Mövzu 1 Marketinqin sosial-iqtisadi mahiyyəti və nəzəri-metodoloji əsaslari Plan



Yüklə 1,17 Mb.
səhifə45/92
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#35567
1   ...   41   42   43   44   45   46   47   48   ...   92
C fakepathMühazir l r - texniki marketinq

1) Ənənəvi marketinq sistemində satış kanalının hər bir səviyyəsinin işti­rakçısı maksimum mən­fəət əldə etməyə çalışan müstəqil təşkilat kimi fəaliyyət göstərir və bu işti­rak­çı­lardan heç biri kanalüzərində tam nəzarətə malik olmur.

2) Şaquli marketinq sistemində kanalın hər bir səviyyəsinin iştirakçısı kanalın ümu­mi məq­sə­dinə nail olmaq, onun effektliliyini artırmaq, istehsal və satış xərclə­ri­ni azaltmaq məq­sədilə tam sistem kimi fəaliyyət göstərirlər. Bu məqsədlə onlar öz fəa­liyyətlərini əlaqələndirir və inteqrasiya edirlər. Bu sistemdə kanalın li­de­ri adlan­dırılan iştirakçı (istehsalçı və ya vasitəçilərdən biri) fəaliyyətin əlaqələndi­ril­məsi səlahiyyətini öz üzərinə götürür və kanala nəzarət edir.

Marketinq kanalına hansı iştirakçının nəzarət etməsindən və iştirak­çılar arasın­da­kı əlaqənin formasından asılı olaraq şaquli marketinq siste­minin üç forması: a) kor­­porativ şaquli marketinq sistemi, b) kontrakta (müqavi­ləyə) əsaslanan şaquli mar­ke­tinq sistemi və c) inzibati (idarə olunan) şaquli marketinq sistemi mövcuddur.



a) Korporativ marketinq sistemində satış kanalı bütünlükdə onun hər hansı səviy­yəsi­nin iştirakçısının birinə - ya istehlakçıya, ya da vasitəçilər­dən birinə məxsus olur və ya iştirakçıların biri digər iş­ti­rak­çıların nizam­namə kapitalında müəyyən paya malik olur.

b) Kontrakta əsaslanan şaquli marketinq sistemində satış kanalının işti­rakçıları fəaliyyətlərini rəsmi kontraktlar (müqavilələr) əsasında əlaqələn­dirir və inteqra­siya edirlər. İştirakçılar arasında bağlanan kontraktda onla­rın hər birinin məsu­liyyəti, hüquq və öhdəlikləri ətraflı göstərilir.

e) İnzibati (idarə olunan) şaquli marketinq sistemində kanalın səviyyəsi­nin iştirak­çı­larından hər hansı biri ticarət markasına (və ya özünün nüfu­zuna), idarəetmə sahəsində təcrü­bə­si­nə və bu kimi digər amillərə əsaslan­maqla kanala nəzarəti və kanal iştirakçılarının fəa­liyyətinin əlaqələndiril­məsini öz üzərinə götürür. Bu sis­tem­də kanalın heç bir iş­tirakçısı digərləri­nin nizamnamə kapitalında paya malik ol­mur, iştirakçılar arasın­da heç bir rəsmi saziş və ya müqavilə bağlanmır.

3.Üfüqi marketinq sistemində satış kanalının eyni bir səviyyəsinin işti­rakçıları hər hansı bir problemlərini həll etmək və ya yaranmış marketinq imkanlarından istifadə etmək məqsədilə müxtəlif sahələrdə əməkdaşlıq edir və ya fəaliyyətlərini əlaqələndirirlər.


7.2. Satış kanallarının iştirakçılarının ümumi xarakteristikası


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin