183
1) alqoritm və onun xassələrinin mahiyyətini
intuitiv başa düşməkdən,
insan fəaliyyətinin alqoritmləşdirilə bilən bütün sahələrinin avtomatlaşdırılmasının
mümkünlüyünü dərk etməkdən;
2) alqoritmi mümkün vasitə və metodlarla təsvir etməyi bacarmaqdan;
3) alqoritmik proseslərin əsas tiplərini (xətti, dövrü, budaqlanan strukturlu
alqoritmləri) bilməkdən ibarətdir.
Proqramlaşdırma dillərindən birində proqram tərtib etmək bacarığı kompüter
savadı formalaşdırılmasının mühüm praktik nəticəsidir. Məktəbdə proqramlaşdırma-
nın tədrisi sahəsində 40 ilə yaxın təcrübə vardır. Hazırda İTM
həmin təcrübəni
ümumiləşdirmək və təkmilləşdirməklə məşğul olur. Bu sahədə A.P.Yerşov, Yu.A.Per-
vin, Q.A.Zveniqorodski və başqalarının işi xüsusi əhəmiyyət kəsb edir. Xüsusi məktəb
və siniflərdə, fakultativ məşğələlərdə və sinifdənxaric işlərdə proqramlaşdırmanın
öyrənilməsi zamanı müxtəlif dillər – Alqol, Fortran, Kobol və s. tədris olunmuşdur və
onların tədrisi üzrə iş təcrübələri şagirdlər və müəllimlər üçün yazılmış ədəbiyyatda öz
geniş əksini tapmışdır.
Kompüter savadının formalaşması prosesi və məsələlərin həllinə elektron
hesablama maşınlarının tətbiqləri üzrə fəaliyyət proqramlaşdırma dilindən çox asılı
olduğu üçün tədris dilinin seçilməsi xüsusi əhəmiyyət kəsb edir və bu problemin həlli,
ümumiyyətlə, asan deyildir. Hazırda
demək olar ki, bütün dünyada Beyzik dilinə
üstünlük verirlər. Bizdə və xarici ölkə məktəblərində bu dil geniş yayılmışdır və onun
tədrisi üzrə xeyli təcrübə qazanılmışdır. Həmin dilin tərəfdarları çox olsa da, əleyh-
darları da vardır.
Akademik A.P.Yerşov məktəb kursunda Beyzik dilinin öyrənilməsi əleyhinə
çıxır, məktəbdə proqramlaşdırmanın tədrisi üzrə mütəxəssislərin əksəriyyəti
bu dili
hətta zərərli hesab edir.
Hazırda, xüsusilə xarici ölkə məktəblərində LOQO və PASKAL dilləri də
geniş yayılır. Məktəbdə tədris edilmək üçün nəzərdə tutulan proqramlaşdırma dili bir
sıra texniki, metodiki, psixoloci tələbləri ödəməlidir. Göstərilən tələblər kompleksinə
indi mövcud olan proqramlaşdırma dillərindən heç biri
cavab verə bilmir və xüsusi
tədris proqramlaşdırma dilinin yaranması məsələsi qarşıya çıxır.
184
Şagirdlərə EHM-in əsas qurğuları haqqında məlumat verilməsi müəyyən
dərəcədə peşəyönümü və gələcək iş fəaliyyəti ilə əlaqədardır. Belə görünür ki, fizika
kursunda elektron qurğuları və onların elementləri haqqında ətraflı məlumat
verilməlidir. İnformatika kursu isə həmin materialı sistemləşdirilir və ümumiləşdirilir.
Müasir cəmiyyətdə EHM-in rolu haqqında materialın
məktəb informatika
kursuna daxil edilməsi şagirdlərdə müasir istehsalat haqqında təsəvvür formalaşdı-
rmaqdan, əmək məhsuldarlığının yüksəldilməsində hesablama texnikasının rolunun
mahiyyətini açmaqdan ibarətdir.
Bu materialın tədrisində şagirdlərə müəyyən mənada və müəyyən dərəcədə
yaxın olan istehsalat sahələrində kompüterlərin tətbiqlərinə aid misallar göstərmək,
onların tətbiqi nəticəsində əldə olunan nailiyyətləri konkret
rəqəmlərlə vermək daha
məqsədəuyğun olar.
Dostları ilə paylaş: