156
ötürülən informasiyanın tamlığının pozulmasına təhdidlər onun dəyişdirilməsinə və
ya təhrifinə yönəlib ki, bunlar da onun keyfiyyətinin pozulmasına və tam məhvinə
səbəb ola bilər. İnformasiyanın tamlığı bədniyyətli tərəfindən qəsdən və ya sistemi
əhatə edən mühit tərəfindən obyektiv təsirlər nəticəsində pozula bilər. Bu təhdid
informasiyanın ötürülməsi sistemləri – kompüter şəbəkələri və telekommunikasiya
sistemləri üçün xüsusilə aktualdır.
İş qabiliyyətinin (xidmətdən imtina) pozulması təhdidləri elə situasiyaların
yaranmasına yönəlib ki, bu zaman müəyyən qəsdli hərəkətlər ya sistemin iş qabiliy-
yətini aşağı salır, ya da sistemin müəyyən resurslarına girişi bağlayır.
Bundan savayı təhdidlər digər əlamətlərinə görə də təsnif oluna bilərlər:
- Vurulmuş ziyanın kəmiyyətinə görə (müflis, əhəmiyyətli, cüzi);
- Baş vermə ehtimalına görə (çox ehtimallı, ehtimallı, az ehtimallı);
- Meydana çıxma səbəblərinə görə (təbii fəlakətlər, qəsdli hərəkətlər);
- Vurulmuş ziyanın xarakterinə görə (maddi, mənəvi);
- Təsir xarakterinə görə (aktiv, passiv);
- Obyektə münasibətinə görə (daxili, xarici).
Daxili və xarici təhdidlərin nisbətini təqribi olaraq belə xarakterizə etmək olar:
- Təhdidlərin 80 %-i təşkilatın öz işçiləri tərəfindən və ya onların bilavasitə və ya
dolayısı yolla iştirakı ilə baş verir.
- Təhdidlərin 20 % - i kənardan icra olunur.
Kompüter şəbəkələrinin uğradığı təhdidlər üzərində xüsusi dayanmaq lazımdır.
İstənilən kompüter şəbəkəsinin əsas xüsusiyyəti kompüterlərin ərazidə (fəzada) pay-
lanmasıdır. Şəbəkənin qovşaqları arasında əlaqə fiziki olaraq şəbəkə xətləri vasitəsilə,
proqram yolu ilə, məlumatlar mexanizmi ilə həyata keçirilir. Bu zaman şəbəkənin
qovşaqları arasında göndərilən idarəedici məlumatlar və verilənlər mübadilə paketləri
şəklində ötürülür. Kompüter şəbəkələri onunla xarakterikdir ki, onlara qarşı uzaq
məsafədən hücumlara təşəbbüslər edilir. Pozucu hücum edilən obyektdən minlərlə
kilometr məsafədə ola bilər, bu zaman nəinki konkret kompüter, həmçinin şəbəkə
kanalları ilə ötürülən informasiya hücuma məruz qala bilər.
Dostları ilə paylaş: