşəkar proqrammistlərdə
müşahidə olunan müəyyən təfəkkür tərzinə və əqlifəaliyyət vərdişlərinə malik olmaq
zəruridir. Bunlardan ən əhəmiyyətliləri aşağıdakılardır:
– qarşıya qoyulan məqsədə məhdud sayda vasitələrin köməyi ilə çatmaq üçün
fəaliyyət strukturunu planlaşdırmaq bacarığı;
– obyektlərin və sistemlərin təsvir edilməsi üçün informasiya strukturları
qurmaq bacarığı;


 182
– qarşıya qoyulan məsələnin həlli üçün zəruri olan informasiyanın
axtarışını təşkil etmək bacarığı;
öz fikrini düzgün, dəqiq, birmənalı, müqabil tərəfin başa düşdüyü şəkildə
şərh etmək bacarığı;
– istənilən sahədən olan məsələnin həlli üçün EHM-dən səmərəli istifadə
etmək vərdişləri;
– EHM-lə qarşılıqlı əlaqə üçün minimal texniki vərdişlərin olması.
Alqoritmik və proqrammist vərdişləri haqqında məlumat A.P.Yerşov
tərəfindən "proqramlaşdırma ikinci savad kimi" kəlamı (metaforası) daxil edilməklə
daha da inkişaf etdirilmişdir. Elmi anlayışdan daha çox ritorik fiqur olan bu metafora
"kompüter savadı" ideyasının ictimai şüura daxil olmasına kömək etmişdir.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin