Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 406,25 Kb.
səhifə9/69
tarix23.11.2022
ölçüsü406,25 Kb.
#70001
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   69
referat 1776

Universal hesablama maşını aşağıdakı qurğulardan ibarət olmalıdır:
-riyazi və məntiqi əməliyyatları yerinə yetirən hesab-məntiq qurğusu;
-proqramın icra olunma prosesini təşkil edən idarəetmə qurğusu;
-verilənləri və proqramları yaddaşında saxlaya biləcək yaddaş qurgusu.
Hesablama maşınrnın yaddaşında təhlil edilmiş verilənlərin və ya proqramların saxlanılmasından ötrü yaddaşın yuvalarını nömrələmək nəzərdə tutulurdu və bununla yanaşı digər qurğuların da yaddaşa müraciəti sadələşdirilməli idi.
İstənilən xarici qurğudan maşının yaddaşına proqram daxil edilir. İdarəetmə qurğusu yaddaşdakı proqramı nəzərə alaraq onun icra olunmasını təşkil edir. Daxil edilmiş əmrlərə uyğun olaraq riyazi-məntiqi qurğu riyazi və məntiqi hesablamaları yerinə yetirir. Beləliklə hesablama maşını insanın köməyi olmadan hesablama işlərini həyata keçirir.
EHM-lərin aşağıdakı nəsilləri var:
Elektron lampalar üzərində qurulmuş bütün hesablama maşınlarını birinci nəslə aid edirlər. Bu nəsil hesablama maşınları 1945-1950-ci illəri əhatə edirlər.
1948-ci ildə tranzistorun ixtira edilməsi, bir neçə il sonra, təxminən 1955-ci ildə tranziızistorlar üzərində qurulmuş ikinci nəsil elektron hesablama maşınlarının yaranmasına gətirib çıxarmışdır.
Üçüncü nəsil hesablama maşınları 1960-68-ci illəri əhatə edir. 1964-cü ildən başlayaraq inteqral sxemlərin əsasında qurulmuş hesablama maşınlarını üçüncü nəslə aid etmək olar. İnteqral sxemlərin hesablama texnikasında istifadəsi hesablama maşınlarının ölçülərinin kiçilməsinə, etibarlığının artmasına, tələb etdiyi enerjinin azalmasma və s. texniki göstəricilərinin yaxşılaşdırılmasına səbəb oldu.
1971-ci ildə ABŞ-da və digər inkişaf etmiş kapitalist ölkələrində yeni inteqral sxemlərdən istifadə etməklə EHM-lər ixtira olunur. Belə inteqral sxemlerin daxilində onlarla, yüzlərlə, hətta minlərlə tranzistor elementi yerləşdirmək mümkün olur. Onlara texnikada böyük inteqral sxemlər (BİS) deyirlər. BİS-in yaranması yeni nəsil - dördüncü nəsil hesablama maşınlarının, mikroEHM- (mikrokompüterlərin) yaranmasına səbəb oldu.
Keçən əsrin sonuncu onilliyində inkişaf etmiş kapitalist ölkələrində beşinci nəslə aid hesablama maşınları barəsində müxtəlif layihələr irəli sürülmüş və işlənib hazırlanmışdır. Ümumiyyətlə, bu nəsil hesablama maşınlarının yaradilması layihəsi 1979-cu ildə Yaponiya mütəxəssisləri tərəfindən irəli sürülmüşdür. Sonrakı illərdə belə layihələr ABŞ və Qərbi Avropa ölkələrində də işlənib hazırlanmışdır. Beşinci nəsil hesablama maşınlarının istifadəçi ilə öz aralarında yeni münasibət yaradacaqları nəzərdə tutulmuşdur.
Bu nəsil elektron hesablama maşınları keçən əsrin 90-cı illərində yaradılmışdır və təkmilləşdirilməkdə davam etdirilir. Beşinci nəsil hesablama maşınlarında biliklərin səmərili işlənməsi sisteminin yaradılmasına imkan verən onlarla paralel işləyən mikroprosessorlardan, həmçinin eyni zamanda onlarla əmr proqramlarını həyata keçirə bilən paralel (vektor) quruluşlu daha mürəkkəb mikroprosessorlardan geniş istifadə edilmişdir.
Gələcəkdə altıncı nəslə aid hesablama maşınlarının hazırlanması və, tətbiqi nəzərdə tutulmuşdur. Belə hesablama maşınlarında müasır, kompüterlərin imkanla­rından kənarda olan, həll edilməsi çətinlik törədən bütün məsələlərin həll olunması nəzərdə tutulur.
Altıncı nəsil hesablama maşınları öptık-elektron elementləri bazası üzərində qurulacaq və onların işləmə sürəti çox böyük olacaqdır. Onların işləməsi üçün lazım olan enerjini elektronlardan daha sürətli olan fotonlar həyata keçirəcəkdir.
Altıncı nəsil kompüterlər təbii dili başa düşməlidir. Bunun üçün onların "çox şeyi bilmələri və bacarmaları" lazımdır. Biliklərə malik olaraq onları işləyib təhlil etmək, istifadəçinin istənilən sorğusuna ləngimədən və ətraflı cavab vermək və s. üçün kompüterlerin işləmə sürətlərinin yüksək olması vacibdir. Mütəxəssislər tərəfindən təxmini hesablanmışdır ki, yerinə yetirəcək bütün işləri dəqiq həyata keçirməkdən ötrü onlar bir saniyədə trilyonlarla əməliyyatı (müasir dövrdə istifadə edilən fərdi kompüterlərdən milyonlarla dəfə çox) aparmalıdırlar. İntellektual, yəni şüurlu kompüterlərin yaradılması üçün də ciddi elmi tədqiqatlar aparılır. Kompüterlərin şüurunu insanın şüurundan fərqləndirməkdən ötrü onu süni intellekt adlandırmaq qəbul olunmuşdur. Altıncı nəsil kompüterlərdə informasiyanın işlən­məsinin insan beynində olduğu kimi həyata keçirilməsi məsələsi tədqiqatçılar arasında böyük marağa səbəb olmuşdur. Nəticədə çox mikroprosessorun («neyron»un) birgə işləyəcəyi kompüterlərin yaradılması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, mikroprosessorların informasiyanı təhlil etmə sürətləri neyronunkuna nisbətən aşağı olmasına baxmayaraq onlarm birgə işləməsi nəticəsində hazırlanacaq kompüterlərin məhsuldarlığını xeyli artırmaq mümkün olacaqdır. Bu nəslə aid olan optik elementlər əsasında yaradılan kompüterlərə də böyük ümüdlər bəslənilir. Elmi tədqiqatlar əsasında nəzəri hesablamalar göstərir ki, optik kompüterlər bir saniyə ərzində yüzlərlə trilyon əməliyyat yerinə yetirə biləcəklər. Belə kompüterlərdə ən mürəkkəb məsələləri həll etmək mümkün olacaqdır. Bu nəslə aid hazırlanan kompüterlərdə digər istiqamət molekulyar biologiyanın tətbiqi ilə bağlıdır. Belə kompüterlərin tərkibində molekulyar və molekul qruplarından istifadə etmək nəzərdə tutulmuşdur.
Müasir hesablama sistemlərini əsasən üç böyük sinfə bölmək olar:

  1. Mini EHM-ları (buraya fərdi kompüterlər də daxildir).

  2. Meynfreymlər.

  3. Superkompüterlər.

Mini EHM-ları, daha doğrusu fərdi kompüterlərlə ayrıca tanış olacağıq.
Meynfreymlər mürəkkəb bahalı maşınlar olub elmi-texniki məsələlərin geniş sinfinə aid məsələlərin həllində istifadə edilir. Onlardan 200-300 və daha çox işçi yeri olan sistemlərdə istifadə edilməsi məqsədəuyğundur. Meynfreymlərdə verilənlərin emalı kliyent-server yanaşması ilə paylanmış emaldan 5-6 dəfə ucuz başa gəlir. Meynfreymlərə misal olaraq İBM şirkətinin istehsalı olan məşhur S/390 meynfreymini göstərmək olar. Bu meynfreymlər adətən 3-dən az olmayan prosessorlarla təmin olunur. Bu maşınların operativ saxlama tutumu 342 Terabaytdır. Bu maşınlarda prosessorların məhsuldarlığı, kanalların keçiricilik qabliyyəti və operativ saxlama tutumu yeni prosessor platalarının, əməli yaddaşın modullarının əlavə edil­məsi ilə işçi yerlərin 20-200000 diapazonunda artırılmasına imkan verir.
Qeyd etmək lazımdır ki, onlarca meynfreymlər eyni bir məsələnin həlli məqsədilə bir əməliyyat sisteminin idarəsi altında birgə işləyə bilər.
Superkompüterlər ifratcəld işləyən, çoxprosessorlu və ümumi yaddaşa və ümumi xarici qurğular sahəsinə malik çoxmaşınlı kompleksdir. Superkompüterlər çox bahalıdırlar. Superkompüterlərin arxitekturası paralelizm və hesablamaların konveyr­ləşməsi ideyalarına əsaslanır. Bu maşınlarda multiprosessor emalından (paralel olaraq eyni zamanda çoxlu sayda oxşar əməliyyatların yerinə yetirilməsi) istifadə edilir. Hal-hazırda superkompüterlərin ən geniş yayılmış növü kütləvi-paralel kompüterlər sistemi növüdür. Bu tipdən olan orta sinfə aid İntel Pro 200 superkompüterini misal göstərmək olar. Bu kompüter 9200 ədəd 200 Mhs-lik Pentium Pro prosessoruna, 537 QB əməli yaddaşa və 2,25 TB tutumlu disklərə malikdir. Sitem 44 ton çəkiyə malikdir.
Superkompüterlər mürəkkəb və iri həcmli idarəetmə, kəşfiyyat, informasiyanın mərkəzləşdirilmiş saxlanması kimi məsələlərin həlli üçün istifadə edilir.
EHM-larının təsnifatında da qeyd olunduğu kimi hal-hazırda ən geniş istifadə olunan EHM-ları fərdi EHM-larıdır. Başqa sözlə kompüterlər müasir həyatın müxtəlif sahələrində geniş tətbiq imkanlarına malikdir.
Kompüterlər yalnız xarici ölçülərinə görə deyil, eyni zamanda funksional imkanlarına görə də bir-birindən fərqlənirlər.
Fərdi kompüterlərin quruluşu aşağıdakı kimidir:

  • əsas aparat hissəsini özündə birləşdirən sistem bloku. Bloka qida bloku, ana lövhə (ana plata), mikriprosessor, mikrosxemlər, yaddaşlar, sərt disk, elastiki (yumşaq) disk sürücüsü, CD ROM, DVD və s. daxildir;

  • Mətn və qrafik məlumatı özündə əks etdirən monitor (displey);

  • Istifadəçi tərəfindən istənilən informasiyanı fərdi kompüterə daxil etmək üçün əlaqə qurğusu olan klaviatura;

  • Monitorun ekranı üzərində yerləşən xüsusi göstərici- kursoru ekran boyu istənilən istiqamətdə hərəkət etdirən MOUSE qurğusu;

  • Fərdi kompüterin periferiya qurğuları (əlavə qurğular)- printer, skaner, plotter, strimmer, rəqəmli kamera və s.

Fərdi kompüterlər masaüstü, portotiv kompüterləri kimi bölünürlər.

Yüklə 406,25 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin