Mövzu Bazar iqtisadiyyatı şəraitində iqtisadi sistemin xarakteristikası İqtisadiyyat elminin predmeti



Yüklə 26,06 Kb.
səhifə1/3
tarix08.11.2022
ölçüsü26,06 Kb.
#68024
  1   2   3
MUHAZIRE 1


Mövzu 1. 1. Bazar iqtisadiyyatı şəraitində iqtisadi
sistemin xarakteristikası


1. İqtisadiyyat elminin predmeti
2. İqtisadi sistemlərin növləri
3. Bazar münasibətlərinin fəaliyyət mexanizmi


1. “İqtisadiyyat” elminin predmeti

1801-ci ildə İngiltərənin Edinburq Universitetində Adam Smitin şagirdi Şotland filosofu Daqald Stüart ilk dəfə ali məktəblərdə yeni bir fənni tədris etməyə başlayır. Bu “İqtisadiyyat” fənni idi. Bu gün isə “İqtisadiyyat” fənni dünya ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının ali məktəblərində tədris olunan əsas təlimlərdəndir.


Qeyd etmək lazımdır ki, “İqtisadiyyat” fənni hal-hazırda bəzən “Siyasi iqtisad” və ya “Ümumi iqtisadiyyat”, bəzən, “Ekonomiks” və ya “İqtisadi nəzəriyyə”, bəzən isə, “İqtisadi biliklərin əsasları” fənni kimi tədris olunur. Necə adlandırılmasına baxmayaraq, hər bir halda, “İqtisadiyyat” elminin əsas tədqiqat obyekti cəmiyyətin iqtisadi inkişaf qanunauyğunluqlarının öyrənilməsi, məhdud olan istehsal imkanları ilə məhdudiyyət bilməyən insan tələbatlarının uzlaşdırmasıdır.
Bir müstəqil elm kimi “İqtisadiyyat” təxminən üç əsrlik tarixə malik olsa da, cəmiyyətin iqtisadi həyatı barədə ilk düşüncələr “Qədim dövr” tarixi-xronoloji mərhələsində meydana gəlmişdirlər. Belə ki, bəşər cəmiyyətinin formalaşdığı ilk dövrlərdən başlayaraq insanlar təsərrüfata (iqtisadiyyata) malik olmuşdurlar , ilk növbədə , maddi tələbatlarını ödəmək məqsədləri ilə .
Dilimizdə geniş istifadə olunan “iqtisadiyyat” sözü isə yunan mənşəli olub “oykonomiya” – “oykos” (ev təsərrüfatı) və “nomos” (qanun) sözlərinin birləşməsindən əmələ gəlib, lüğəti tərcüməsinin mənası “ev təsərrüfatını idarə etmək” deməkdir. “Oykonomiya” sözünün yaradıcısı yunan filosofu Ksenefont olmuşdur.
Azərbaycan dilindəki “iqtisadiyyat” sözü üç müxtəlif mənada : birincisi – təsərrüfatçılıq, ikincisi – xalq təsərrüfatı və nəhayət , üçüncüsü – elm mənasında interpretasiya edilir. Birinci mənada “iqtisadiyyat” maddi nemətlər istehsalının və xidmətlərin, onların idarə edilməsinin xarakterini əks etdirir, misal üçün, əmtəə və ya “natural təsərrüfat”, “azad sahibkarlıq” və ya “inzibati-amirlik” təsərrüfatçılığı. İkinci mənada isə “iqtisadiyyat” sənaye, aqrar, tikinti, nəqliyyat, rabitə və sairə kimi istehsal və qeyri-istehsal sahələrini birləşdirən ölkə iqtisadiyyatını ifadə edir. Üçüncü mənada “iqtisadiyyat” iqtisadi münasibətləri və onların ayrı-ayrı tərəflərini öyrənən müstəqil elm mənasında işlədilir.
Bütün iqtisad elmlərini tədqiqat obyektlərindən asılı olaraq iki qrupa ayırmaq olar : ümumi və konkret. “İqtisadiyyat”, “İqtisadi təlimlər tarixi”, “İqtisadi tarix” – “Ümumi iqtisad elmləri qrupu”na, “Menecment”, “Marketinq”, “Mühasibat uçotu” və sairə fənnlər isə “Konkret iqtisad elmləri qrupu”na daxildirlər.
“İqtisadiyyat” “Ümumi iqtisad elmləri qrupu”ndan olub bütün digər iqtisad elmlərinin nəzəri-metodoloji əsasını təşkil edən ictimai elmdir. “İqtisadiyyat” elminin əsas məsələsi cəmiyyətin iqtisadi inkişaf qanunauyğunluqlarının öyrənilməsi, məhdud olan istehsal ehtiyatları ilə qeyri-məhdud olan insan tələbatlarının uzlaşdırılmasıdır.
İqtisadiyyatın mahiyyəti və predmeti barədə hazırda müxtəlif fikirlər mövcuddur. “İqtisadiyyat” elminin predmeti haqqında ABŞ iqtisadçısı L. Samuelsona məxus olan fikir isə dünya iqtisadçılarının əksəriyyəti tərəfindən ən mükəmməl fikir kimi qəbul edilmişdir. L. Samuelsona görə : ..... “İqtisadiyyat” müxtəlif cəmiyyətlər tərəfindən insan tələbatlarını ödəyə bilən, faydalı məhsullar istehsal etmək məqsədi ilə mövcud məhdud ehtiyatlardan necə istifadə olunması və istehsal olunmuş məhsulların ayrı-ayrı insan qrupları arasında necə bölüşdürülməsi haqqında elmdir”. Odur ki, tarixi inkişafın müxtəlif mərhələlərində dövrün qabaqcıl adamları həmişə iqtisadi həyatın obyektiv inkişaf qanunauyğunluqları ilə maraqlanmışdırlar.
“İqtisadiyyat” elmi XVI-XVII-ci əsrlərə qədər iqtisadi həyatın müxtəlif sahələri haqqında qabaqcıl adamların iqtisadi fikirləri və düşüncələri şəklində mövcud olmuşdur. İqtisadi fikirlər tarixinin zənginləşdirilməsində dünya xalqlarından hər birinin özünəməxsus yeri olmuşdur.
“İqtisadiyyat” elminin inkişafında birinci mərhələni “Quldarlıq dövrü” təşkil edir. Digər elm sahələrində olduğu kimi ilk iqtisadi fikirlər Qədim Şərqdə – Misirdə, Hindistanda və Çində – yaranmışdırlar. “Quldarlıq cəmiyyəti”nin iqtisadi həyatını ilk dəfə mükəmməl öyrənənlər isə yunan filosofları Aristotel, Platon və Ksenefont olmuşlar.
Cəmiyyətin iqtisadi həyatı barədə olan və bizim dövrlərimizə qədər gəlib çatmış ən qədim yazılı “abidə” eramızdan əvvəl XX-ci əsrdə Qədim Misirdə yazılmış “Heraklopol hökmdarının oğlu Merikala Nəsihətləri” əsəri olmuşdur.
Yunan filosoflarından Aristotelin (eramızdan əvvəl 384-322-ci illər) iqtisadiyyat sahəsində xidmətləri xüsusi ilə seçilir. O, 8 cilddən ibarət olan “Siyasət” əsərinin birinci cildini bütövlükdə iqtisadiyyata həsr etmişdir. İqtisadi tədqiqatları nəzərə alınaraq Aristotel iqtsadiyyat elmi tarixində ilk iqtisadçı kimi qəbul edilmişdir.
Aristoteldən sonrakı, təxminən iki min illik, dövr ərzində iqtisadiyyat elminin inkişafında, demək olar, heç bir irəliləyiş olmamışdır.
İqtisdiyyat elmi “feodalizm cəmiyyəti”nin dağıldığı və “kapitalist istehsal münasibətləri”nin təşəkkül tapdığı dövrdə sürətlə inkişaf etmiş , müstəqil elmə çevrilmişdir
“Kapitalizm”in formalaşdığı ilk dövrlərdə “merkantalizm cərəyanı” üstünlük təşkil edirdi. Merkantalist ideyalarının inkişafında ingilis iqtisadçılarının (T. Man, U. Petti, U. Stafford) rolu böyükdür. Çünki, kapitalizm ilk əvvəl məhz İngiltərədə inkişaf etmişdir. Fransız merkantalist-iqtisadçısı Antuan Monkretyen (1576-1621-ci illər) 1615-ci ildə “siyasi iqtisad” terminini gətirmişdir.
Merkantalizm ideyalarına görə cəmiyyətin iqtisadi inkişafının əsasını ticarət, xüsusi ilə xarici ticarət təşkil edir. Merkantalist-iqtisadçılar istehsala ikincidərəcəli amil kimi baxırdılar, istehsalı ticarətin genişləndirməsi üçün bir vasitə hesab edirdilər.
“İqtisadiyyat” elminin inkişafında növbəti mərhələni fransız “fiziokratları” və onların iqtisadi ideyaları əhatə edirlər. Görkəmli fiziokrat-iqtiadçılardan olan Fransua Kene (1694-1774-cü illər) və Jak Turqo (1724-1781-ci illər) merkantalistlərdən fərqli olaraq cəmiyyətin iqtisadi inkişafının əsasını kənd təsərrüfatı istehsalının inkişafında görürdülər.
“İqtisadiyyat” elminin inkişafında növbəti mərhələni “klassik siyasi iqtisad” təşkil edir. “Klassik siyasi iqtisad”ın ən görkəmli nümayəndələri ingilis iqtisadçıları Adam Smit (1723-1796-cı illər) və David Rikardonun (1772-1821-ci illər) fəaliyyəti nəticəsində “İqtisadiyyat” elmi ən yüksək inkişaf zirvəsinə çatmışdır.
A. Smitin “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” (1776-cı ildə nəşr edilmişdir) və D. Rikardonun “Siyasi iqtisadın və vergi qoyulmasının əsasları” (1817-ci il) əsərlərinin nəşr edilməsi “İqtisadiyyat” elminin tarixində ən görkəmli hadisələrdən idi. A. Smitin “İqtisadi nəzəriyyə”sinin əsasını “Dəyərin əmək nəzəriyyəsi” təşkil edir. A. Smitə görə bütün əmtəələrin mübadilə dəyərinin əsası, hər cür sərvətin mənbəyi əməkdir. Rikardo Smitin “İqtisadi təlim”ini inkişaf etdirmiş , “Klassik siyasi iqtisad məkbəti”nin formalaşması prosesini tamamlamışdır.
Sonrakı dövrlərdə K. Marksın “Proletar siyasi iqtisadı”, A. Marşalın “Marjinalizm”, İ. Keynsin “İqtisadiyyatın dövlət tənzimlənməsi” və digər müxtəlif iqtisadi “cərəyan”alr meydana gəlmişdir.
“İqtisadiyyat” elminin inkişafında Azərbaycanın da görkəmli şəxsiyyətlərinin – şair, yazıçı və alimlərinin – özünəməxsus xidmətləri olmuşdur.
XIII-cü əsrdə yaşayıb-yaratmış Nəsirəddin Tusinin (1201-1274-cü illər) “Əxlaqi-Nasiri” əsəri öz dövrünün sosial-iqtisadi münasibətləri haqqında sanballı elmi-tədqiqat əsəridir. Şair və yazıçılarımızın əsərlərində isə cəmiyyətin iqtisadi həyatının müxtəlif tərəfləri öz əksini tapmış, ədalətli cəmiyyət haqqında fikirlər söylənilmişdir.
Tarixi inkişaf mərhələlərindən asılı olmayaraq, həmişə olduğu kimi, bu gün də “İqtisadiyyat” elmi üç əsas funksiyanı – dərketmə, metodoloji və praktiki – yerinə yetirir. Elmin “dərketmə funksiyası” iqtisadi hadisələrin, iqtisadi proseslərin “daxili” inkişaf qanunauyğunluqlarının öyrənilməsindən, “metodoloji funksiya” – bütün iqtisad elmləri üçün zəruri olan metod, üsul və elmi vasitələrin işlənib-hazırlanmasından, elmin “praktiki funksiyası” isə dövlətin iqtisadi syasətinin həyata keçirilməsi və müxtəlif səviyyələrdə istehsalın idarə olunma sistemlərinin tətbiqindən ibarətdir.
Müasir iqtisadiyyatla əlaqədər “Makroiqtisadiyyat”ı və “Mikroiqtisadiyyat”ı bir-birindən fərqləndirmək lazımdır. “Mikroiqtisadiyyat” iqtisadi həyatın ayrı-ayrı element və strukturlarının (müəssisə, firma, bank və sairə) iqtisadi fəaliyyətini öyrənir. “Makroiqtisadiyyat” isə iqtisadiyyatı vahid bir element kimi nəzərdən keçirməklə ölkə səviyyəsində ən ümumi iqtisadi prosesləri öyrənir. Misal üçün, mikroiqtisadiyyat müəssisənin məhsul istehsalı həcmini və qiymətlərin müəyyən edilməsini, makroiqtisadiyyat isə dövlətin büdcə siyasətini və milli bankın pul siyasətinin iqtisiadi artırma, inflyasiyaya və işsizliyin səviyyəsinə təsiri məsələlərini öyrənir.
Bir ictimai elm kimi “İqtisadiyyat” elmi iqtisadi hadisələrin tədqiqini həyata keçirərkən müvafiq metodologiyaya əsaslanır. “Metodologiya” dərketmənin prinsipləri, forma və üsulları haqqında elmdir. İqtisadi tədqiqatların əsasını, fəlsəfədən bizə məlum olan, “dialektik metod” təşkil edir. “Dialektik metod” iqtisadi hadisələri əlaqəli şəkildə və inkişafda öyrənən tədqiqat metodudur.
Elmi dərketmənin metod və üsulları çoxdur , onların əksəriyyəti iqtisadi tədqiqatlarda istifadə olunur. Bu metodlar “statitik müşahidə” metodları, əldə edilən iqtisadi məlumatların “sintez” və “təhlil”, “induksiya” və “deduksiya”, “elmi abstraksiya” yolu ilə öyrənilməsi, “iqtisadi hipoteza” və ya “fərziyyə”lərin işlənib-hazırlanması, “iqtisadi eksperiment”lər və onların həyata keçirilməsi, məntiqi və riyazi formalarda olan “iqtisadi modellər”in tətbiqi və digər metodlardır.
Sintez” tədqiq olunan obyekt haqqında məlumatların əlaqəli və ümumiləşdirilmiş şəkildə, “təhlil” isə vahid obyektin tərkib hissələrinin ayrılıqda öyrənilməsidir. “İnduktiv metod” faktlar əsasında ümumiləşdirilmiş iqtisadi fikrin, “deduksiya” isə, əksinə – ümumiləşdirilmiş hipotetik iqtisadi fikirlərin söylənilməsidir. Deduksiya ümumiləşdirilmiş fərziyyələrdən konkret faktlara doğru hərəkətdir.
İqtisadi tədqiqatlarda istifadə olunan mühüm metodlardan biri “elmi abstraksiya” metodudur. “Elmi abstraksiya” metodu iqtisadi proseslərdə təsadüfi və ya ikincidərəcəli hadisələrin nəzərə alınmamasıdır , “əsas”, “sabit” və “tipik” əlamətlərə, iqtisadi hadisələrin mahiyyətinə əsaslanaraq müəyyən iqtisadi nəticələrə gəlmək metodudur.
Hər bir elmdə olduğu kimi “İqtisadiyyat” elmində də iqtisadi hadisələri və prosesləri xarakterizə edən anlayışlardan, yəni “iqtisadi kateqoriya”lardan istifadə olunur. Misal üçün : “əmtəə”, “bazar”, “pul” , “qiymət”, “rəqabət” və sairə. “İqtisadi kateqoriya”lar müəyyən mənada iqtisadiyyat elminin “əlifba”sıdır.
İqtisadi tədqiqatlardan və sosial müşahidələrdən məlum olur ki, iqtisadi hadisələrin baş verməsində , onların inkişafında müəyyən qanunauyğunluqlar mövcuddur. İqtisadiyyatın əsas vəzifələrindən biri müəyyən mənada elə məhz iqtisadi qanunların , qanunauyğunluqların , iqtisadi biliklərin tarixi-xronoloji ardıcıllıqda öyrənilməsidir. “İqtisadiyyat” elmi cəmiyyət üzvlərində “iqtisadi dünyagörüşü”nün və ya iqtisadi təfəkkürün fomalaşmasına xidmət edir.
İqtisadi dünyagörüş” cəmiyyətin iqtisadi inkişaf qanunauyğunluqlarının, müxtəlif iqtisadi təlimlərin, milli iqtisadiyyatların inkişaf istiqamətlərinin öyrənilməsinə imkan verə bilən biliklər sistemidir. Bu sistem iqtisadi hadisələrin mahiyyəti və səbəblərinin açılmasında düzgün iqtisadi nəticələrə gəlməyə imkan verir.



Yüklə 26,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin