9.2. Qiymətə təsir edən amillər.
Məhsulun qiymətinin səviyyəsi çoxsaylı amillərin təsiri altında formalaşır. Bu amillərə bazarın konyunkturası, müəssisənin məqsədi, dövlətin qiymət siyasəti, istehlakçıların tipləri, məhsulun istehsalı və satışına çəkilən xərclərin həcmi, rəqiblər, bölüşdürmə kanalı iştirakçıları, rəqabətin forması, məhsulun həyat dövranının mərhələləri, psixoloji və s. amillər aiddir.
Bazarın konyunkturası dedikdə, qiymətlərin mövcud səviyyəsində tələblə təklif arasındakı nisbət başa düşülür. Tələbin həcmi təklifə nisbətən yüksək olduqda qiymətin səviyyəsi yüksəlir, tələbin həcmi təklifə nisbətən az olduqda isə qiymətin səviyyəsi aşağı düşməyə meyl edir.
Məhsulun qiyməti müəyyən edilərkən istehlakçıların tipləri, onların qiymətə həssasılğı da nəzərə alınır. Belə ki, bazarın müxtəlif seqmentləri, ayrı-ayrı istehlakçı qrupları məhsulun qiymətinə və onun dəyişməsinə müxtəlif cür reaksiya verirlər. Bu baxımdan istehlakçılar 4 qrupa: qənaətcil istehlakçılara; təşəxxüslü istehlakçılara; etikalı istehlakçılara və süst istehlakçılara bölünürlər. Məsələn, qənaətcil istehlakçılar məhsulun faydalılığına, məhsulun qiymətinə və çeşidinə üstünlük verirlərsə, təşəxxüslü alıcılar məhsulun qiymətinə az fikir verir, servis xidmətinin səviyyəsinə, məhsulun markasına və istehsalçı müəssisənin imicinə daha çox diqqət yetirirlər.
Uzunmüddətli zaman kəsiyində məhsulun qiyməti onun istehsalına və marketinqə çəkilən xərclərin həcmindən aşağı müəyyən edilə bilməz. Çünki, məhsulun qiyməti həmin xərcləri ödəməyə imkan verməklə yanaşı, müəssisəyə nəzərdə tutduğu məbləğdə mənfəət əldə etməyə imkan verməlidir. Deməli, məhsulun istehsalı və satışına çəkilən xərclərin həcmi məhsulun qiymətinin səviyyəsinə birbaşa təsir edir:
Müəssisə öz məhsulunun qiymətini müəyyənləşdirərkən mütləq rəqiblərin qiymət strategiyasını da nəzərə alır. Ümumiyyətlə, bazarda rəqiblərin çoxluğu qiymətin səviyyəsinin aşağı düşməsinə şərait yaradır.
Bölüşdürmə kanalı iştirakçıları, xüsusən də məhsulların fiziki bölüşdürülməsi də qiymətin səviyyəsinə təsir edir. Belə ki, məhsulun satış qiymətinin tərkibinə istehsalçı müəssisələrin xərcləri ilə yanaşı, satın kanalı iştirakçıların xərcləri də daxil olur və deməli, bu xərclərin həcmi və səviyyəsi məhsulun qiymətinə birbaşa təsir edir. Bundan başqa müxtəlif satış kanallarında məhsulların bölüşdürülməsi və satışı ilə əlaqədar olan xərclərin səviyyəsi müxtəlif olduğundan müxtəlif bölüşdürmə kanallarında qiymətin səviyyəsi müxtəlif olur.
Məhsulun həyat dövranının müxtəlif mərhələlərində məhsula qoyulan qiymətlərin səviyyəsi bir-birindən xeyli fərqlənir. Məsələn, əgər artım mərhələsində məhsula yüksək qiymət qoyulursa böhran mərhələsində, bir qayda olaraq, məhsula aşağı qiymət müəyyən edilir. Deməli, məhsulun həyat dövarnının mərhələləri də qiymətin səviyyəsinə bu və ya digər dərəcədə təsir edir.
Qiymətə alıcı psixologiyası da təsir edir. Belə ki, bəzi hallarda alıcılar məhsulun baha olmasını onun yüksək keyfiyyətli olması və ya əksinə, məhsulun qiymətinin aşağı olmasını onun aşağı keyfiyyətli olması kimi qəbul edirlər.
Bir çox hallarda, xüsusən də istehlak məhsulları bazarında qiymətin dəyişməsi tələbin həcminin dəyişməsinə səbəb olur. Həm də bu asılılıq tərs mütənasib xarakterlidir, yəni qiymətin artması tələbin həcminin azalmasına və əksinə, qiymətin azalması tələbin həcminin artmasına gətirir. Bu asılılığı öyrənmək üçün tələbin qiymətə görə elastikliyi göstəricisindən istifadə edilir. Tələbin qiymətə görə elastikliyi dedikdə, məhsulun qiymətinin dəyişməsi faizinə uyğun olaraq məhsul satışının miqdarının faiz ifadəsində dəyişməsi başa düşülür. Bu göstərici məhsul satışının miqdarının dəyişmə faizini onun qiymətinin dəyişmə faizinə bölməklə müəyyən edilir, yəni:
və ya
burada: - qiymətin elastikliyi əmsalı;
- məhsulun qiymətində ona olan tələbin miqdarı;
- məhsulun qiymətində ona olan tələbin miqdarı
- məhsulun əvvəlki qiyməti;
- məhsulun sonrakı (dəyişdirilmiş) qiyməti;
- qiymətin dəyişməsinə uyğun olaraq məhsulun satışının miqdarının dəyişməsi, %-lə;
- məhsulun qiymətinin dəyişməsi tempidir, %-lə.
Tələbin qiymətə görə elastikliyi alıcının ona həssaslıq səviyyəsini xarakterizə edir. Başqa sözlə desək, tələbin qiymətə görə elastikliyi məhsulun qiymətinin 1% dəyişməsinə uyğun olaraq məhsul satışının miqdarının neçə faiz dəyişməsini göstərir.
9.3. Qiymətin növləri
Praktikada qiymət bir çox əlamətlərə görə təsnifləşdirilir və bu əlamətlərdən asılı olaraq qiymətin müxtəlif növlərindən istfadə edilir. Qiymət adətən aşağıdakı kimi təsnifləşdirilir: a) tətbiq edildiyi miqyasa, b) bölüşdürmə kanallarının xarakterinə, c) dövlətin qiymətə təsir səviyyəsinə, d) kommersiya kontraktının xarakterinə, e) çap edilib-edilməməsinə görə
a) Tətbiq edildiyi miqyasa görə qiymət milli bazar qiymətlərinə, regional bazar qiymətlərinə və dünya bazarı qiymətlərinə bölünür.
Milli bazar qiymətləri marketinq fəaliyyəti həyata keçirən müəssisənin yerləşdiyi ölkənin bazarlarında formalaşmış qiymətlərdir.
Regional bazar qiymətləri ayrı-ayrı iqtisadi birlik və bloklara daxil olan ölkələrin bazarlarında (məsələn, Avropa İqtisadi Birliyi ölkələrində) tətbiq edilən qiymətlərdir.
Dünya bazarı qiymətləri konkret məhsulun beynəlxalq ticarətinin vəziyyətini kifayət qədər tam xarakterizə edən idxal-ixrac əməliyyatlarının həyata keçirildiyi qiymətlərdir. Qiymətin dünya bazarı qiyməti kimi qəbul edilməsi üçün mütləq aşağıdakı şərtlər ödənməlidir:
idxal-ixrac əməliyyatları müntəzəm xarakter daşımalıdır;
idxal-ixrac əməliyyatları kommersiya xarakteri daşımalıdır;
idxal-ixrac əməliyyatları azad ticarət və siyasi rejimdə həyata keçirilməlidir;
idxal-ixrac əməliyyatları dönərli valyuta ilə həyata keçirilməlidir.
b) Bölüşdürmə kanallarının xarakterinə görəqiymətlər istehsalçı müəssisənin topdansatış-buraxılış qiymətlərinə, topdansatış qiymətlərinə və pərakəndə satış qiymətlərinə bölünür.
Dövlətin qiymətə təsir səviyyəsinə görə qiymətlər ciddi müəyyən edilən qiymətlərə, tənzimlənən qiymətlərə və liberal (azad) qiymətlərə bölünür.
Ciddi müəyyən edilən qiymətlər xüsusi dövlət əhəmiyyətli məhdud sayda məhsullara dövlət tərəfindən müəyyən edilir və onun səviyyəsini dəyişdirmək mümkün deyildir.
Tənzimlənən qiymətlərə səviyyəsinə dövlət tərəfindən müəyyən məhdudiyyətlər qoyulan qiymətlər aiddir. Bu qiymətlərin səviyyəsinə dövlət orqanları nəzarət edir və müəyyən qanunvericilik aktları ilə onun səviyyəsini tənzimləyirlər.
Liberal (azad) qiymətlər səviyyəsinə dövlət tərəfindən heç bir məhdudiyyət qoyulmayan və bazarda tələblə təklif arasındakı nisbət əsasında formalaşan qiymətlərdir.
d) Kommersiya kontraktının xarakterinəgörə qiymətlər transfert qiymətlərinə, fiksə edilmiş (sabit) qiymətlərə, mütəhərrik (dəyişkən) qiymətlərə və sürüşkən qiymətlərə bölünür.
Transfert qiymətləri müəssisədaxili dövriyyədə, xüsusən də transmilli korporasiyalarda tətbiq edilir və eyni şirkətə və ya korporasiyaya daxil olan müəssisələr bu qiymətlərlə bir-birinə məhsul satır. Bu qiymətlər müəyyən edilərkən ölkələrin vergi stavkaları, istehsal üçün zəruri olan resursların qiyməti, gömrük rüsumları, dövlətin qiymət siyasəti və s. amillər nəzərə alınır.
-Fiksə edilmiş qiymətlər müqavilələrdə (kontraktlarda) göstərilən və qiymətə təsir edən amillərin dəyişməsindən asılı olmayaraq müqavilənin qüvvədə olduğu bütün müddət ərzində dəyişməyən, sabit qalan qiymətlərdir.
-Mütəhərrik qiymətlərə müqavilələrdə (kontraktlarda) göstərilən, lakin müqavilənin qüvvədə olduğu müddətdə dəyişdirilməsi nəzərdə tutulan qiymətlər aiddir.
-Sürüşkən qiymətlər hazırlanması və göndərilməsi uzun müddət tələb edən, həmçinin eyni müqavilə (kontrakt) daxilində müəyyən partiyalarla göndərilən məhsullar üzrə tətbiq edilir. Bu halda müqavilədə məhsulun bazis qiyməti göstərilir və hər bir məhsulgöndərmə partiyasında bu qiymətin səviyyəsi dəqiqləşdirilə və dəyişdirilə bilər.
e)Çap edilib-edilməməsinə görəqiymətlər çap edilən qiymətlərə və hesablanan qiymətlərə bölünür.
Çap edilən qiymətlər müəyyən informasiya mənbələrində verilən, göstərilən qiymətlərdir. Bura müxtəlif təşkilat və müəssisələrin məlumat (sorğu) kitabçalarında çap edilən qiymətlər, birja qiymətləri (kotirovkaları), hərrac qiymətləri, tender qiymətləri, faktiki sövdələşmə qiymətləri və müxtəlif müəssisələrin təkliflərinin qiymətləri aiddir.
-Hesablanan qiymətlər konkret sövdələşmə üzrə qiyməti müəyyən etmək üçün informasiya olmadığı halda tətbiq edilir və onun səviyyəsi qiymət indeksindən
müxtəlif statistik metodlardan istifadə etməklə hesablanılır.
mövzu 10. MARKETİNQİN İDARƏ EDİLMƏSİ
Dostları ilə paylaş: |