139
OSI modeli açıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin
müxtəlif əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə
hansı funksiyanı yerinə yetirməsini göstərir.
OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür: fiziki
səviyyə; kanal səviyyəsi; şəbəkə səviyyəsi;
nəqliyyat səviyyəsi; seans səviyyəsi;
təqdimetmə səviyyəsi; tətbiqi səviyyə.
Fiziki səviyyə (Physical layer) fiziki əlaqə kanalında informasiyanın (bitlərin)
ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə kanalı kimi, koaksial kabel, burulmuş
qoşa kabel, optik lifli kabel və s. nəzərdə tutulur. Bu səviyyədə elektrik siqnallarının,
məsələn gərginlik və ya cərəyanın ötürülmə siqnallarının səviyyəsi, kodlaşdırma tipi,
siqnalların ötürülmə sürəti və s. müəyyənləşdirilir.
Fiziki səviyyədə yalnız informasiya bitlərlə ötürülür. Lakin bu zaman əlaqə
xətləri məşgul ola bilərlər.
Kanal səviyyəsində ötürülmə mühiti, səhvlər təyin edilir
və səhvlərin düzəlişi
yoxlanılır. Bunun üçün informasiya bitləri kadrlarda (frame) qruplaşdırılır. Kanal
səviyyəsi hər bir kadrın düzgunlüyunu təyin edir.
Şəbəkə səviyyəsi (Network layer) bir neçə şəbəkəni birləşdirən vahid nəqliyyat
sisteminin yaradılmasına xidmət edir. Şəbəkə səviyyəsi xəbərlərin ötürülməsində
düzgün istiqamətin seçilməsini təmin edir. Şəbəkələr öz aralarında marşrutizator
(router) adlanan xüsusi qurğu vasitəsi ilə birləşdirilir. Marşrutizator şəbəkələr arası
əlaqələrin topologiyası haqqında informasiyanı yığaraq onun əsasında paketləri təyin
olunmuş şəbəkəyə göndərir. Xəbərin bir şəbəkədən (ötürücudən) digər şəbəkəyə
(qəbulediciyə) göndərilməsi üçün şəbəkələr arası müəyyən
miqdar tranzit
ötürmələrdən (hop-siçrayış) istifadə edilir. Bu zaman hər dəfə müvafiq marşrut seçilir.
Beləliklə, ümumi marşrut paketlərin keçdiyi marşrutizatorların ardıcıllığından ibarət
olur. Daha optimal yolun seçilməsi marşrutlaşdırma adlanır və onun həlli şəbəkə
səviyyəsinin əsas məsələlərindən biridir. Çox zaman marşrutun seçilmə kriteriyası
kimi verilənlərin ötürmə vaxtı qəbul edilir. Bu işə kanalın buraxma qabiliyyəti və
trafikin intensivliyindən asılı olur. Şəbəkə səviyyəsi müxtəlif texnologiyaların uy-
ğunlaşması, böyük şəbəkələrin ünvanlarının sadələşdirilməsi kimi məsələləri də həll
edir.
Şəbəkə səviyyəsində xəbər paket adlanır. Bu zaman qəbul edənin ünvanının
böyük hissəsi – şəbəkənin nömrəsi və həmin şəbəkədəki qovşağın nömrəsindən ibarət
olur. Eyni şəbəkənin bütün qovşağlarının ünvanlarının böyük hissəsi eyni olmalıdır.
Şəbəkə səviyyəsində 2 tip protokollar təyin edilir. I. Şəbəkə protokolları paketlərin
şəbəkələrdə hərəkətin həyata keçirir., II marşrutlaşdırma protokolların köməyi ilə
140
marşrutizatorlar (router) şəbəkələrarası birləşmələrin topologiyası haqqında
informasiya yığırlar.Şəbəkə səviyyəli protokollar kimi TCP/IP stekindən IP
protokolunu və Novell stekindən IPX paketlərin şəbəkələrarası mübadiləsi
protokollarını misal göstərmək olar.
Nəqliyyat səviyyəsi (Transport layer) yuxarı tətbiqi
və seans səviyyələrinə
verilənlərin tələb olunan etibarlı dərəcədə ötürülməsini təmin edir. Nəqliyyat
səviyyəli protokollar kimi TCP/IP stekinin TCP protokolu, Novell stekinin SPX
protokolunu misal göstərmək olar.
Seans səviyyəsi (Session layer) –dialoqun idarə edilməsini təmin edir, cari anda
aktiv tərəfi qeyd edir, sinxronlaşdırma vasitələrini təqdim edir. Bu səviyyənin funk-
siyası tətbiqi səviyyə ilə birləşmişdir. Buna görə də seans səviyyəsində yalnız ona
məxsus olan protokollar yoxdur.
Prezintasiya təqdimetmə səviyyəsi (Prezentation layer) – informasiyanın
məzmununu dəyişdirmədən onun təsvir olunma formasını təyin edir.
Bu səviyyənin
vasitəsi ilə bir sistemin tətbiqi səviyyəsindən digər sistemin tətbiqi səviyyəsinə
informasiyanın təqdim edilməsi aydın formada olur. Beləliklə, təqdimetmə səviyyəsi
verilənlərin mübadiləsi üçün eyni sintaksis seçir. Serure Socker Layer (SSL) proto-
kolunu təqdimetmə səviyyəsinin protokolu kimi misal göstərmək olar. Bu protokol
TCP/IP tətbiqi səviyyəsinin protokolu üçün xəbərlər mübadiləsinin məxviliyini təmin
edir.
Tətbiqi səviyyə (Application Layer) –
istifadəçinin fayllara, printerlərə, hiper-
mətnli Web səhifələrə və s.müraciəti təmin edən protokollar aiddir.
Hər bir şəbəkənin özünə uyğun texnologiyaları, standartları və uyğun protokolları
vardır. IEEE 802.x standartları lokal kompüter şəbəkələri üçün işlənilmişdir.
Dostları ilə paylaş: