186
elm və tədris fənni kimi riyaziyyatın imkanlarını genişləndirir,
o cümlədən əvvəllər
riyaziyyat təliminə daxil edilməyən məsələlərin tədris olunmasına imkan verir.
İTM-nin tədrisində fənnlərarası əlaqə üçün ən mühüm obyekt kompüter savadı
fenomenidir. Bu anlayış riyaziyyat, İTM, fizika və s. fənnlərinin birgə səyi ilə
formalaşdırılır. Kompüter savadı formalaşdırılmasının ümumi sxemini – bu işdə tədris
fənnlərinin rolunu aşağıdakı kimi təsəvvür etmək olar.
İTM kursu alqoritmləşdirmənin elementlərini, proqramlaşdırma bacarığını
formalaşdırmağa, EHM-lə işləmə vərdişləri anlatmağa yönəlir. Kursun məzmununa
həm də, EHM-in quruluşu haqqında məlumat (EHM-in
struktur sxemi, əsas qurğuların
vəzifələri və iş prinsipləri) daxildir.
Riyaziyyat kursunun
vəzifəsi proqramlaşdırmanın
öyrənilməsi üçün
propedevtika yaratmaqdan və elmi baza hazırlamaqdan ibarətdir. Kompüter savadının
formalaşdırılması ilə əlaqədar riyaziyyatda aparılmalı olan material korrektivləri,
əsasən onun alqoritmik xəttinin inkişaf etdirilməsindən ibarətdir. Alqoritm anlayışını
təkcə hesablama
alqoritmləri üzrə deyil, həm də insan fəaliyyətinin digər sahələrindən
götürülən misallar üzrə qurulan alqoritmlər əsasında formalaşdırmaq zəruridir.
Şagirdlər
başa düşməlidirlər ki, insanın bu və ya fəaliyyəti yalnız alqoritm əsasında
avtomatlaşdırıla bilər. Onda şagirdlər həm hesablama texnikasının rolunu, həm də
praktikada qarşıya çıxan bu və ya digər məsələlərin həllinə onların tətbiq olunma
imkanlarını başa düşər.
Dostları ilə paylaş: