Mövzu 1 Marketinqin sosial-iqtisadi mahiyyəti və nəzəri-metodoloji əsaslari Plan


Marketinq bölməsinin müəssisənin digər şöbə və bölmələri ilə əlaqəsi



Yüklə 1,17 Mb.
səhifə67/92
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#35567
1   ...   63   64   65   66   67   68   69   70   ...   92
C fakepathMühazir l r - texniki marketinq

11.4. Marketinq bölməsinin müəssisənin digər şöbə və bölmələri ilə əlaqəsi
Marketinq bölməsinin istehsal-texniki şöbə ilə qarşılıqlı əlaqəsi. Bu bölmələr arasındakı əlaqələrin xarakteri və istiqaməti istehsal edilən və gə­ləcəkdə istehsal ediləcək məhsulların bazarın, istehlakçıların tələbatına uyğunlaşdırılması zəruriliyindən irəli gəlir. Buna uyğun olaraq marketinq xidmətilə istehsal-texniki bölmənin qarşılıqlı əlaqəsi aşağıdakı fəaliyyət sahələrini əhatə edir:

1. İstehsal ediləcək məhsul çeşidinin müəyyənləşdirilməsi. Marketinq böl­məsi istehsal ediləcək məhsul çeşidinə dair təkliflər hazırlayır və onları istehsal-texniki şöbəyə təqdim edir. İstehsal-texniki şöbə isə verilmiş tək­lifləri təhlil edir, məhsulun çertyojlarını, eskiz­lərini və nümunələrini hazır­layır, məhsu­lun müəssisəyə neçəyə başa gələ­cəyini müəyyənləşdirir və bunların əsasında müəssisənin məhsul çeşidinə dair birgə qərar qəbul edir.



  1. Məhsul çeşidilə istehsal güclərinin uyğunlaşdırılması. Həm mar­ke­tinq, həm də istehsal-texniki şöbənin işçiləri mövcud istehsal güclə­rinin tam yüklən­məsini təmin etməyə çalışmalıdırlar və buna görə də mənafeləri uyğun gəlmə­dik­də kompromisə getməlidirlər.

  1. Müəssisənin istehsalat sahəsindəki təcrübəsindən və mühəndis-tex­niki heyətin biliyindən istifadə edilməsi. Digər amillərin bərabərliyi şərai­­tində ənənəvi, işçi heyətinin bilik və təcrübəsinin imkan verdiyi məh­sullar istehsalına üstünlük verilməlidir.

  2. Standartlaşdırma. Həm marketinq, həm də istehsal-texniki şöbə­nin işçiləri istehlakçıların tələbatının ödənilməsini təmin edən yeni və ənə­nəvi məhsulların istehsalı zamanı standart komponentlərdən, materiallar­dan, texnologiyadan və s. istifadə edilməsi üzrə axtarışlar aparmalı, təd­birlər hazırlamalı və həyata keçirməlidirlər.

  3. Məhsulun keyfiyyəti.

  4. Texniki tədqiqatların aparılması.

Marketinq xidmətinin plan-iqtisad şöbəsilə qarşılıqlı əlaqəsi. Bu struk­tur bölmələri arasındakı qarışılıqlı əlaqələrin istiqaməti və xarakteri plan­laş­dırma sahəsində əməkadaşlığın xarakterilə müəyyən edilir. Müəssi­sənin marketinq bölməsi aparılmış marketinq tədqiqatlarının nəticələrini və müəssisənin inkişafına dair təklif və tövsiyələrini, gələcəkdə istehsal edil­mə­si planlaşdırılan məhsulların çeşidini və marketinq fəaliyyətinə aid olan digər məlumatları; bütünlükdə müəssisə, həmçinin onun ayrı-ayrı strateji təsərrüfat vahidləri və məhsulları üzrə tərtib etdikləri strateji və illik mar­ketinq planlarını və bu planlara dəyişiklikləri plan-iqtisad şöbəsinə tə­qdim edir və onlarla birlikdə müəssi­sə­nin fəaliyyətinin planlaşdırılması üçün zəruri olan informasiyanı toplayır və ümumiləşdirir və müəssisənin inkişaf perspektiv­lə­rini müəyyənləşdirirlər.

Marketinq xidmətinin mühasibat-maliyyə şöbəsilə qarşılıqlı əlaqəsi. Marketinq bölməsi marketinq fəaliyyətinin həyata keçirilməsilə əlaqədar olan xərcləri hesablayır, bütünlükdə müəssisə, onun ayrı-ayrı strateji təsər­rüfat vahidləri və məhsullar üzrə marketinq büdcəsini (smetasını) tərtib edir, satışdan əldə edi­lə­cək mənfəətin məbləğini müəyyən edir və marketin­qin maliyyələşdi­ril­məsinə aid digər sənədləri hazırlayır, marketinq xərcləri­nin, məhsul satışının, gəlirlərin və mən­fəə­tin uçotunu aparır, mənfəətlə xərclərin və mənfəətlə satışın həc­mini müqayisə edir, gəlirlər və ziyan ba­lansı tərtib edir və bu sənədləri rəhbərliyə təqdim edirlər.

Mühasibat-maliyyə şöbəsi isə marketinq fəaliyyətinin maliyyələşdiril­mə­sini həyata keçirir, onun üçün maliyyə vəsaitləri ayırır, marketinq fəa­liyyətinə çəkilən xərclərin mühasibat və operativ uçotunu aparır, vəsaitlə­rin xərclən­mə­si üzərində nəzarət edir, marketinq xidməti tərəfindən tərtib edilmiş gəlirlər və ziyanlar balansını müəssisənin balansının tərtib edilmə­sində nəzərə alır. Bundan başqa mühasibat-maliyyə şöbəsi maliyyələş­dirmə, mühasibat və operativ uçotun təşkili və aparılmasına dair marke­tinq xidməti işçilərinə tövsiyələr və məslə­hət­lər verir və s.



Marketinq bölməsinin hüquq şöbəsilə qarşılıqlı əlaqəsi.Hüquq şöbə­sinin işçiləri marketinq bölməsi ilə birlikdə müəyyən fəaliyyət növlərinin hə­yata keçirilməsində, xüsusən də idxal-ixrac əməliyyatlarının yerinə yeti­rilməsində, məhsulgöndərmələrə dair müqavilələrin bağlanmasında iştirak edir; marketinq bölməsini maraqlandıran qanunların, qanunvericilik aktla­rının və hüquq nor­ma­la­rın tələblərini və onların tətbiqi qaydalarını onlara izah edir və marketinq xidməti işçilərinin hüquqi savadının artırılması üzrə tədbirlər həyata keçirir və müəyyən məsələlər üzrə onlara məsləhət və töv­siyələr verirlər.

Marketinq bölməsi isə hüquq şöbəsinin işçilərinə marketinq fəaliyyə­tinə dair izahlar və məsləhətlər verirlər.



Marketinq xidmətinin kadrlar şöbəsilə qarşılıqlı əlaqəsi. Marketinq böl­məsi kadrlar şöbəsi ilə birlikdə ştat cədvəlini və hər bir ştatın vəzifə tə­limatlarını hazırlayır, onların səlahiyyət və məsuliyyətini müəyyən edir, yüksək ixtisasa və biliklərə, istehlakçı ilə ünsiyyət yaratmaq bacarığına malik olan işçilər axtarır, onlarla sorğular aparır, onları müxtəlif testlərdən keçirir və bunların nəticəsindən asılı olaraq onları işə qəbul edir, onları tə­limatlandırırlar, işçilərinin ixtisasının artırılmasına və yeni ixtisaslara yiyə­lənməsi üzrə tədbirlər hazırlayır və həyata keçirirlər, işçilərin mükafatlan­dırılması və vəzifələrinin artırılmasına dair rəhbərliyə təkliflər verirlər.

Müəssisənin marketinq xidməti kadrlar şöbəsinə kadrlara olan tələ­bat haq­qın­da, marketinq fəaliyyətinin xarakteri və xüsusiyyətləri, bu sa­hədə işləyən mü­tə­xəssislərin ixtisaslarına, bilik və bacarıqlarına, hansı işləri yerinə yetirəcəyi haq­da məlumatlar verir və bu sahədə onların biliklərinin artırılması üzrə tədbirlər həyata keçirirlər.




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin