191
fənnlərlə müqayisədə) xüsusi çəkisini artırır və onun digər
fənlərdən fərqləndirən
xarakterik cəhətləri müəyyən edir.
Əksər məktəblərin maddi-texniki bazasının zəifliyi, hesablama texnikası ilə
təmin edilməməsi fənnin məzmununun nəzəri və praktik kompanetləri arasında sərhəd
yaranmasına, təlimin məqsədlərinin deformasiyasına, həm də ümumtəhsil fənni kimi
İTM kursunun məzmununun vahid traktovkasının verilə bilməməsinə səbəb olur.
Müxtəlif məktəblərdə kursun proqramda öz əksini tapmış məzmununun
və ümumi
konsepsiyasının bir-birindən xeyli fərqləndiyini, eləcə də proqramdan kənara
çıxmaları bir çox metodistlər qeyd etmişlər.
Heç bir hesablama texnikasına (hətta proqramlı mikrokalkulyatora da) malik
olmayan məktəblərdə vəziyyət daha mürəkkəbdir. Ümumtəhsil məktəblərində İTM
kursunun ilk illərdə tədrisi maşınsız variantda planlaşdırılsa da,
real tədris təcrübəsi
göstərir ki, maşınla praktik iş olmadan şagirdə verilən nəzəri biliyin səviyyəsi hiss
olunacaq dərəcədə aşağı olur.
HT ilə təchiz olunmuş məktəblərdə də bəzi problemlər ortaya çıxır. Bunlardan
ikisi xüsusilə özünü qabarıq göstərir:
1) məktəblərdə istifadə olunan HT həm texniki imkanlarına, həm də proqram
təminatı və istifadə olunan proqramlaşdırma dilinə görə müxtəlif tiplidir;
2) mövcud İTM kursuna proqram köməyi
üçün nəzərdə tutulan proqram
vasitələri demək olar ki, yoxdur.
Bu problemin həll edilməməsi kursun əsas ideyasının Beyzikdən Fortrana
qədər mümkün proqramlaşdırma dillərinin öyrənilməsinə tərəf
yönəldilməsinə səbəb
olur.
Həmin iki problem müxtəlif metodik sistemlərin, xüsusilə istifadə olunan
müxtəlif təlim metodlarının və məşğələlərin müxtəlif qayda ilə təşkili formalarının
meydana çıxmasına
səbəb
olur. Bu zaman predmetin məzmununun şagirdlərə
mənimsənilməsi təsviri izahat xarakteri daşıyır. Bunun əsas səbəblərindən biri metodik
ustalığa malik olmayan mühəndis-proqrammistlərin İTM
kursu tədrisinə cəlb
olunmasıdır. Sadalanan neqativ momentlər TMS kompanentləri arasında daxili
əlaqənin pozulmasına gətirib çıxarır.
192
Kursun məqsədlərinin inkişaf etdirilməsi öyrənilməli olan tədris
materialının yenidən baxılmasını zəruriləşdirir. Belə güman
etmək olar ki,
proqramlaşdırmanın əsasları ilə şagirdlərin tanış edilməsi kimi ağır iş aradan çıxıb öz
yerini alqoritmləşdirmənin əsaslarını daha geniş daxil edilməsinə, məsələlərin savadlı
qoyulması və formalaşdırılması vərdişlərinin, tipik proqram təminatını tətbiq etmək
bacarıqlarının mənimsənilməsinə verəcəkdir.
Bu sonralar kursun nəinki elmi-nəzəri məzmununun tam açılmasına, həm də
İTM fənninin digər tədris fənnləri ilə əlaqələrinin (bütün məktəb təhsilinin inkişafı
üçün) səmərəli istifadə olunmasına imkan verəcəkdir.
Dostları ilə paylaş: