129
- seçilmiş yazılar alt çoxluğunu digər cədvələ əlavə etmək.
Çoxcədvəlli sorğu verilənlər bazasının müxtəlif cədvəllərindən qarşılıqlı əlaqəli
yazıların birləşdirilməsi yolu ilə yaradılan və bu cədvəllərin lazım olan sahələrinə
daxil edilməsi hesabına yeni cədvəl yazıların formalaşdırılmasına imkan verir. Bir sıra
sorğuların ardıcıl şəkildə hazırlanması, proqramlaşdırmaya müraciət etmədən kifayət
qədər mürəkkəb məsələlərin həlli üçün əlverişli sərait yaradır. Access sistemində bir
necə növ sorğuların yaradılması mumkun olur.
Sorgunun layihələndirilməsinin əsas prinsiplərini seçmək
üçün layihələndirmə
prosesini dərindən dərk etmək lazımdır. Sorğuların yerinə yetirilməsi nəticələri cədvəl
şəklində əks etdirilir.
Nəticə yazılarına daxil edilən sahələr istifadəçilər tərəfindən sorgu blankında
göstərilir.
Sorğu cədvəllərinin nəticələri sonradan verilənlərın işlənməsində istifadə edilir.
Seçmək üçün sorgularda həmin məlumatlar bazasının cədvəllərindən, habelə əvvəl
yaradılmış sorğulardan da istifadə edilə bilər. Bir sorğuda digər sorğudan bilavasitə
istifadə edilməsi mümkündür.
Sorğuların layihələndirilməsi pəncərəsi iki hissəyə ayrılır:
- Yuxarı panel özündə verilən sorğu üçün seçilmiş cədvəli birləşdirməklə,
sorğunun verilənlər sxemini əks etdirir. Cədvəllər sahələrin siyahısı şəklində verilir.
Verilənlər sxemi verilənlər bazasının sxemindəki cədvəllər arasındakı əlaqələri və
birləşmə əlaqələrini əhatə etməklə Access VBİS vasitəsilə müəyyən edilir.
Bundan
başqa istifadəçi özündə bu cür əlaqələri müəyyən edə bilər;
- Aşağı panel doldurulması lazım gələn nümunə üzrə sorğu blankından ibarətdir.
Blankın hər bir sütunu sorğu ilə işlənməsi lazım gələn bir sahəyə aiddir. Sahələr
onların sorğuların yerinə yetirilməsi nəticələrinə daxil edilməsi, müvafiq çeşidləmə
üzrə tapşırıq verilməsi və yazıların secilməsi şərtlərinin muəyyən edilməsi uçun istif-
adə edilə bilər.
Sorğu blankı doldurulan zaman aşağıdakılara əməl edilməlidir:
- Sorğuda istifadə edilən sahələrin adları Поле (Sahə)
sətrinə daxil edilməli,
nəticə cədvəlinə daxil edilməli olan sahələr (ekrana çıxarılmalıdır) sətrində qeyd
edilməli, yazıların seçilməsi şərti (seçilmənin şərti) sərtində verilməli, nəticə
yazılarının çeşidlənməsi qaydasının seçilməsi ilə çeşidlənmə sətrindən götürülməlidir;
- Sorğu blankının hər bir sütunu cədvəlin müəyyən bir sahəsinə uyğun gəlir.
Burada həmcinin digər sahələrin qiymətləri əsasında qiyməti hesablanan "hesablanan
sahə" və ya Access-in qrup şəkilli funksiyalarından birini istifadə edən "yekun
sahəsi"də yerləsdirilə bilər. Cədvəllərdən lazım olan sahənin sorğunun
müvafiq
130
sütunlarına daxil edilməsi üçün sorğuların verilənlər sxemindəki cədvəl sahələrinin
siyahısından lazım olan sahənin sorğu blankının birinci sətrinə gətirilməsi kifayətdir;
-Yazıların seçilməsi şərti sorğu blankının müvafiq sətrində bir və ya bir neçə
sahələr üçün verilə bilər. Seçmə şərti sahələr üçün istifadə edilən, müqayisə operator-
larından və operandlarından ibarət olan ifadədir;
-Sorğudakı sahələr üzərində zəruri hesablamaları da aparmaq olar.
Hesablama-
ların nəticəsində sorğular üzrə cədvəldə hesablanılan sahə yaranır.
Sorğu yaratmaq üçün ilkin pəncərədən «Запросы» obyektini seçirik. Sorğuların
yaradılmasının da iki üsulu verilir:
-
Создание запроса в режиме конструктор (sorğunun layihəçi rejimində
yaradılması);
-
Создание запроса с помощью мастера ( sorğunun ustanın köməyi ilə
yaradılması);
Birinci üsuldan istifadə etdikdə açılan yeni pəncərədə sahənin adı, sorğu
yaradılacaq cədvəlin adı, çeşidləmə üsulu, ekrana verilib- verilməməsi və seçmə şərti
verilir. Bu parametrlər hər bir sahə və ya cədvəl üçün ayrılıqda yerinə yetirilir.
İkinci üsul seçildikdə sorğunun yaradılması üstanın köməyi ilə ardıcıl
mərhələlərlə yerinə yetirilir. Əvvəlcə sorğunun yaradılması üçün istinad
ediləcək
cədvəl və ya sorğu seçilir. Sonra sorğu üçün sahələr müəyyənləşdirilərək seçilir.
Növbəti mərhələyə keçilir. Bu mərhələdə ya alınmış nəticənin ekrana verilməsi, ya da
alınan sorğuda dəyişikliklər edilməsi təyin olunur. İkinci variant seçildikdə sorğunun
yaradılmasının birinci üsulunun tələbləri ekrana gəlir və proses yerinə yetirilir.
Dostları ilə paylaş: