143
Qlobal şəbəkələr adətən böyük telekommunikasiya şirkətləri tərəfindən abo-
nentlərə pullu xidmət etmək üçün yaradılır.
Qlobal şəbəkələrin qiymətinin baha olmasını nəzərə alaraq istənilən tip verilən-
ləri:
kompüter verilənlərini, telefon danışıqları, fakslar, teleqramlar, televiziya görün-
tüləri, teletekst (iki terminal arasında verilənlərin ötürülməsi), videotekst (şəbəkədə
saxlanılan verilənlərin öz terminalına götürmək) və s. verilənləri ötürə bilən vahid
qlobal şəbəkənin yaradılma tendensiyası meydana gəlmişdir. ISDN- telekom-
munikasiya xidmətinin inteqrasiyası üçün ilk texnoloqiya 70-ci illərin əvəllərindən
inkişaf etməyə başlayıb. Hansı komponentlərin arendaya götürülməsindən asılı olaraq
korporativ şəbəkələrdə aşağıdakı əlaqə növlərindən istifadə olunur:
-ayrılmış kanallar;
-kanalların kommutasiyası;
-paketlərin kommutasiyası.
Ayrılmış kanallar. Ayrılmış əlaqə xəttlərindən iki üsulla istifadə etmək olar.
Birincisi, arendaya götürülmüş ayrılmış xətlər müəyyən ərazidə paylanmış
aralıq paket kommutatorlarının
birləşdirilməsinə xidmət edir, məsələn, Frame Relay
şəbəkəsində olduğu kimi.
İkincisi, ayrılmış xətlərlə ancaq lokal şəbəkələrin və ya başqa növ abonentlərin,
məsələn, tranzit paket kommutarları qurmadan qlobal şəbəkə texnologiyası ilə işləyən
meynfreymlərin birləşdiilməsidir, ayrılmış kanallar abonentlərin daimi kommutasiyası
üçün hansı tip kommutasiya qurğusundan- FDM(Frequency Divizion Multiplexing-
tezliyə görə sıxma) və ya TDM(Time Divizion Multiplexing- vaxta görə sıxma)-dən
istifadə edilməsindən asılı olaraq analoq və rəqəm tipinə bölünür.
Rəqəm tipli ayrılmış xətlərdə fiziki səviyyənin protokolu G.703 standartı ilə
təyin olunub.
Analoq və rəqəm tipli ayrılmış kanalların kanal səviyyəsində HDLG(High-level
Data Link Control –kanal səviyyəsində verilənlərin ötürülməsinin idarə edilməsi
protokolu) ailəsindən olan PPP(Point to Point Protokol) protokolundan istifadə edilir.
Ayrılmış analoq tipli kanallar istifadəçiyə 4-naqilli və ya 2-naqilli çıxışlarla
təqdim olunur. 4-naqilli kanallarda dupleks əlaqənin təşkili
daha sadə üsulla yerinə
yetirilir.
Verilənlərin saniyədə bir neçə qiqabit analoq xətləri vasitəsilə ötürülməsi üçün
siqnalların analoq modulyasiyası metodu əsasında işləyən modemlərdən istifadə
olunur.
Kanalların kommutasiyası ilə işləyən qlobal şəbəkələr. Korperativ şəbəkədə
qlobal əlaqələrin qurulması üçün 2 növ xətlərdən – ənənəvi analoq tipli telefon
144
şəbəkələri və İSDN xidmətlərini yerinə yetirən rəqəm tipli şəbəkələrdən istifadə
etmək mümkündür. Kanalların kommutasiyası şəbəkələrinin üstünlüyü onların geniş
yayılmasıdır, bu da əsasən analoq telefon xətləri üçün xarakterikdir.
Son zamanlar
İSDN şəbəkələrindən bir çox ölkələrdə korporativ istifadəçilərin də istifadə etməsi
mümkün olmuşdur. Analoq telefon şəbəkələrinin çatışmamazlığı tərkibindəki kanalın
aşağı keyfiyyətli olmasıdır.
Paket kommutasiyalı qlobal şəbəkələr. Bu şəbəkələr paketlərin kommutasiyası
şəbəkələrində siqnal və verilənlərin ötürülməsi protokolunu təyin edən X.25 standartı
ilə işləyən şəbəkələrdir. Burada hər bir paket verilənləri ötürən və qəbul edən
kompüterlər haqqında informasiyanı özündə cəmləşdirir. Bu interfeys OSİ-nin üç
səviyyəsini- fiziki, kanal və şəbəkə səviyyələrini əhatə edir.
Paket şəbəkə vasitəsilə ötürülməzdən əvvəl şəbəkənin abonentləri – terminal-
ları, marşrutizatorları və ya komputerləri arasında virtual əlaqə qurmaq lazımdır.