189
İTM fənni üzrə tam yararlı TMS yaradılması onun tədris
fənni kimi
formalaşmasında həlledici rol oynayır. Elə buna görə də TMS-nin kompanentlərinin
təhlil olunması, onun mühüm cəhətlərinin və problemlərinin aydınlaşdırılması aktual
əhəmiyyətə malikdir. Bunsuz fənnin tədrisinin inkişaf etdirilməsi mümkün deyilir.
Ümumi orta təhsilin məmununu təşkil edən fənnlərin TMS-ləri uzun illər
ərzində məktəb praktikasında yoxlanılmaqla, nəzərə çarpacaq
dəyişikliklərə təxminən
hər 10–15 ildən bir məruz qalmaqla, əsasən təcrübi (empirik) yolla formalaşmışdır.
Amma informatika üçün onun TMS-sinin dəyişdirilməsindəki dinamizm daha xarak-
terikdir.
Müasir dövrdə informatika kursunun əsas məqsədi şagirdlərin kompüter
savadının təmin olunmasından ibarətdir.
Kursun məqsədləri haqqında təsəvvürlərin inkişaf etdirilməsi
ümumi orta
təhsil sistemində İTM fənninin yerinin nəzəri təhlili ilə sıx əlaqədardır. Bu həmin
məqsədlərin dar mənada şərhindən imtina olunmasını, həm kompüter savadı
formalaşdırmaq və həm də fundamental elm kimi informatikanın əsasları ilə tanışlıq
vəzifəsinin yerinə yetirilməsi yollarının axtarılmasını zəruri edir. Əks halda, yəni İTM
kursunun məqsədləri əvvəlki kimi yalnız kompüter savadı formalaşdırmaqla məhdud-
laşdırılarsa, bir neçə ildən sonra informatika əsaslarının məktəbdə müstəqil fənn kimi
öyrənilməsinin məqsədəuyğun olub-olmaması məsələsi meydana çıxara bilər.
EHM-in
məktəblərdə geniş yayılması və ailələrin özlərinin kompüterə malik olmaları elə
vəziyyət yarada bilər ki, kompüter savadı digər fənnlər vasitəsilə, Həmin fənnlərin
tədrisində kompüterdən istifadə prosesində formalaşdırılar. Bu ənənə son illərdə bir
sıra ölkələrdə, məsələn, Böyük Britaniyada müşahidə edilir. Orada tədris planına
informatika əsaslarını öyrədən müstəqil fənnlərin daxil olduğu məktəblərin sayı xeyli
azalmışdır.
Məktəb informatika kusunun məsədlərini
müəyyən edən zaman kursun
ümumtəhsil əhəmiyyətini, şagirdlərin təlimi, tərbiyəsi və inkişafı kimi ümumi
vəzifələrin yerinə yetirilməsində onun rolunu dəqiq müəyyən etmək zəruridir.
Hər şeydən əvvəl kursun ümumi dünyagörüşü, yəni dünya haqqında elmi
təsəvvürlər formalaşdırması vəzifəsini qeyd etmək lazımdır. Bu vəzifənin həyata keçi-
rilməsi informasiyanın ötürülməsi,
çevrilməsi, saxlanması, informasiya proseslərinin
190
canlı təbiətdə, texnikada, cəmiyyətdə rolunun izah edilməsi, əmək məhsuldarlığının
artırılmasında, insan əməyininxarakterinin dəyişdirilməsində informatikanın və
hesablama texnikasının əhəmiyyətini şərh etməklə əlaqədardır. Etiraf etmək lazımdır
ki, informatikanın bu funksiyası hələlik kifayət qədər geniş həyata keçirilməmişdir.
İTM-nin ümumtəhsil vəzifəsi bütün sahələrin kompüterləşdirildiyi şəraitdə
şagirdləri əməyə hazırlamaq vəzifəsinin
həlli ilə, politexnik təlim və şagirdlərin
peşəyönümü vəzifəsinin həyata keçirilməsi ilə sıx əlaqədardır. Burada bir sıra
ümumelmi bacarıq və vərdişlərin (o cümlədən kompüter savadının) formalaşmasında
İTM fənninin rolunu xüsusi qeyd etmək lazımdır.
Beləliklə İTM fənninin məqsədləri sistemi iki böyük qrupa bölünür:
1) kompüter savadı formalaşdırılması ilə əlaqədar olan məqsədlər;
2) fundamental elm kimi informatika əsaslarının öyrənilməsi
ilə əlaqədar olan
məqsədlər.
Bu bölgü İTM-nin tədrsində iki pillənin ayrılmasına səbəb olur:
B i r i n c i p i l l ə informatikanın tətbiqi aspektlərinin mənimsənilməsi ilə
əlaqədardır və kompüter savadının müəyyən səviyyəsinə nail olmağa yönəlmişdir. Bu
səviyyə alınan bilik və bacarıqların sonralar həm informatikanın nəzəri əsaslarının,
həm də digər fənnlərin öyrənilməsində geniş istifadə olunma imkanını təmin edir.
İ k i n c i p i l l ə informatika əsaslarının fundamental elm sahəsi kimi
öyrənilməsinə həsr olunur və hər şeydən əvvəl şagirdlərin elmi dünyagörüşünün
formalaşdırılması ilə əlaqədardır.
Dostları ilə paylaş: