Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə84/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   80   81   82   83   84   85   86   87   ...   94
Informatika-Muhazireler-2

Fizika kursu EHM-in elementlərinin quruluşunu və işləmə prinsiplərini
öyrədə bilər.
Əmək təlimi yuxarı sinif şagirdlərini ixtisaslaşdırır, onların bu sahədə
hazırlığını artırır, gələcəkdə isə bu sahə üzrə peşə hazırlığı verə bilər.
İTM üzrə dərslərdə kompüter savadı, xüsusilə alqoritmik mədəniyyət
formalaşdırılması prosesində tranzitiv əlaqəadlandırıla bilən fənnlərarası əlaqə növü
də meydana çıxır. Burada İTM üzrə dərslərdə EHM-dən istifadə prosesində
riyaziyyatla digər tədris fənnləri arasında əlaqə yaradılması nəzərdə tutulur. Məsələn,
cismin kütləsi, yayın möhkəmliyi və başlanğıc sürət əsasında, verilmiş uzunluqlu
müəyyən sayda zaman intervallarında cismin koordinatlarının hesablanması üçün


 187
riyazi model qurulur və alqoritmik dildə yazılır. Bu alqoritmin tərtibi və icrası
zamanı İTM dərsində riyaziyyat və fizika arasında əlaqə yaradılır.
Bunlardan başqa, İTM fənnində alqoritmik mədəniyyətin əsas ideya və
metodları riyaziyyat, fizika, kimya və s. kurslardan götürülmüş məsələlər əsasında
formalaşdırılır ki, bu da İTM-nin digər fənnlərlə sıx əlaqədə tədris edilməsini
zəruriləşdirir.
İTM-nin TƏDRİSİNDƏ POLİTEXNİZM, PEŞƏYÖNÜMÜ

ŞAGİRDLƏRİN ƏMƏYƏ HAZIRLANMASI
Yuxarıda qeyd etdiyimiz kimi, məktəblərdə İTM fənninin tədris edilməsinin
əsas məqsədi şagirdləri gələcək əmək fəaliyyətində müasir hesablama texnikasından
istifadə etməyə hazırlamaqdan ibarətdir. Elə buradan da həmin fənnin politexnik
funksiyasının diqqətəlayiq olması görünür. Kompüter savadının mənimsənilməsi
politexnik təlimin məzmununu əhəmiyyətli dərəcədə zənginləşdirir. Hər şeydən əvvəl,
müasir dövrdə informatikanın texniki vasitələrinin tətbiqlərinin və onunla əlaqədar
olan informasiya fəaliyyətinin kütləviliyini xüsusi qeyd etmək lazımdır. Kompüter və
mikroprosessor texnikası həm maddi istehsalata, həm də qeyri-maddi sahələrə (elmə,
təhsilə və s.) getdikcə daha geniş tətbiq olunmaqdadır.
Politexnizm istehsal proseslərinin ümumi elmi əsaslarını, peşə fəaliyyətinin
ümumi cəhətlərini və s. mənimsətməyi nəzərdə tutur. Burada ümumilik müxtəlif tex-
niki proseslərin ümumi qayda və metodlarla idarə olunmasında özünü göstərir. Bu
vəziyyət indidən hiss edilir və elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq
getdikcə özünü daha qabarıq göstərəcəkdir.
İndi proqrammist peşəsi kütləvi xarakter almışdır. Bu peşəyə təkcə
universitetlərin uyğun fakültələrində, ali texniki və ya iqtisadi məktəblərdə deyil, orta
texniki peşə məktəblərində, texnikumlarda, hətta orta ümumtəhsil məktəblərinin
yuxarı siniflərində də yiyələnmək olar. Ümumiyyətlə, peşə fəaliyyətində standart
riyazi proseduralardan və maşın proqramlarından istifadə edən mütəxəssislərin sayı
indi kəskin artmışdır və artmaqda davam edir.
Bütün bunlar İTM kursunun politexnik məzmununun getdikcə zənginləşdiyini
göstərir. İTM kursu bu funksiyanı yerinə yetirməklə şagirdlərin peşələrə istiqamətlən-


 188
dirilməsinə əhəmiyyətli dərəcədə kömək edə bilər və şagirdləri bugünkü, xüsusilə
sabahkı peşələrə maraqlandırar. Müasir elmi-texniki inqilab üçün informasiya
texnologiyasının inkişafı, intellektual əməyin reproduktiv elementlərinin daha yüksək
səmərəli kompüter və robot əməyi ilə əvəz olunması ilə xarakterikdir. Bu cür yeni
maşınlarla təchiz edilmiş istehsalat sahələrində işləmək üçün informatikanın və
proqramlaşdırmanın elementləri ilə, EHM-in tətbiq sahələri ilə tanışlıq yüksək
əhəmiyyət kəsb edir. Elə buna görə də İTM fənni məktəbin tədris planına ümumtəhsil
fənni kimi, yəni seçdiyi peşədən asılı olmayaraq hər bir məzun üçün, onun öyrənilməsi
zəruri olan fənn kimi daxil edilmişdir.
Məktəb məzununun seçdiyi peşə fəaliyyətində kompüter və mikroprosessor
texnikasından istifadə etməyə yaxşı hazırlaşması üçün kompüter savadının məzmunu
gələcəkdə kompüter texnologiyasının xarakterik xüsusiyyətlərini (məsələn,
metalkəsmə və ya elektronika sənayesində, nəqliyyatda və ya rabitə texnikasında
kompüter və mikroprosessor texnikasından istifadə xüsusiyyətlərini), uyğun alqoritm-
lərin və proqramların öyrənilməsini nəzərdə tutmalıdır. Bu, xüsusilə texniki peşə və
orta ixtisas məktəblərinin tədris planına daxil edilmiş İTM kurslarına aiddir.
Tam əsasla ümid etmək olar ki, İTM kursu əsasən ümumtəhsil fənni kimi
qalmaqla bərabər, peşə hazırlığının bir çox xüsusiyyətlərini özündə cəmləşdirəcəkdir.
Nəhayət, qeyd etmək lazımdır ki, bir çox eksperimentlərin göstərdiyi kimi,
İTM kursunun materialı əsasında şagirdlərin məktəbdə və istehsalat kombinatlarında
ictimai-faydalı məhsuldar əməyini təşkil etmək olar və bu sahədə ilk mühüm nəticələr
artıq əldə edilmişdir.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin