Mövzu Bazar iqtisadiyyatı şəraitində iqtisadi sistemin xarakteristikası İqtisadiyyat elminin predmeti


Qiymət isə əmtəənin dəyərinin pul ilə ifadəsidir



Yüklə 26,06 Kb.
səhifə3/3
tarix08.11.2022
ölçüsü26,06 Kb.
#68024
1   2   3
MUHAZIRE 1

Qiymət isə əmtəənin dəyərinin pul ilə ifadəsidir. Məhsulların və xidmətlərin qiymətləri “Tələb-təklif qanunu”nun təsiri ilə istehsalçıların rəqabət formalarından asılı olaraq müəyyən edilirlər.
Rəqabət formasından asılı olaraq müəssisələr tərəfindən məhsulların və xidmətlərin qiymətlərinə nəzarətin səviyyəsi müxtəlifdir.
İnkişaf edən hər bir ölkə iqtisadiyyatı öz milli xüsusiyyətləri ilə fərqlənir. Bu o deməkdir ki, hər bir ölkə öz “iqtisadi model”inə malikdir. Milli xüsusiyyətlərə baxmayaxaq dünya ölkələri tərəfindən tətbiq edilən bütün iqtisadi modelləri şərti olaraq üç qrupa : 1) liberal ; 2) sosial-demokrat ; 3) sosial yönlu bazar iqtisadiyyatı. Bazar iqtisadiyyatının “liberal model”inin tətbiq olunduğu etalon ölkə ABŞ sayılır. Odur ki, bu model “ABŞ modeli” kimi tanınmışdır. İqtisadiyyatın “sosial-demokrat model”inin tətbiq olunduğu ölkə Almaniya (“Alman modeli”), “sosial yönümlü bazar modeli”nin tətbiq olunduğu etalon ölkə İsveçdir (“İsveç modeli”).
Qeyd etmək lazımdır ki, bir ölkə daxilində tətbiq olunan iqtisadi modeli ölkədaxili ictimai-siyasi vəziyyətdən asılı olaraq dəyişə bilər. Misal üçün, İngiltərədə “Leyboristlər partiyası” istehsalın milliləşdirilməsinə, “Mühafizəkarlar partiyası” isə istehsalın özəlləşdirilməsinə üstünlük verdiklərinə görə, hakimiyyətə gələn partiya “bazar iqtisadiyyatı modeli”ndə müvafiq dəyişikliklər aparır.
Yüklə 26,06 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin