Mövzu 1 Marketinqin sosial-iqtisadi mahiyyəti və nəzəri-metodoloji əsaslari Plan


Özünüyoxlama sualları və tapşırıqlar



Yüklə 1,17 Mb.
səhifə22/92
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#35567
1   ...   18   19   20   21   22   23   24   25   ...   92
C fakepathMühazir l r - texniki marketinq

Özünüyoxlama sualları və tapşırıqlar

1. Marketinq tədqiqatların məzmununu və istiqamətlərini izah edin. Mar­ke­tinq tədqiqatlarının aparılmasının zəruriliyi nə ilə əlaqədardır?

2. İstehlakçıların tipologiyasına və tələblə təklif arasındakı nisbətə görə bazarın hansı formaları vardır? Satıcılar və alıcılar bazarının fərqlərini izah edin.

3. Marketinq tədqiqatlarının subyektlərinə kimlər daxildir?

4. Marketinq tədqiqatlarının aparılmasının mərhələlərini və hər bir mərhələnin məzmununu izah edin.

5. Kəşfiyyat tədqiqatlarının məqsədi nədən ibarətdir? Kəşfiyyat təd­qiqatları, təsviri tədqiqatlar və kauzal tədqiqatların fərqlərini izah edin.

6. Marketinq tədqiqatlarında hansı tip informasiyadan istifadə edilir? Təkrar informasiyaya hansı informasiya aiddir? Təkrar informasiyanın mənbələrini izah edin.

7. İlkin informasiyanın toplanmasının hansı metodları mövcuddur? İlkin informasiyanın toplanmasının hər bir metodunun üstünlüklərini və çatışmazlığını izah edin.

8. İstehlakçı davranışı dedikdə nə başa düşürsünüz? İstehlakçı davra­nışının öyrənilməsi hansı modelə əsaslanır?

9. Son istehlakçıların davranışına təsir edən amillər hansılardır? Son istehlakçıların mürəkkəb satınalma qərarları qəbul etməsi prosesini izah edin.

10. İşgüzar istehlakçılar bazarının davranışına hansı amillər təsir edir? İşgüzar istehlakçıların satınalma qərarlarının qəbulu prosesində hansı şəxslər iştirak edir? İşgüzar istehlakçıların mürəkkəb satınalma qərarları qəbul etməsi prosesinin mərhələlərini izah edin.

11. Son istehlakçıların davranışı ilə işgüzar istehlakçıların davranışı­nın oxşar və fərqli tərəflərini izah edin.

12. Bazarın seqmentləşdirilməsinin mahiyyəti nədən ibarətdir? Baza­rın seqmentləşdirilməsinin məqsədini izah edin.

13. Məqsəd bazarı hansı bazarlardır? Məqsəd bazarının seçilməsi prosedurunu izah edin.

14. Məqsəd bazarının tutumu dedikdə nə başa düşürsünüz? Məqsəd bazarının tutumu necə hesablanılır?


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin