Mövzu 1 İqtisadiyyatın ən sadə dərki. Ekonomiya. Xrematistika


İqtisadi nəzəriyyə yaranana qədərki iqtisadi fikir



Yüklə 59,22 Kb.
səhifə2/5
tarix16.12.2023
ölçüsü59,22 Kb.
#182762
1   2   3   4   5
iqtisadiyyata giriş qısaltma 1

3.İqtisadi nəzəriyyə yaranana qədərki iqtisadi fikir.
4.İqtisad elminin yaranması və inkişafının əsas mərhələləri
İlk iqtisadi fikirlər hələ iqtisadi nəzəriyyə yaranana qədər, xeyli qədimdə insanların təsərrüfat fəaliyyəti ilə bağlı baxışlarda özünü göstərir. Aydındır ki, o dövrdə sistemləşdirilmiş iqtisadi təlimlər mövcud ola bilməzdi. Lakin ayrı-ayrı mütəfəkkirlərin əsərlərinə müəyyən iqtisadi anlayışlar, bəsit iqtisadi fikirlərə rast olunur. İqtisadi fikir sonrakı inkişafını Qədim Yunanıstan və Romada görkəmli filosofların Ksenofont, Aristotel, Platon, Katonun əsərlərində görmək olar. Bu əsərlərdə mübadilə, ticarət, qiymət təsərrüfatın təşkili haqqında dəyərli fikirlər əks olunmuşdur.
İqtisadi nəzəriyyənin bir elm kimi formalaşmasına qədər orta əsrlərdə qədim Şərqin görkəmli filosofları İbn Sina (870-1037), İbn Xaldun (XIV əsr), böyük Azərbaycan alimi N.Tusi (XIII əsr) və başqalarının əsərləri xüsusilə qeyd edilməlidir. XV-XVII əsrlərdə Avropada kapitalizmin yaranması ilə təsərrüfatda baş verən yeniliklər ozamanın iqtisadi fikrinin inkişafına təkan verdi. İqtisadi biliklərin sistemləşdirilməsinə təşəbbüs göstərən merkantilist və fiziokratlar məktəblərinin yaranması və inkişafı sonralar klassik siyasi iqtisadın nümayəndələri A.Smit və D.Rikardonun əsərlərində iqtisad elminin formalaşmasına səbəb oldu
.
5.Müasir iqtisad elminin istiqamətləri.
Müasir iqtisadi nəzəriyyə dedikdə XIX əsrin sonu XX əsrin əvvəllərindən yaranan elmi cərəyanlar nəzərdə tutulur. XIX əsrin sonlarında geniş yayılmış klassik və marjinalist nəzəriyyələrin vahid konsepsiyada birləşdirilməsi zərurəti yarandı. İlk dəfə bu problem neoklassik məktəbin banilərindən biri A.Marşalın əsərlərində dərindən təhlil edilir. Beləliklə neoklassik məktəb yaranır, sonrakı dövrlərdə yaranmış də eynsçilik və institusional-sosioloji məktəblər müasir iqtisad elminin əsas istiqamətlərinə aiddir. Neoklassiklər bazar mexanizminin tənzimləyici roluna daha çox əhəmiyyət verməklə iqtisadiyyata dövlət müdaxiləsinin məhdudlaşdırılması tərəfdarları idi. Bu nəzəriyyənin tərəfdarları kimi o dövrdə monetarist, neoliberalist və Başqa cərəyanlar yarandı. Lakin 1929-1933-cü illərin ümumdünya böhranı iqtisadiyyata bazarın tənzimləyici mexanizm olması haqqında fikirləri inkar etdi. əsrin 30-cu
XX əsrin 30-cu illərində J.Keyns dövlətin iqtisadiyyata müdaxiləsinin zəruriliyini əsaslandıran təlim yaratdı. Bu müasir iqtisad elminin ikinci istiqamətinin keynsçiliyin yaranması idi. Keynsin təlimi bir çox alimlərin əsərlərində makroiqtisadi tənzimləmə nəzəriyyələri kimi geniş yayılmışdır.
Müasir iqtisad elminin üçüncü istiqaməti institusionalizmin banisi T.Veblen sayılır. İnstitusionalistlər iqtisadiyyatda sosial amillərin təsirinə xüsusi yer verirlər. Onlar sosial, mədəni, texniki, texnoloji amillərin iqtisadiyyatla funksional asılıqda olduğunu iddia edir və cəmiyyətin fəaliyyətini institutların inkişafı kimi təhlil edilməsini zəruri hesab edirlər. Müasir dövrdə institusional sosioloji istiqamət iqtisad elminin ən geniş yayılmış cərəyanlarından hesab edilir.
Son illərdə iqtisad elminin inkişafında iqtisadi artım, neokonstitusional, iqtisadi qlobalizm və başqa elmi cərəyanların yayılması da müasir istiqamətlərə aid edilir

Yüklə 59,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin