Funksional yanaşmada marketinq fəaliyyətində qarşıya qoyulan məqsədə çatmaq üçün yerinə yetirilən tədbirlər kompleksi və onların ardıcıllığı başa düşülür. Bu yanaşma metodunun əsas mərhələsi girişin, prosesin və çıxışın müəyyən edilməsidir. Marketinq sisteminin girişini istehlakçıların tələbatları, alış motivləri, davranışları, marketinqin ətraf mühitini xarakterizə edən amillər, marketinq stimulları və s. haqqında informasiya təşkil edir. Marketinqin çıxış informasiyası isə menecerlərin və alıcıların tələbatından asılı olaraq müxtəlif tip informasiyalar ola bilər. Giriş və çıxış marketinq sisteminin ətraf mühitlə əlaqəsini xarakterizə edir.
Struktur yanaşma metodunda isə sistem statistikada öyrənilir, başqa sözlə desək, onun tərkib hissələri və elementləri arasında qarşılıqlı əlaqə öyrənilir. Bu yanaşma metodu real, mövcud sistemləri tədqiq edərkən tətbiq edilir.
Hər bir sistem sinerqizm effektinə malikdir. Sinerqizm effektinin mahiyyəti ondan ibarətdir ki, onun ayrı-ayrı elementlərinin effektinin cəbri cəmi onların birgə fəaliyyəti nəticəsində alınan effektdən azdır.
Marketinq sistemi mürəkkəb və dinamik sistemdir. Bu onu göstərir ki, bəzən alt sistemlər yığımından tam sistem yaratmaq mümkün olmur. Onda, müşahidəçi obyektə olan münasibət baxımından öz mövqeyini ardıcıl olaraq dəyişir, o, obyektə müxtəlif rakursdan baxır və onu müxtəlif tərəflərdən nəzərdən keçirir. Bu sistemin mürəkkəbliyini xarakterizə edir. Marketinq sistemi digər iqtisadi sistemlər kimi dinamik sistemdir, yəni onun elementləri, giriş və çıxışı, onların kəmiyyət miqdarı dəyişir.
10.3. Marketinqin idarə edilməsi prosesi
Marketinqin idarə edilməsi dedikdə, məhsul və xidmətlərə tələbin yaradılması və təkrar istehsalının intensivləşdirilməsi, mənfəətin artırılması üzrə tədbirlərin planlaşdırılmasının, təşkilinin, əlaqələndirilməsinin, ona nəzarətin, auditin və stimullaşdırılmasının həyata keçirilməsilə əlaqədar olan idarəetmə fəaliyyəti başa düşülür.
Marketinqin idarə edilməsi sosial-iqtisadi sistemin bütün səviyyələrində marketinq fəaliyyətinin idarə edilməsinin funksional və institusional mahiyyətini özündə birləşdirir.
Marketinqin idarə edilməsinə funksional yanaşmada o, hər hansı bir marketinq probleminin təşkili (məsələn, marketinqin planlaşdırılması) və onun həyata keçirilməsi (məsələn, marketinq planlarının icrası və ya onun yerinə yetirilməsi üzərində nəzarət edilməsi) üzrə fəaliyyət kimi izah edilir.
Marketinqin idarə edilməsinə institusional yanaşmada marketinqin idarə edilməsinə bu fəaliyyətə rəhbərliyi həyata keçirən menecerlər və ya menecer qrupuna verilmiş hüquq və səlahiyyətlərin, həmçinin vəzifələrin ayrı-ayrı işçilər və işçi qrupları arasında bölüşdürülməsi üzrə idarəetmə vasitəsi kimi baxılır.
Marketinqin idarə edilməsi prosesi: 1) müəssisənin bazar imkanlarının təhlilini; 2) məqsəd bazarlarının seçilməsini; 3) marketinq kompleksinin, yəni marketinq - miksin hazırlanmasını və 4) marketinq tədbirlərinin həyata keçirilməsini əhatə edir.
Marketinqin idarə edilməsinin (menecmentin) aşağıdakı fəaliyyət istiqamətləri vardır:
Təhlil.Bura:
a) marketinq informasiya sisteminin konsepsiyasının və elementlərinin, marketinq kəşfiyyatının təşkili vəziyyətinin, marketinq qərarlarının himayə edilməsinin və marketinq tədqiqatları sisteminin təhlili;
b) marketinqin müəssisədən kənar mühitinin - mikromühit və makromühit amillərinin təhlili;
c) son istehlakçılar bazarının və istehlakçıların davranışının - istehlakçı davranışı modelinin, istehlakçı davranışına və məhsul alınmasına dair qərarların qəbul edilməsinə təsir edən amillərin təhlili;
ç) işgüzar və institusional bazarların və istehlakçı müəssisələrin davranışının, istehsal-texniki təyinatlı məhsullar bazarının və dövlət orqanları bazarının tədqiqi;
d) rəqiblərin təhlili - rəqiblərin aşkar edilməsi, onların strategiyasının və məqsədinin, sayının və imkanlarının, habelə zəif və güclü cəhətlərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi və s. aiddir.
Məqsəd bazarlarının seçilməsi.
Marketinq strategiyasının hazırlanması.
Yeni məhsul və xidmətlərin hazırlanması, yoxlanılması və bazara çıxarılması.
Bölüşdürmə kanallarının seçilməsi və idarə edilməsi.
Kommunikasiya proseslərinin idarə edilməsi.
Marketinqproqramlarınınvə qərarlarınıntəşkili, həyatakeçirilməsi, qiymətləndirilməsivə onanəzarətedilməsi.
Marketinqinidarə edilməsininstratejimarketinqmərhələsində müəssisəninbütünfəaliyyətsahələrinin, ocümlədənmarketinqfəaliyyətininuzunmüddətliməqsədimüəyyənedilirvə strategiyası hazırlanır. Bu zaman bazar seqmentinin seçilməsinə və onun tutumunun müəyyən edilməsinə xüsusi diqqət yetirilir, marketinq proqramlarının və vasitələrinin hazırlanması məsələlərinə, müəssisənin rəqiblərlə və ticarət təşkilatları ilə iş üsullarına baxılır.
Marketinqin operativ planlaşdırılması və yaxud operativ marketinq mərhələsində qısamüddətli marketinq məsələləri çərçivəsində ayrı-ayrı məhsullar və ya məhsul çeşidi qrupları üzrə marketinq tədbirləri və marketinq kompleksi hazırlanır, cari marketinq planları tərtib edilir.
Marketinqin strategiyasının və tədbirlərinin realizasiyası mərhələsində bilavasitə marketinq prosesinin təşkili, idarə edilməsi və strategiyanın həyata keçirilməsi baş verir, ona nəzarət edilir və marketinqin idarə edilməsinin effektliliyi qiymətləndirilir.
Marketinqin idarə edilməsi strategiyası və taktikasının hazırlanması vasitəsi kimi marketinq kompleksindən və marketinqin idarə edilməsi subyektlərinin motivasiyası metodlarından istifadə edilir.
Marketinqin və menecmentin inteqrasiyası marketinqin sinergetik effekti daxilində idarəetmə effekti yaradır. Başqa sözlə desək, bu zaman istehlakçıların ehtiyac və tələbatlarının ödənilməsi prosesində marketinq subyektlərinin yaratdığı, verdiyi effektlə yanaşı marketinq idarə edilməsi sisteminin yaradılması nəticəsində də əlavə effekt alınır. Belə ki, marketinqin idarə edilməsi marketinqin həyata keçirilməsilə əlaqədar olan tədbirlərin planlaşdırılmasının, onların əlaqələndirilməsinin və həyata keçirilməsinin, habelə onların yerinə yetirilməsinə nəzarət edilməsinin səviyyəsini həlledici dərəcədə yüksəldir. Bunun nəticəsində isə marketinq fəaliyyəti qarşısında qoyulan məqsədə daha tez və operativ nail olmaq mümkün olur. Bu isə şübhəsizdir ki, əlavə effekt əldə etməyə imkan verir.
Dostları ilə paylaş: |