Mövzu Bazar iqtisadiyyatı şəraitində iqtisadi sistemin xarakteristikası İqtisadiyyat elminin predmeti



Yüklə 26,06 Kb.
səhifə2/3
tarix08.11.2022
ölçüsü26,06 Kb.
#68024
1   2   3
MUHAZIRE 1

2. İqtisadi sistemlərin növləri

“İqtisadi artım”ın tipindən və tətbiq olunan “iqtisadi artım modeli”ndən asılı olmayaraq hazırda dörd müxtəlif iqtisadi sistem mövcuddur :


- “Ənənəvi sistem”lə səciyyələnən iqtisadiyyat ;
- “İnzibati-amirlik iqtisadiyyyatı” ;
- “Bazar iqtisadiyyatı” ;
- “Qarışıq” iqtisadiyyat.
Ümumiyyətlə, “iqtisadi sistem” dedikdə təsərrüfat subyektlərinin təsərrüfat fəliyyətinin əlaqələndirilməsi xüsusiyyətləri və istehsal amilləri üzərində mülkiyyət formasından asılı olaraq cəmiyyətin təsərrüfatçılıq həyatının təşkili formaları nəzərdə tutulur.
“İqtisadi sistem”lər məlum olan üç əsas : Nə ? Necə ? Kimin üçün ? suallarının cəmiyyət qarşısında qoyduğu problemlərin necə həll olunmasından asılı olaraq bir-birindən fərqlənirlər. Hal-hazırda çox da geniş yayılmayan “ənənvi iqtisadi sistem” xalqın milli adət və ənənənlərinə əsaslanır. Həmin ənənələr nəsildən-nəsilə ötürülür. Bu ənənələr məhsul və xidmətlər istehsalının , onların bölüşdürülməsinin xarakterini müəyyən edir. “Ənənəvi iqtisadi sistem” şəraitində istehsal amilləri (torpaq və kapital) icmanın ümumi mülkiyyətindədir. Maddi nemətlərin istehsalı və onların bölüşdürülməsi mövcud adət-ənənələrə uyğun aparılır. Aydındır ki, zaman keçdikcə ənənələr özləri də dəyişə bilərlər. Bunun üçün, bir qayda olaraq, uzun müddət tələb olunur. Bu icmanın və ya xalqın həyat şəraitində əsaslı dəyişikliklər olduqda baş verir. “Ənənəvi iqtisadiyyat”a texniki tərəqqi, bir qayda olaraq, çətinliklə yol tapır.
İnzibati-amirlik iqtisadıyyatı” şəraitində bütün əsas iqtisadi məsələlərin həlli mərkəzləşdirilmiş qaydada dövlət tərəfindən həyata keçirilir. Bu zaman mövcud istehsal resursları, normativlər, limitlər və planlar vasitəsilə bölüşdürülüb, ayrı-ayrı müəssisələrin ixtiyarına verilsə də, istehsal amilləri üzərində dövlət mülkiyyəti saxlanılır
Bazar iqtisadiyyatı sistemi” “İnzibati-amirlik iqtisadiyyatı”ndan fərqli olaraq mərkəzləşdirilmiş qaydada yuxarıdan müdaxilə hesabına deyil, öz daxili hərəkətverici qüvvələri hesabına formalaşır. “Nə istehal etməli ?” ; “Necə istehsal etməli ?” və “Kimin üçün istehsal etməli ?” kimi əsas iqtisadi məsələlərin həlli “bazar iqtisadiyyatı” şəraitində bazar qanunları ilə həll edilir. “İstehsalçı” (istehsalçılar) ilə “İstehlakçı” (istehlakçılar) arasında əlaqələri bazar , bazardakı konyuktura (bazarın vəziyyəti) müəyyən edir. “Bazar” öz-özünə tənzimlənən sistem kimi çıxış edir. “Bazar iqtisadiyyatı”nda istehsalçılar istehsal xərcləri daha az olan səmərəli texnologiyaların tətbiqinə və eyni zamanda daha çox gəlir gətirə bilən, insan tələbatlarını daha dolğun ödəyə bilən məhsul və xidmət növləri istehsal etməyə çalışırlar.
“Bazar iqtisadiyyatı sistemi”nin əsasını istehsal vasitələri üzərində “Xüsusi mülkiyyət”, şəxsi təsərrüfatçılıq təşəbbüsü və maddi nemətlərin “Bazar qanunları” ilə bölüşdürülməsi prinsipləri təşkil edir.
XX-ci əsrin “Bazar iqtisadiyyatı sistemi” – “Qarışıq iqtisadiyyat”dır. İnkişaf etmiş ölkələrin hər birinin iqtisadiyyatını nəzərdən keçirsək görərik ki, elə bir “Milli iqtisadiyyat” yoxdur ki, orada dövlət iqtisadiyyata müdaxilə etməmiş olsun. Bu müdaxilənin xarakteri və “təbiəti” isə milli xüsusiyyətlərdən (mentalitetdən , mental dəyərlərdən) asılı olaraq bir-birindən fərqlənir. Misal üçün, ABŞ-ın iqtisadiyyatında dövlət əsas etibarı ilə təsərrüfatçılığı tənzimləmək yolu ilə iqtisadiyyata müdaxilə edir. Yaponiya iqtisadiyyatında dövlət özəl sektorla (bölmə ilə) birgə fəaliyyət proqramlarının işlənib-hazırlanmasında iştirak edir. “İsveç sistemi”ndə isə dövlət əsas etibarı ilə iqtisadi sabitliyin təmin olunması və gəlirlərin yenidən bölüşdürülməsi ilə iqtisadiyyatı tənzimləyir. Odur ki, “Bazar iqtisadiyyatı” dedikdə “Qarışıq iqtisadiyyat” nəzərdə tutulmalıdır. Bu iqtisadiyyatın əsas üstünlükləri mövcud istehsal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalçıların iqtisadi azlığındadır.
“Qarışıq iqtisadi sistem” şəraitində “İstehal amilləri”nin və istehsal olunmuş “Maddi nemətlər”in bölüşdürülməsi “Bazar qanunları” ilə həyata keçirilsə də, bu proses “Dövlət strukturları”nın fəal müdaxiləsi ilə gerçəkləşdirilir.

3. Bazar münasibətlərinin fəaliyyət mexanizmi

“İstehsal resursları”ndan istifadənin səmərəliyini və istehsalçıların iqtisadi azadlığını təmin edən iqtisadi sistem “bazar iqtisadiyyatı”dır. “Bazar” əmtəənin qiyməti ilə onun satış həcminin müəyyən edilməsi üçün “Alıcı” ilə “Satıcı”nın qarşılaşdığı nizamlanmış bir strukturdur. “Bazar”da mülkiyyət sahiblərinin (əmtəə sahibi və pul sahibi) ticarət münasibətləri yaranır. Əmtəə sahibi çalışır ki, satışdan maksimal gəliri olsun. “Alıcı” isə, öz növbəsində, həm əmtəənin yeni sahibi olmağa, həm də maliyyəsini daha səmərəli xərcləməyə çalışır. “Alıcı-Satıcı” qarşılaşmasında hər iki tərəf üçün faydalı ola bilən qiymət səviyyəsi müəyyən edilir. Qiymətin müəyyən edilməsi bazarın birinci funksiyasıdır.


“Bazar”da alınıb-satıla bilən məhsullar və xidmətlər çoxluğu, “İstehsal amilləri”, “Pul” və digər “Qiymətli kağızlar” və sairə “Bazarın obyekti”ni təşkil edirlər. “Bazar iştirakçıları” olan fərdi istehlakçılar, müxtəlif istehsalçılar və dövlət strukturları isə “Bazar subyektləri”ni təşkil edirlər. Fərdi istehlakçılkarın iqtisadi vəzifəsi istehsalçıların istehsal etdikləri məhsul və xidmət növlərini istehlak etməkdir.
“İstehsalçı”lar müxtəlif statuslu müəssisələr və təşkilatlardır. Onların iqtisadi vəzifəsi insan tələbatlarını ödəyə bilən məhsul və xidmət növlərinin istehsal edilməsi , istehsal olunmuş məhsulların istehlakçılara çatdırmasıdır.
Müxtəlif “Dövlət strukturları” bir tətəfdən istehsal edilmiş məhsul və xidmətlərin istehlakçıları (bəzən istehsalçısı da ola bilərlər), digər tərəfdən isə iqtisadi münasibətləri tənzimləyən bazar subyektləridirlər.
“Bazar iqtisadiyyatı”nın mühüm elementlərindən biri “Bazar infrastrkturu”dur. İnfrastrktur “Bazar”ın səmərəli fəaliyyətini təmin edir və “Alqı-satqı əməliyyatları”nı asanlaşdırır. “Bazar infrastrkturu”na “Birja”ları, “Yarmarka”ları, “Auksion”ları və sairəni aid etmək olar.
Bazarlar müxtəlif əlamətlərə görə qruplaşdırılırlar. Obyektlərindən asılı olaraq bazarların növbəti növləri vardır :

  • “Məhsul bazarı” ;

  • “Xidmətlər bazarı” ;

  • “İstehsal amilləri bazarı” ;

  • “Maliyyə bazarı” .

Məhsul və xidmətlər bazarlarında “Satıcı” kimi müxtəlif statuslu müəssisə və təşkilatlar, “Alıcı” kimi isə “İstehlakçı”lar və müxtəlif “Dövlət strukturları” çıxış edirlər. Bu zaman “İstehsalçı”larla “Dövlət strukturları”nın münasibətləri eyni xarakterli deyildirlər. Əgər birinci halda “İstehsalçı”ların “İstehlakçı”lara təqdim etdikləri məhsul və xidmətlərin qiyməti məhsul istehsal olunduqdan sonra, bilavasitə, bazarda “Alıcı”-“Satıcı” “qarşıdurması” zamanı müəyyən edilirsə, ikinci halda məhsul və xidmətlərin əldə edilməsi üçün “Dövlət sifarişləri” formasında “Kontrakt”lar (“Müqavilə”lər) imzalanırlar. Bu “Kontrakt”larda istehsal olunacaq məhsulların miqdarı, qiyməti və təchizat şərtləri göstərilirlər.
“İstehsal amilləri bazarları”nda “İstehsal prosesi” üçün tələb olunan “İstehsal amilləri” – “Torpaq”, “Xammal və materiallar”, “Əmək alətləri”, “İşçi qüvvəsi” və sairə – alınıb-satılır.
“Maliyyə bazarları”nda “Pul” və digər “Qiymətli kağızlar”ın satışı təşkil olunur.
“Bazar iqtiadiyyatı sistemi” “Tələb”, “Təklif”, “Rəqabət” və “Qiymət” mexanizmlərinin təsiri ilə formalaşır. “Bazar mexanizmləri”, bəzən, “Bazar qanunları” və “Bazarın daxili hərəkətverici qüvvələri” də adlandırılırlar.
“Bazar mexanizmləri”ni yuxarıda göstərilən ardıcıllıqla nəzərdən keçirək :
“Tələb” – “Kütləvi alıcı”nın müəyyən dövr (“Təqvim-vaxt müddəti”) ərzində könüllü surətdə aldığı “Əmtəə” ilə “Əmtəənin qiyməti” arasında olan asılılıqdır. “Tələb qanunu”na əsasən alınan “Məhsul” və “Xidmət”lərin miqdarı həmin “Məhsul”ların “Qiymət”ləri ilə tərs mütənasib asılılıqdadır. “Qiymət” artdıqca “Kütləvi istehlakçı”lar tərəfindən alınan “Əmtəə”nin sayı azalır və, əksinə, “Qiymət” aşağı düşdükcə “Əmtəənin satış həcmi” artır.
“Tələb” yalnız “Qiymət amili”nin təsiri ilə dəyişmir. “Tələb”ə təsir edən digər amillər də mövcuddurlar. Bu amillərə “qeyri-qiymət amilləri” aid edilirlər. “Tələb”ə təsir edən “qeyri-qiymət amilləri”ndən növbətiləri göstərmək olar :

  • “Əhalinin gəlirlərinin səviyyəsi” ;

  • “Əvəzedici məhsulların qiymətlərinin səviyyəsi” ;

  • “Alıcı”ların zövqləri ;

  • “Bazar”da “Alıcı”ların sayı ;

  • “Qiymət”lərin perspektivdə dəyişməsi haqqında məlumatların olması və sairə.

“Təklif” – “Satıcı”nın müəyyən dövr (“Təqvim-vaxt müddəti”) ərzində müəyyən sayda (həcmdə) “Əmtəə”ni təyin edilmiş “Qiymət” ilə satmaq imkanıdır. “Təklifin səviyyəsi”nə təsir edən əsas amil “Qiymət”dir. “Qiymət” artdıqca həmin “Əmtəənin bazara axını” artır, “Qiymət” aşağı düşdükcə isə, əksinə, “Bazara əmtəə təklifinin həcmi” azalır. “Qiymət” yüksək olanda “Bazara əmtəə təklifinin həcmi”nin çoxalması meyli saxlanılır.
“Bazara əmtəə təklifinin həcmi”nə təsir edən ikinci qrup amillər “qeyri-qiymət amilləri”dirlər. Belə amillərdən növbətiləri göstərmək olar :

  • “İstehsal resurslarının keyfiyyəti” ;

  • “İstehal texnologiyasının səviyyəsi” ;

  • “Əvəzedici məhsullar” ;

  • “Əvəzedici məhsulların qiymətləri” ;

  • “Vergi”lər və “Subsidiya”lar ;

  • “Rəqabət” , “Satış şəraiti” və sairə.

“Bazar mexanizmləri”ndən biri də “Tələb-təklif qanunu”nun təsiri ilə formalaşan “Rəqabət mexanizmi”dir. “Rəqabət” daha çox “Gəlir” uğrunda istehsalçıların mübarizəsi və ya iqtisadi “yarış” formasıdır.
İqtisadiyyatda rəqabət formaları iki qrupa ayrılırlar : “mütəşəkkil” ( və ya təkmil ) və “qeyri-mütəşəkkil” ( və ya qeyri-təkmil ). “Mütəşəkkil rəqabət” hər hansı bir məhsul növünün kütləvi istehsalçıları ilə istehlakçılarının qarşılaşdığı şəraitdə fəaliyyət göstərən rəqabət formasıdır. “Mütəşəkkil rəqabət” müəssisələrin xırda və çoxsaylı olduğu XIX-cu əsrin ortalarına qədərki dövr üçün daha xarakterik idi. “Mütəşəkkil rəqabət” növbəti əlamətlərə malikdir :

  • kütləvi istehsalçı və istehlakçıların heç birinin əmtəənin bazar qiymətinə , onun satış həcminə təsir etmək imkanına malik olmaması ;

  • müxtəlif istehsalçılar tərəfindən istehsal olunmuş eyni növ əmtəələrin bir-birindən fərqlənməməi ;

  • istehsal olunmuş əmtəələrin bazara çıxarılmasında tam azadlığın mövcudluğu ;

  • əmtəənin qiymətinin müəyyən edilməsində süni məhdudiyyətlərin olmaması ;

  • hər bir istehsalçı və istehlakçı tərəfindən “Bazarda əmtəənin tələbinin həcmi” və “Bazarda əmtəənin təklifinin həcmi” haqqında dəqiq məlumatların əldə edilməsi imkanının olması.

XIX-cu əsrin ortalarından başlayaraq “maşınlı istehsal”ın inkişafı və istehsalın təmərküzləşməsi ilə əlaqədər ayrı-ayrı istehsal sahələrində hökmran mövqe tutan iri inhirasçı müəssisələr meydana gəlir. Bu iqtisadiyyatda qeyri-mütəşəkkil rəqabət formalarının yaranması demək idi.

Yüklə 26,06 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin