MÖVZU 9
Komputer qrafikasının əsasları
Plan:
1. Kompüter qrafikasının təyinatı və növləri
2. Rastr qrafikası və onun xüsusiyyətləri
3. Vektor qrafikası və onun xüsusiyyətləri
4. Fraktal qrafika və onun təyinatı
Verilənlərin kompüterin monitorunda qrafik şəkildə təsvir olunması XX əsrin
50-cü illərinə təsadüf edir. Belə təsvirlərdən əsasən elmi və hərbi tədqiqatların
aparılmasında istifadə edilirdi. O dövrdən başlayaraq verilənlərin qrafik şəkildə
monitorda təsvir edilməsi fərdi kompüterlərin ayrılmaz hissəsinə çevrilmişdir.
Təsvirin yaradılmasını və təhlilini hesablama kompleksinə daxil olan
proqramlar və təhcizatların köməyi ilə öyrənən metodlardan və avadanlıqlardan ibarət
xüsusi sahə kompüter qrafikasıdır.
Kompüter qrafikası ilə iş fərdi kompüterdən istifadə etməyin ən yayılmış
istiqamətlərindəndir. Bu işlə təkcə peşəkar rəssamlar və dizaynerlər deyil, istənilən
fərdi kompüter istifadəçisi maraqlana bilər. İstənilən müəssisədə reklam vərəqəsi və
buklet buraxılmasına, həmçinin qəzet və jurnallarda reklam elanlarının verilməsinə
daima ehtiyac yaranır. İri firmalar belə işləri xüsusi dizayner bürolarına və reklam
agentliklərinə tapşırırlar. Məhdud büdcəyə malik olan kiçik müəssisələr isə belə işləri
öz vəsaitləri hesabına, əksər hallarda isə mövcud proqram vasitələrindən istifadə
etməklə həyata keçirirlər.
Müasir multimedia proqramları fərdi kompüter qrafikası olmadan fəaliyyət
göstərmir. Qrafika üzərində iş, kütləvi tətbiq edilən proqramlar edən tərtib proqram-
çılar qrupu tərəfindən hazırlanır və proqramçıların işinin təxminən 90%-ini əhatə edir.
Redaksiya və nəşriyyatın işində əsas əmək məsrəfləri də qrafiki proqramlarla
bərabər bədii və tərtibat işlərinin payına düşür.
Qrafik proqram vasitələrinin geniş istifadəsi zərurəti İnternetin inkişafı ilə
əlaqədar olaraq xüsusilə hiss olunmağa başlamışdır. Bu işdə aparıcı rol ayrı-ayrılıqda
yaradılmış milyonlarla Web səhifələrini vahid "ümumdünya hörümçək toru"nda
birləşdirən sistemin xidmətinə məxsusdur. Həmin səhifələrlə əsaslı tanışlıq WWW
istifadəçisini lazımı səviyyədə başa salır ki, fərdi kompüter qrafikasından istifadə
etməklə yerinə yetirilən tərtibat işlərinin yüksək səviyyədə həyata keçirilməsi firmalar
arasında baş verən rəqabət nəticəsində birinin digərindən fərqlənməsinə səbəb olur.
133
Nəticədə bu işdə fərqlənən firmalar kompüter qrafikası ilə maraqlananların və
məşğul olanların diqqətini özünə çəkməyə nail olurlar.
Cazibədar Web səhifiləri yaratmağa qoyulmuş tələbat belə işlərlə məşğul olan
rəssam və dizaynerlərin imkanları daxilində gördüyü işlərə qoyulmuş tələbatdan
dəfələrlə çoxdur. Bununla əlaqədar olaraq müasir kompüter qrafikası vasitələri elə
yaradılır ki, onlar nəinki rəssam və dizaynerlər üçün əlverişli alətə çevrilsin, hətta
rəssamlıq və dizayner işləri ilə məşğul olmağa həvəskar olan, amma kifayət qədər
təcrübəsi və qabiliyyəti (və ya vərdişi) olmayanlar bu sahədə məhsuldar işləyə
bilsinlər.
Kompüter qrafikası ilə işləmək üçün çoxlu sayda proqram təminatının olmasına
baxmayaraq qrafikanın cəmi üç növünü bir-birindən fərqləndirirlər. Bunlara rastr,
vektor və fraktal qrafikasını aid etmək olar. Hər üç qrafika fərdi kompüterin ekranında
əks olunan zaman və ya onların kağız üzərində çapı zamanı alınmış təsvirin
formalaşmasına, formalaşma prinsiplərinə görə qrafikaları bir-birindən fərqləndirir.
Rastr qrafikasını elektron (multimedia) və poliqrafik nəşrlərin hazırlanması
zamanı tərtib edirlər. Rastr qrafikasının vasitələri ilə hazırlanan illüstrasiyalar
mürəkkəb olduğu üçün onları nadir hallarda fərdi kompüter proqramlarından istifadə
etməklə əllə hazırlayırlar. Bu məqsədlə əsasən rəssam tərəfindən kağız üzərində
hazırlanmış illüstrasiyalar və ya fotoşəkillər toplusundan istifadə edilir. Çox zaman
hazırlanmış fotoşəkillər skaner vasitəsilə skanlaşdırılır.
Son zamanlar rastr qrafikalarından daha səmərəli istifadə edilməsi məqsədilə
onların fərdi kompüterlərə daxil edilməsi üçün rəqəmli foto və videokameralardan
geniş istifadə olunur. Bu səbəbdən də rastr illüstrasiyaları ilə işləmək üçün yaradılmış
qrafik redaktorların əksəriyyəti təsvirlərin yaradılmasından çox, onların emalı üçün
nəzərdə tutulmuşdur.
Rastr təsvirinin əsas elementi onun nöqtəsidir. Əgər bu ekran təsviridirsə, nöqtə
piksel adlanır. Fərdi kompüterin əməliyyat sisteminin hansı qrafik rejimə
uyğunlaşdırılmasından asılı olaraq, ekranda 640x480, 1024x768 və daha çox pikselə
malik təsvirlər yerləşdirmək mümkündür.
Təsvirin həlli onun ölçüsü ilə bilavasitə əlaqədardır. Bu parametr bir uzunluq
vahidinə düşən nöqtələrin sayı ilə (dot per inc - dpi) ölçülür.
Dioqnalı 15 düym olan ekranda təsvir təqribən 28x21 sm
2
ölçüdə, bir düymün
2.54 millimetrə bərabər olduğunu nəzərə alsaq, manitorun 800x600 piksel rejimində
işi zamanı ekran həlli 72 dpi-yə bərabər olduğunu asanlıqla hesablamaq olar.
Çap zamanı monitorun ekran həlli xeyli yüksək olmalıdır. Məsələn, rəngli
təsvirin poliqrafik çapı üçün ekran həlli 300x200=600000 dpi tələb olunur, və yaxud,
134
standart ölçülü (10x15 sm) fotoşəkil üzərində tərtibat işi aparılırsa, onda ekran həlli
1500x1000=1500000 dpi olduğu aydın görünür.
Qeyd etmək lazımdır ki, ekranda bir nöqtənin kodlaşdırılması üçün bayt istifadə
edilir. Rastr qrafikasinın aşağıdakı çatışmayan cəhətləri vardır:
- Rastr təsvirinin istifadəsi zamanı əsas problem verilənlərin həcmcə böyük
olmasıdır. Məsələn, adi jurnalın iki səhifəsi ölçüsündən böyük ölçülü illüstrasiyalarla
fəal işləmək üçün 128 Mbayt və daha artıq əməli yaddaşı olan fərdi kompüterlər tələb
olunur. Bu parametrlə yanaşı istifadə edilən fərdi kompüterin tərkibindəki
mikroprosessorun da məhsuldarlığının yüksək olması vacibdir.
- Rastr təsvirlərinə aid olan detalların nəzərdən keçirilməsi üçün onların
böyüdülməsi qeyri-mümkündür. Təsvir nöqtələrdən ibarət olduğu üçün onun
böyüdülməsi təsviri təşkil edən nöqtələrin ölçüsünün böyüməsinə gətirib çıxarır.
Nəticədə təsvirdəki əlavə detalları görmək istifadəçi üçün mümkün olmur. Bununla
yanaşı nöqtələri böyüdülmüş illüstrasiyanın vizual görünməsi təhrifə uğrayır və
ümumilikdə illüstrasiya kobudlaşır. Baş verən proses rastr qrafikasında pikselləşdirmə
effekti adlanır.
Müasir dövrdə İnternet şəbəkələrində yalnız rastr illüstrasiyaların tətbiqinə
geniş imkanlar verilir.
Vektor qrafikası ilə işi həyata keçirən proqram vasitələri isə əksinə ilk növbədə
illüstrasiyaların emalını deyil, onların yaradılması üçün nəzərdə tutulmuşdur. Belə
vasitələr reklam agentliklərində, dizayner bürolarında, redaksiya və nəşriyyatlarda
geniş istifadə olunur.
Şrıftlərin və ən sadə həndəsi elementlərin tətbiqinə əsaslanan tərtibat işləri
vektor qrafikası vasitələrindən istifadə etməklə xeyli asanlaşır. Vektor qrafikası
vasitələrindən istifadə etməklə indiki zamanda istifadəçilər yüksək bədii keyfiyyətlərə
malik əsərlər yarada bilirlər. Ümumilikdə belə əsərlər istisna təşkil edirlər. Çünki
yüksək səviyyəli əsərlərin vektor qrafikası vasitələrinin köməyi ilə bədii hazırlanması
olduqca mürəkkəb prosesdir.
Rastr qrafikasında təsvirin əsas elementi nöqtə olduğu halda, vektor qrafika-
sında bu rolu xətt oynayır. Bu zaman vektor qrafikasinda istifadə edilən xəttin düz və
ya əyri xətt olmasının istifadəçi üçün heç bir əhəmiyyəti yoxdur.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, rastr qrafikasrnda da xətlərdən istifadə
edilir. Amma belə xətlər ümumilikdə nöqtələrin kombinasiyası kimi nəzərdən keçirilir.
Rastr qrafikasında xəttin hər bir nöqtəsi üçün yaddaşın bir və ya bir neçə xanası ayrılır.
Xətti əmələ gətirən nöqtələrin rənglərinin sayı artdıqca yaddaşda onlar üçün ayrılan
xanaların sayı da mütənasib olaraq bir o qədər artmış olur. Beləliklə, rastr qrafikasında
135
xətt uzandıqca, yaddaşda daha çox sahə tələb olunur. Bundan fərqli olaraq vektor
qrafikasında xətt üçün tələb olunan yaddaş sahəsi xəttin uzunluğundan asılı olmur.
Xətt üzərində istənilən əməliyyatların aparılmasından asılı olmayaraq xətt üçün
ayrılmış yaddaş sahəsi deyil, yaddaş sahəsində saxlanılan parametrlər dəyişmiş olur.
Bu zaman yaddaş sahəsindəki xanaların sayı dəyişməz qalır.
Qeyd etdik ki, vektor qrafikasının əsas element xəttdir. Deməli, vektor qrafikası
vasitəsi ilə əldə edilmiş vektor illüstrasiyasında olan təsvir xətlərdən ibarətdir. Yəni
sadə obyektlər birləşərək mürəkkəb obyektləri, illüstrasiyanı əmələ gətirirlər. Belə
yanaşmaya görə vektor qrafikasını bəzən obyektyönümlü qrafika da adlandırırlar.
Qeyd etdiyimiz kimi vektor qrafikasının obyektləri yaddaşda parametrlər
yığımı kimi saxlanılır. Odur ki, ekranda alınmış təsvirlər nöqtələr toplusu şəklində
çıxarılır. Buna isə əsas səbəb ekranın sadə texnologiya əsasında hazırlanmasıdır.
Vektor qrafikasında istənilən obyekti ekrana çıxarmazdan əvvəl kompüterin
yaddaşında olan proqram ekran nöqtələrinin koordinatiarını təsvir üçün hesablayır.
Obyektin printerdə çapı zamanı da analoji hesablamalar həyata keçirilir. Bu səbəbdən
də vektor qrafikasına bəzən hesablanan qrafika da deyirlər.
Digər obyektlər kimi, xətlərin də öz xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərə
aşağıdakıları aid etmək olar:
- xəttin forması (düz, əyri);
- xəttin qalınlığı;
- xəttin rəngi;
- xəttin qrafik təsviri (bütöv, qırıq xətlər şəklində).
Qapalı xətlərin əmələ gətirdiyi daxili sahə rənglənmə xassəsinə malik olur.
Daxili sahəni rənglə, naxışla doldurmaq mümkündür.
Rastr və vektor qrafikaları arasında müəyyən fərqlər vardır. Bundan əvvəl rastr
qrafikasının catışmayan cəhətlərini qeyd etmişdik. Vektor qrafikasında bu
catışmazlıqlar aradan qaldırılmışdır. Lakin belə catışmazlıqların olması öz növbəsində
bədii illüstrasiyaların yaradılması zamanı yerinə yetirilən işləri xeyli mürəkkəbləşdirir.
Bunları nəzərə alaraq təcrübədə əsasən vektor qrafikasından əksər hallarda bədii
kompozisiyaların yaradılması üçün deyil, lahiyə-konstruktor və çertyoj işlərinin
həyata keçirilməsində, həmçinin illüstrasiyaların tərtibatında istifadə edirlər.
Müəyyən edilmişdir ki, xətt kimi sadə obyektin haqqında informasiyanın əməli
yaddaşda saxlanması üçün vektor qrafikasında cəmisi səkkiz parametr tələb olunur.
Bura xəttin enini, rəngini, xarakterini və sairə xüsusiyyətlərini əks etdirən parametrləri
də əlavə etdikdə, belə xüsusiyyətə malik olan bir obyektin əməli yaddaşda saxlanması
üçün təxminən 20-30 baytlıq yaddaş sahəsi kifayət edir. Deməli, minlərlə sadə
136
obyektlərdən əmələ gələn mürəkkəb obyektləri yaddaşda saxlamaq üçün yüzlərlə
kilobayt tutuma malik yaddaşın olması vacibdir.
Vektor qrafikasında miqyaslaşdırma (obyektin böyüdülməsi və ya kiçildilməsi)
məsələləri asanlıqla həll olunur. Məsələn, əgər xətt üçün 0.15 qalınlıq müəyyənləş-
dirilsə, şəkli kifayət qədər böyütsək belə (və ya kiçiltsək) bu parametr
dəyişməyəcəkdir, və yaxud, çertyojun böyük və ya kiçik ölçülü kağızda çap edilməsin-
dən asılı olmayaraq çertyoju əmələ gətirən xətlərin qalınlığı eyni qalacaqdır.
Vektor qrafikasının bu xüsusiyyətlərinə əsaslanaraq ondan kartoqrafiyada,
avtomatlaşdırılmış layihələndirmənin konstruktor sistemlərində və memarlıq işlərinin
layihələndirilməsinin avtomatlaşdırılması sistemlərində geniş istifadə edirlər.
Fraktal qrafikası ilə iş proqram vasitələri, riyazi hesablamaların koməyi ilə
təsvirləri fərdi kompüterlərdə avtomatik generasiya etmək üçün nəzərdə tutulmuşdur.
Fraktal bədii kompozisiyanın yaradılması üçün təkcə şəkil çəkmək və ya tərtibatla
məşğul olmaq deyil, bütün prosesi proqramlaşdırmaq lazımdır.
Ümumiyyətlə, fraktal qrafikadan çap işlərində, həmçinin elektron sənədlərin
hazırlanmasında nadir hallarda istifadə edirlər. Ondan əsasən fərdi kompüterlərdə
əyləncəli oyunlar üçün istifadə olunur.
Qeyd etmək lazımdır ki, fraktal qrafika da vektor qrafikası kimi hesablanandır.
Fraktal qrafika ilə iş zamanı fərdi kompüterin yaddaşında heç bir obyekt saxlanılmır.
Burada təsvirlər tənlik üzrə (və ya tənliklər sistemi üzrə) qurulur. Bu səbəbdən də
istifadə edilən düstürlardan başqa heç nəyi yaddaşda saxlamaq tələb olunmur. Fərdi
kompüterin ekranında bir-birindən fərqli təsvirlər almaq üçün sadəcə olaraq istifadə
olunan tənliklərdəki əmsalları dəyişdirmək kifayətdir.
Fraktal qrafikanın canlı təbiətin surətlərini modelləşdirmək qabiliyyətindən
istifadə edərək, istifadəçilər tez-tez qeyri-adi illüstrasiyaların fərdi kompüterdə
generasiya edilməsinə nail olurlar.
Kompüter qrafikasında eyni zamanda müxtəlif obyektlərin bir neçə xassəsi ilə
işləmək lazım gəldiyi üçün həll anlayışı ilə daha çox anlaşılmazlıqlar meydana çıxır.
Bu səbəbdən də aşağıdakı anlayışları dəqiq fərqləndirmək lazım gəlir:
- ekran həlli;
- prınter həllı;
- təsvirin həlli.
Bu anlayışlar müxtəlif obyektiərə aiddir. Şəklin ekranda, kağızda və ya sərt
diskdəki faylda hansı fiziki ölçüdə olmasını aydınlaşdırana qədər yuxarıda adları
çəkilən həll qaydalarının bir-biri ilə qətiyyən əlaqəsi olmur.
137
Ekran həlli fərdi kompüter sisteminin (monitorun və videokartın
parametrlərindən asılı olan) və əməliyyat sisteminin xassəsidir. Ekran həlli piksellərlə
ölçülür və ekranı bütünlüklə tutan təsvirin ölçülərini müəyyənləşdirir.
Printer həlli printerin xassəsi olub, vahid uzunluqda çap oluna bilən ayrı-ayrı
nöqtələrin miqdarını əks etdirir və bir dyümə düşən nöqtələr sayı (dpi) ölçü vahidi ilə
ölçülür və verilmiş keyfiyyətdə təsvirin ölçüsünü, yaxud da əksinə, verilmiş ölçüdə
təsvirin keyfiyyətini müəyyənləşdirir.
Təsvirin həllı təsvirin öz xassəsidir. Bu, həldə bir dyümə düşən nöqtələrin sayı
ilə ölçülür. Təsvirin həlli təsvirin qrafik redaktorda və ya skanerlərin köməyi ilə
yaradılmasında verilir. Təsvirin həlli parametrləri təsvirin faylında saxlanılır və
təsvirin digər ayrılmaz xassəsi olan fiziki ölçü ilə sıx əlaqədə olur.
Təsvirin fiziki ölçüsü həm piksellə, həm də uzunluq vahidləri ilə (millimetr,
santimetr, dyümlə) ölçülə bilir. O, təsvirin yaradılması zamanı verilir və faylla birlikdə
mühafizə olunur.
Əgər təsvir ekranda nümayış etdiriləcəksə, onda onun hündürlüyü və eni
piksellərlə verilir. Bu zaman şəklin ekranın hansı hissəsini tutacağını müəyyən etmək
asanlaşır, və yaxud, təsvir çap etmək üçün hazırlanacaqsa, onda təsvirin ölçüləri, onun
kağızda nə qədər yer tutacağını bilməklə lazım olan uzunluq vahidlərinin köməyi ilə
təqdim edilir. Təsvirin həlli məlumdursa, onun piksellə verilmiş ölçüsünü uzunluq
vahidinə, yaxud da əksinə çevirmək istifadəçiyə çətinlik törətmir.
|