Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


MÖVZU 11 Internet şəbəkəsi və onun xidmətləri



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə64/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   60   61   62   63   64   65   66   67   ...   94
Informatika-Muhazireler-2

MÖVZU 11
Internet şəbəkəsi və onun xidmətləri
Plan:
1. İnternetin yaranma tarixi
2. İnternetdə ünvanlaşdırma
3. İnternet xidmətləri və onun təyinatı
70-ci illərin axırlarında ABŞ-ın Müdafiyə Nazirliyi elektron şəbəkə yaratmaq
qərarına gəlir. Məqsəd hərbi qərargahlardakı kompüterlar arasında informasiya
mübadiləsi yaratmaq idi. Bu məqsədlə aparılan tədqiqatlar ABŞ-ın Perespektiv
Tədqiqatlar Layihə Agentliyi (ARPA - Advanced Research Project Agency) tərəfindən
maliyyələşdirilir və nəticədə 1968-ci ildə bu sistem yaradılır. Dünyada ilk yarımfunk-
sional hesablama şəbəkəsi ARPAnet adlanır (net- tor (set) deməkdir).
- Bu şəbəkəyə daxil olan kompüterlər eyni hüquqlu idilər. Yəni, ARPAnet-də
«baş kompüter - tabe kompüter» anlayışı yox idi.
- ARPAnet-də əsas şəbəkə protokolu kimi şəbəkələrarası IP (Internet Protocol)
protokolu qəbul edilmişdir.
Kompüterlər arasında əmr, mətn, qrafika və digər verilənlərin ötürülməsini və
qəbul edilməsi qaydalannı təsvir edən razılaşdırılmış və təsdiq olunmuş standart
şəbəkə protokolu adlanır.
IP protokolu Internet Ümumdünya şəbəkəsinin əsas protokoludur.
Şəbəkələrarası IP protokolu müxtəlif əməliyyatlar sistemləri tərəfindən idarə
olunan müxtəlif növ hesablama maşınlarını şəbəkəyə birləşdirən universal standartdır.
İndi də Internet bu protokolla işləyir.
80-cı illərin axırlarında Internet-lə əlaqə yaratmaq istəyən istifadəçi modemdən
istifadə etməyə başladı. Modem - kompüterdən göndərilən rəqəm axınını səs siqnalına
çevirən və onu adi telefon xətti ilə göndərən qurğudur. Şəbəkənin digər tərəfində səs
siqnallarını qəbul edən modem onları yenidən kompüterə göndərir. Hər bir modem
həm qəbuledici, həm də informasiya ötürücüsüdür.
Qeyd edək ki, iki kompüter arasında əlaqə sürətinin vahidi bps (bitper secund)
bir saniyədə ötürülən informasiyadakı bitlərin sayına bərabərdir.
Şəbəkələrdə müxtəlif texniki və informasiya təminatı istifadə edilir və buna görə
də şəbəkələrin abonentləri arasında hamı üçün eyni olan ümumi qaydalar qəbul
edilməlidir. Bu qaydalar təyin edilmiş standartlarda öz əksini tapır. Hər hansı bir yeni
texnologiya o zaman «qanunı statusa» malik olur ki, onun məzmunu müəyyən
standartlar çərçivəsinə daxil olsun. Belə standartlar şəbəkə protokolları adlanırlar.


 146
Internetin işləmə prinsipi:
IP protokolu verilənlərin yalnız ötürülməsini təmin edir. Bütün prosesi isə TCP
(Transmission Control Protocol) protokolu idarə edir.
TCP protokolu informasiyanı bir neçə hissəyə bölür, hər bir hissəni xüsusi
nömrələyir (sonradan informasiyanı ardıcıl birləşdirmək üçün), hər bir hissəyə «işçi»
informasiya əlavə edir və onları ayrı-ayrılıqda «IP-paketə» düzür. Bu «paket» şəbəkə
vasitəsilə göndərüir. Göndərilən sxemdə TCP və IP protokolları sıx birləşdiyinə görə
onlan TCP/IP protokolu adlandırırlar. İnternetlə göndərilən TCP/IP paketlərinin ölçüsü
1 baytdan 1500 bayta qədər olurr. Bü ölçü şəbəkənin texniki xarakteristikalarından
asılı olur.
Internet-də ünvanlaşdırma sistemi:
TCP/İP şəbəkəsində ünvanlaşdırmanın üş növü mövcuddur. Bu
ünvanlaşdırmalar aşağıdakılardır:
Qovşaqların lokal ünvanları. Bu ünvanlar qovşağın daxil olduğu ayrıca təşkil
olunmuş şəbəkəni müəyyənləşdirən texnologiya ilə təyin olunmuşdur. Lokal şəbəkədə
olan belə ünvanlar MAC ünvanlar adlandırılırlar. Belə ünvanlar unikal olmaqla,
mərkəzləşdirilmiş şəkildə idarə edilir. Lokal şəbəkələrin bütün mümkün texnolo-
giyalarında MAC ünvanlar üçün 6 baytlıq format müəyyən edilmişdir. Bunlardan 3
böyük bayt istehsalşı şirkətin identifikatoru, 3 kiçik sonrakı bayt isə istehsalçı
tərəfindən unikal olaraq təyin olunur. Qlobal şəbəkələrə daxil olan qovşaqlar üçün,
məsələn X.25 və ya frame relay şəbəkələrində lokal ünvanlar qlobal şəbəkənin
inzibatçısı tərəfindən təyin olunur. Qeyd edək ki, MAC ünvanlar fiziki ünvanlar da
adlandırılır.
İP ünvanlar və ya şəbəkə ünvanları 4 baytdan ibarət olur. Məsələn 109.26.17.
100. Bu ünvandan şəbəkə səviyyəsində istifadə olunur. İP ünvanlar iki hissədən ibarət
olur: şəbəkənin nömrəsi və qovşağın nömrəsi. Şəbəkənin nömrəsi inzibatçı tərəfindən
ixtiyari qaydada seçilə bilər və ya şəbəkə İnternetin tərkib hissəsi kimi işlədikdə
İnternetin xüsusi bölməsi tərəfindən (Network International Center, NIC) təyin olunur.
Adətən hər bir İnternet xidməti provayderləri NİC tərəfindən belə ünvanların
diapazonunu alır və sonra isə həmin diapazona daxil olan nömrələri öz abonentləri
arasında bölüşdürür.
İP protokolunda qovşağın nömrəsi həmin qovşağın lokal ünvanından asılı
olmayaraq təyin edilir. İP ünvanların şəbəkə nömrəsi və qovşağın nömrəsi arasındakı
sərhəd çevikdir və bu səbəbdən də həmin sərhəd istənilən kimi müəyyənləşdirilə bilər.
Qeyd etmək lazımdır ki, eyni bir qovşaq bir neçə İP şəbəkəyə daxil ola bilər. Belə


 147
halda qovşaq daxil olduğu şəbəkələrin sayına uyğun olaraq bir neçə İP ünvana
malik olmalıdır. Beləliklə, aydın olur ki, İP ünvan ayrıca götürülmüş kompüteri və ya
marşrutizatoru deyil, şəbəkə birləşməsini xarakterizə edir.
IP-ünvan 4 on rəqəmli identifikatordan və ya başqa sözlə desək nöqtə ilə
ayrılmış, hərəsi bir bayt aktetləldən ibarətdir.
Yuxanda qeyd edilənləri bir misal üzərində aydınlaşdıraq. Tutaq ki,
197.91.104.12 olan IP-ünvana müəyyən informasiyaya malik paket göndəririk. Yəni
paket İnternet şəbəkəsinin 197-ci alt şəbəkəsinə göndərilir ki, bu da 1-ci aktetin C
şəbəkə sinfinə aiddir. Fərz edək ki, 197-ci şəbəkə özündə 200 alt şəbəkəni birləşdirir
və bizim paket 91-inciyə göndərilir. O da özündə 150 xırda şəbəkələri birləşdirir.
Lakin biz 104 -cüyə müraciət edirik. Nəhayət, əgər 104-cü şəbəkəyə 50 kompüter
qoşulmuşdursa bizim göndərdiyimiz informasiya paketini şəbəkə sistemindəki 12
nömrəli maşın alacaq.
Internet şəbəkəsinin istifadəçiləri üçün hər bir ünvanda bu qədər rəqəmi yadda
saxlamaq çətindir. Bu səbəbdən mütəxəssislər istifadəçilərin işini asanlaşdırmaq
məqsədələ ünvanların yaradılmasmda «adların domen sistemi»indən istifadə etdilər.
DNS-adların domen sistemi. Simvolla verilmiş identifikator- ad, məsələn
SERV1. İBM. COM şəklində verilə bilər. Bu ünvan inzibatçı tərəfindəm müəyyənləş-
dirilir və bir neçə hissədən ibarət olur. Burada kompüterin adı, təşkilatın adı, domenin
adı göstərilir. Ona görə də belə ünvanlara DNS adlar da deyilir və onlar tətbiqi
səviyyədə istifadə edilirlər.
Domain Name System (DNS)- Internetdə işləmə prosesində istifadəçilərin işini
asanlaşdırır. Bu zaman kompüterlərə müraciət zamanı xostun rəqəm ünvanlarını yadda
saxlamaq lazım gəlmir. Ad ünvanları daha asan yadda qalır. DNS ünvanı üç hissəyə
(necə ki, ev ünvanlarında küçə, şəhər, ölkə və s.) bölünür. Ad ünvanının formasına
nəzər yetirək.
İstifadəçi@ qovşaq kompüteri, altdomen, I səviyyəli domen. İstifadəçi – bu
istifadəçinin adıdır. Məsələn, ELM @ - kommersiya işarəsi istifadəçinin adını qovşaq
kompüterin adından ayırır. Ünvanın 2-ci hissəsi (@ işarəsindən sonra) istifadəçinin
Internetə qoşulduğu kompüterin ünvanını göstərir. Kompüter ünvanı bir-birindən
nöqtə ilə ayrılan bir neçə hissədən ibarətdir.
ABS-da I səviyyəli domen üçün 6 variant istifadə edilir.
EDU- təhsil idarələri;
MIL- hərbi müəssisələr;
GOV- dövlət təşkilatları;
NET – şəbəkə;


 148
COM – kommersiya təşkilatları;
ORG - təşkilatlar.
Digər ölkələrdə I səviyyəli domen kimi həmin ölkənin kodu istifadə olunur. Məs:
ch-Isveçrə, fr-Fransa, ca-Kanada, de-Almaniya, ru-Rusiya, az-Azərbaycan.
Paketlərin öturulməsi və ünvanlara çatdırılması TCP/IP-protokolları vasitəsilə
yerinə yetirüir. Əgər hər hansı bir verilənlər paketi istifadəçiyə vaxtmda çatdırılmırsa
TCP informasiyanın göndərilməsini (lazımi yerə düzgun və itgisiz çatdırılana qədər)
təkrarlayır. TCP-də qurulan verilənlərin öturulməsinin diizgünlüyünə nəzarət edən
alqoritmlər bu problemləri həll edir.
İnformasiyanın itgisiz ötürürülməsinin nəzarət mexanimi belədir: hər bir göndə-
rilən paketin başlığında nəzarət cəmi yazılır. Bu göndərən kompüter tərəfindən təyin
edilir. Qəbul edən kompüter eyni sistem əsasında nəzarətedici cəmi hesablayır və onu
paketin başlığında yazılmış rəqəmlə müqayisə edir. Əgər rəqəmlər üst-üstə düşmürsə
TCP ötürməni təkrar edir.
İnformasiya paketləri göndərilərkən TCP protokolu qəbul edici kompüterdən
informasiyanı qəbul etdiyini təsdiq edən xəbər tələb edir. Beləliklə, TCP iki istiqa-
mətdə infomasiya mübadiləsini təmin edir ki, bu da informasiyanın yüksək sürətlə
translyasiya olunmasma səbəb olur.
Internet - çoxlu sayda kompüterlərdən, kabellərdən, marşrutizatorlardan və
şəbəkədə əlaqəni və işi təmin edən proqram təminatlarından ibarət şəbəkə sistemidir.
İnternet üç əsas komponentdən ibarətdir:

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin